Qadın qumarı..
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 20:24 31 yanvar 2014 tarixində əlavə olunmuşdur

Məni tənqid edin.. Pisləyin.. Nə bilim ee.. Nə istəyirsiniz deyin!
Amma bir gerçək haqqında danışacam..
Uzun bir yazı olacaq. Amma oxumanızı və düşünməyinizi istəyirəm..

Qadınlar..
Bəşəriyyətin anası..

Mən şahid olduğum gerçəkləri sizlərlə paylaşacam..

Qadınlar.. 
Ehtirasları, cazibələri, şeytani hisslərdən istifadə edərək səhv hərəkətlər edirlər.. Bəzən həyatın qumarında uduzurlar. Və hədiyyə olurlar.. Qurban olurlar.. 
Bəzi adlarını kişi qoyan şərəfsizlər onlardan oyuncaq kimi istifadə edir. İstifadə edir və tullayır.. Bir qadın yazara yaraşmaz belə yazı.. Yaza bilərsiniz.. Bu qədər açıq.. Bu qədər həqiətləri vurmayin üzümüzə.. Onu da deyin..
Deyin ki, "qadınlar göz eləməsə bizim nə işimiz var onlarla?"
Əşi.. Gedin bu cəfəngiyyatı sizə namus dərsi deyən xocalarınıza danışın. 
Sizin o "tərbiyə" dərsləriniz bizim məktəbdə keçmir, atam balası..


İkinci məsələ də ki, qadınlar... 
Səhv onlar da ola bilər.. 
Əsla yan keçmirəm bu məsələdən..
QAdınlar həqiqətən təhlükəlidirlər.. Hər şeyi edə bilırlər. Və bəzən də məhz kişilərdən istifadə edirlər.. Amma oyuncaq kimi yox.. Baş rolda..
Hmm... Əmək haqqları da xor görülmək olur..

Bayaq bir telekanalda bir fahişənin əsla ana ola bilməyəcəyi və onda əsla analıq duyğusunun olmadığını dedilər. Təsadüfən gördüm.. Sona kimi izlədim..
Qadın.. Uşağa bənzəyirdi.. Nədir ki?
16 yaşında evlənib.. 18 yaşında uşağı olub.. 
Hələ bu harasıdı?
Uşağına baxmır.. Öz ailəsi də elə bu gündə olub..
Bütün vəkillər, psixoloqlar da bu qadını ittiham edirlər. Tənqid edirlər. 
Heç baxmırlar ki.. Bu qadın, bu qız niyə belə olub?
Nİyə məhz "tərbiyəsiz"?
Axı.. Ac da qala bilərdi. Təki namusuna söz dəyməsin..
Bax bu da cəfəngiyyatdı..
Çünki əgər sən bunu pisləyə bilirsənsə, deməli, çarəni də bilirsən..
Bizim millət elə hesab edir ki, palçığa bulaşan biri heç vaxt təmiz ola bilməz..
BU absurd söhbətləri çıxarın 1 meqabaytlıq yaddaşlarınızdan..
Əgər sən ona kömək etsən...
Əgər sən ona bir türk qızı olduğunu xatırlatsan..
Əgər sən ona nümunə ola bilsən..
Əgər sən ona qızım, bacım deyə bilsən, olmaz belə şeylər, qardaş..

Biz elə ancaq tənqid edirik.. Elə ancaq günahlandırırq.. 
Biz kişiliyi fahişəni altına salmaq hesab edirik!

Necə türkük biz? Bizim heç mi vicdanımız yoxdu? 
Onlarda da səhv var.. Gərək heç doğulmayaydılar..
Yalandan çərənniyirsiz..
Guya indi siz küçədə yaşayan qocalara, uşaqlara,aclara belə kömək olursuz ki, hələ gəlib fahişəyə də yardım edəsiz?

Əli Xəyyam doğru deyib..
İki cür insan var:
Ürəyi sinəsinin ortasında olanlar, ürəyi ayaqlarının ortasında olanlar..

Bizim super qadın vəkillərimiz də ancaq həyasızlıq etməyi bilir. 
- Sən necə qadınsan, hə? Gül kimi ərin var.. Evin var.. Uşağın var.
Yeməyin var.

1. Əri aldadır.
2. Evdən atılıb.
3.Uşaq anasını istəmir.
4. Acdır.

İndi gəlin, əlimizi sinəmizdəki ürəyimiz üstünə qoyaq və düşünək..

O qadınların bədənlərini yox eeee..
Siz səhv anladız..
Onların qəlblərini və səfalətlərini..

Təbii ki, elə qadınlr var ki, sırf öz xoşluğu ilə bu yolu seçir. Lakin mən o birilərdən danışıram..

Yenə də deyirəm, yaraşdırmaya bilərsiz belə danışığı mənə... Amma bir şey deyim, dözə bilmirəm. Bu qdər alçalmağa.. Qadınların bu cür tapdalnamğına dözə bilmirəm. Öz atası tərəfindən belə şeylərə məcbur edilən qızların cəhənnəmə getməyinə də..


... dəfə oxunub
Qiymət: 10/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
7+11=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0331 saniye