Gəl ey qadin bir günlük şair
dünyasina
Mənə bədənsizlik göstər
dərilərdən iyrənmişəm
Mənə sevgini göstər
öpüşlərdən bezmişəm
Zərif əllərində toxun yaralarima nə
vaxtdi qan qoxusuna həsrədəm
intiharlarım darıxıb
bir iki ağrı
ötür bədənimə saxta sevgilər
qusur ruhum
mənə səndəki o
dərmani ver ölürəm
Qaldir
gözlərini bir qadının etdiyindən
daha artıq nəsə et mənə
həqiqəti
pıçılda boğazımdan bədənimə
axacaq o doğrunu tüpür üzümə
bir qadindan artiq qadinliq ver
mənə sevəcəm səni
nə olsun
sərxoşam sabah unudacam səni
gizlincə geyinib gedərsən ətrivi
saxlarsan bir-iki şeirlik əziyyətə
Qara gözlərini zillə bəbəklərimə
öldürə bilsən məndəki qorxunu
səndən yazacam.
Qaçacaqsan
əgər həyatıma daxil olma o
bədənin yandiracaq bütün
günahlarimi
qürurumu yerlə
yeksan edəcəksə bu
şərəfsiz bir dünyada
doğulduğuma bağışla
Qızılı saçlarının arasında vicdani
axtararkən
bir iki qadın daha əvəzlənər
mənim bədənində
və bir günlük ehtirasdan yaranirsa
insan
mənə hansi sevgidən danışa
bilərsən?
Hər fahişəni qamçılıyacaq qədər
qəddarsizsa siz
və cənnəti huriliklə süsləyirsə
Tanri
Mənə hansı kişilikdən danışa
bilərsiz siz?
Asirsa doğru söyləyənləri mənə
azadlıq sözünü niyə söylədiniz ki?