Payıza bənzər adamım
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 23:16 23 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Salam çayımın soyumasına səbəb olan insan.Bu məktubu sənə yazmaqda məqsədim ondan ibarətdir ki,əslində bir məqsədim yoxdur.Bilirəm ki,bu məktub yazılandan sonra silinəcək.Sənə gəlməyəcək.Bilirsən həmişə gücsüz və aciz idim yanında.Nə olur olsun hər zaman sənə möhtac idim.İndi isə uzaqlardan həmin o möhtac olduğum insana yazıram... Və sonda siləcəyimi bilə-bilə yazıram...Səndən yazıram bəli...Sən olmasan da...Bizdən yazıram ... Bir zamanlar ölsək belə....

Ağrımır daha ürəyim narahat olma...Onsuzda deyilsən bilirəm.Ürəyim ağmırım amma əllərim çox ağrıyır,qollarım çox ağrıyır və gözlərim isə qan ağlayır.Yəqinki anladın səbəbini...

Birimiz imtina etməli idik.Ya mən səni sevməməli idim, ya da sən məni sevməli idin. Amma ikimiz də imtina etmədik.

Həyatın qanunları belədir adamım.Üzülmürsən elə deyilmi? Heç için yanmır elə deyilmi? Təbiiki... Sevməyən insan üçün bütün bu olanlar normaldı.Gəl bir də sən sevən insanı gör...Bəlkə də onda acıdan başqa heç nə görməyəcəksən ...

Başını salıb keçdiyin küçələrdən utanırsanmı? Bir zamanlar birlikdə keçdiyim küçələrdən söz açıram.Yadına düşürmü? Əllərim ağrıyır demişdim.Bax məhz həmin küçələrdə tutmuşdun əllərimi... Qollarım ağrıyır demişdim...Bax məhz həmin o küçələrdə qucaqlamışdın məni.Nə bilim əşi ...

Bir cümə axşamı.Saat 02:00. Mən yenə ağladım... Yox bağışla əsla düşünmə yoxluğuna ağladığımı..Sadəcə əvvəlki mahnılar o qədər də həzz vermirdi... Onlara da küsdüm...Sadəcə yağış o qədər də rahatlaşdırmır məni ...

Bax payız gəldi ...Deyəcəksən bundan mənə nə? Əsla belə düşünmə.Sən payıza bənzəyirsən.Saralmış yarpaqlarına,sulu küçələrinə,insafsizca əsən küləyinə bənzəyirsən.Amma yenə də səni onun qədər sevirəm.Onun qədər aşiqəm sənə.Dözə bilmədim bağışla...Sadəcə darıxdım bir anlıq...Daha çox anlıq...Ümumiyyətlə darıxdım..Çox darıxdım...Heç unutmadım... Gələn dəfəki payızla da birlikdə gəlməyəcəksən bilirəm.Amma mən səni hər payız gözləyəcəm...Həmin o skamyada ... 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0391 saniye