Özümə suallar
Elnur Osmanov tərəfindən "Şeir" bolməsinə 12:26 17 dekabr 2015 tarixində əlavə olunmuşdur

Kimsən, güzgüdəki o insansan ?
Kimsən, dəyişmisən doğulandan ?
Kimsən, bir ət, sümük, bir də qansan?
Kimsən, bir holoqramsan yalandan?

Niyə, doğulmusan əzab üçün ?
Niyə, seçmirsən çox şeyi özün?
Niyə deyirlər, bu daşı öpün ?
Niyə, deyən bunu, deyir dözün?

Bəlkə , milyardlardan fərqlənirsən?
Bəlkə, milyard ildə bir gəlirsən?
Bəlkə, son məqsədi bilinməyən
Bəlkə, bir çarx kimi hərlənirsən?

Nə vaxt , düşünmüsən nə etmisən?
Nə vaxt, gedilməyən yol getmisən?
Nə vaxt, Marsa körpü tikməkçün sən
Nə vaxt, o silahları əritmisən?

Necə, dəyişərsən sən dünyanı?
Necə, yaxşı edərsən insanı ?
Necə , bu suallar soruşanın,
Necə, özündə insanlıq hanı?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+6=
Hesaba giriş
Müəllif

Elnur Osmanov
Haqqında
Hər kəs ona verilən qədər yox, daxilindəki qədər azaddır
Əlaqə
Tel.:
+994558390527
E-mail:
doktorelnur@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0354 saniye