Özü-özünü əməliyyat edən cərrah
Əli Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 12:40 19 dekabr 2014 tarixində əlavə olunmuşdur

Leonid İvanoviç Roqozov  14 mart 1934-cü ildə SSRİ-nin Çita oblastında anadan olmuşdur. 1960-1961-ci illərdə təşkil edilən altıncı Sovet Antarktik ekspedisiyasında həkim olaraq vəzifə alan Roqozov vəzifə əsnasında özündən başqa bir həkimin olmaması səbəbiylə, öz özünü appendisit əməliyyatı etməsiylə məşhurlaşmışdır.

29 aprel 1961-ci ildə Novolazarevskaya Stansiyasında vəzifə alan tək həkim olan Leonid Roqozov özündə zəiflik və qabırğalarla qarın ətrafında olan nahiyədə ağrılar ilə yanaşı, bədən temperaturunun artmasını hiss etməyə başladı. Yaxınlıqda başqa həkimin olmaması şəraitində Roqozov özünə kəskin appendisit diaqnozunu təyin etdi və heç kimin stansiyadan gəlməyə imkanı olmadığını nəzərə alaraq özü üzərində appendiksin çıxarılması üzrə əməliyyatı keçirməyə qərar verdi. İki nəfər Roqozova alətləri ötürmək və güzgünü qarın nahiyəsi qarşısında tutmaqla assistentlik edirdi. 1 saat 45 dəqiqə ərzində Roqozov bütün lazımi tədbirləri görərək əməliyyatı uğurla başa çatdıra bilmişdi.

Əməliyyat sonrasında qısa bir müddət halsızlıq yaşasa da, peritonit göstəriciləri itməyə başladı. Roqozovun bədən istiliyi beş gün sonra normala döndü və tikişləri əməliyyatdan yeddi gün sonra çıxarıldı. Təxminən iki həftə içərisində vəzifəsinə dönən və bu inanılmaz əməliyyatla tibb tarixinə keçən Roqozov 1961-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni mükafatına layiq görüldü.

1962-ci ilin oktyabr ayında Sankt-Peterburqa dönən Roqozov və müxtəlif tibbi müdafiələr üzərində işə başladı. 1966-ci ildə yemək borusu xərçənginin müalicəsində, yemək borusu rezeksiyonu başlıqlı doktorluq dissertasiyasını müdafiə etdi. Daha sonra Sankt-Peterburqda müxtəlif xəstəxanalarda həkim olaraq çalışdı. 1986-cı ildən 2000-ci ilə qədər Sankt-Petersburq Tədqiqat İnstitutunda cərrahiyyə bölüməsinin başçısı vəzifəsini tutmuşdur.

Roqozov, 21 Sentyabr 2000-ci ildə 66 yaşında Rusiyanın Saint Petersburg şəhərində ağciyər xərçəngi xəstəliyindən vəfat etmişdir.

Kayzen.az


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+29=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0325 saniye