Payız ağacı
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 10:33 18 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Yayın son günləri saralmış yarpaqları ilə yorğun bir baxışla baxırdı ağaclar.Arasında az-maz da olsa yaşıl yarpaqlar yalvararaq tökülməməsini istəyirdi.Artıq payızın nəfəsini hiss etmiş yarpaqlarını yerdə gördükdə ürəyindəki sızını heç bir küləyə başa sala bilməyən bir qoca ağac var idi qarşımda.Bütün yay boyunca sevgi ilə dolmuş yarpaqlarını payızın ilk günlərində itirdiyi üçün çox üzgün idi.Uca Palıd ağacına bənzəyirdi.Yarpaqlarını yuxarıda saxlamış,sevgisini ancaq onlara vermişdi.Bəzən küləklə,bəzənsə də yağışla mübarizə aparırdı.Günəşə dost idi.Ondan aldığı nəfəslə bütün həyatını  onu və yarpaqlarını sevməklə məşğul olurdu.Gün gələcəkdi ... O da gedəcəkdi  bu dünyadan.Susacaqdı,sevdiklərini itirəcəkdi.Ya da belə desək sevdikləri onu itirəcəkdi.Bir gün gələcəkdi  o öz doğma yarpaqlarını qoruya bilməyəcəkdi.Hətta qoruya bilməyəcək bir yarpağı belə olmayacaqdı.O qocalacaqdı,solacaqdı amma yenə də balaca uşaqların xatirəsində həmin o gizlənqaç oynayarkən arxasında gizlənmək üçün yeri olan,evde bir az yemek gec hazır olduğunda  meyvəsini dərib yedikləri,gün onları bir azca yorduğunda yarpaqlarına sığınıb dincəldikləri bir ağac olaraq xatırlayacaqdılar ...


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0358 saniye