Qan qoxusu içində İntiqam
Bəyaz Məmmədova tərəfindən "Hekayə" bolməsinə 01:23 22 fevral 2014 tarixində əlavə olunmuşdur

Ölüm qoxusu gəlir hər tərəfdən.Dözə bilmirəm artıq.Sus,danışma.Gəlmə yanıma.İstəmirəm.Ana kömək elə.Ata hara gedirsən?Qorxuram.Bu dəhşətli qoxu hardan gəlir?Öləcəm yoxsa?Yox mən balacayam hələ.Anamın balaca şəhzadəsiyəm.Qardaş sən hara gedirsən?Sən də ölmüsən?Nə baş verir?Yox... yox ...Mən ölməyəcəm ...

-Yazıq qız,bura gəldiyindən bəri qəribə yuxular görür.Bütün günü yuxuda qışqıraraq ağlayır.Onun başına nə hadisə gələ bilər axı?

-Demir heç kim heç nə.Mən də təəssüf içindəyəm.Bu qızcığaza kömək etmək istəyirəm amma alınmır.

-Bəlkə duranda özündən bir daha soruşaq?

-Axı o bizə cavab vermir.Sadəcə donmuş vəziyyətdə oturur.

-Olsun yenə sual verək axır-əvvəl danışacaq.Görünür qorxunc bir faciə ilə üzləşib.Və hal-hazırda şok vəziyyətindədi.Amma imkanlı ailənin qızına bənzəyir.

-İmkanlı olsa nə fayda?Bax indi qız bizim kimi kasıbların yanında gözyaşı töküb oturub.On a görə varlı olmaq da bir şey kəsb etmir.Biz balaca bir komada otursaqda hər halda bu balacanın vəziyyətində deyilik.

-Sus dinmə o oyanır deyəsən.Mən gedim su gətirim aşağıdan.

-Yox mən ölməyəcəm...Ölməyəcəm... Ana ... qoyma məni burda...Siz kimsiz?Mənim burda nə işim var?Haradı bura?Evə getmək istəyirəm.Anamı istəyirəm...

Yorğun gözlərlə üst-başına baxdıqdan sonra hər şeyi xatırlayıb ağlamağa başladı.Tutqun nəzərləri ilə yanında duran kasıb qadına baxdı.Gözlərini ondan ayırmayıb dedi :

-Bilirsiz mən indi anlayıramki,həyat çox acımasızdı.üç gün,bəlkə də dörd gün bundan öncə xoşbəxt bir ailənin şıltaq qızı idim.İndi isə burda sizinlə oturub söhbət edən,çarəsizcəsinə sizin gözlərinizin içinə baxan,anası atası yoxdur deyə sizin yazığınız gələn,bəlkə də sağaldıqdan sonra yetimlər evinə aparacağınız zavallı qızam.Bəli,Mən artıq üç gündür eyni yuxunu görürəm.İndi isə yadıma düşür hər şey.Olan hadisələr.Vəhşiliklər.İnsanların insanlıqdan çıxma səhnəsi.Əsl profisional bir aktyorun canlandırdığı səhnə gözlərimin önünə gəlir.Bir filmə baxarkən gözləriniz dolar bəlkə də.Ağlayarsınız,ürəyiniz parçalanar.Niyə?Çünki ürəyiniz var.Bunun bir filmdən ibarət olduğunu bilsəniz də,yenə də ürəyinizin məsamələri ağlayar.Ürəyinizin hüceyrələrinə işləyər bu həssaslıq.Və ürəyin həssaslığı birbaşa gözlərə gedər.Başlayarsınız ağlamağa.İndi isə bunun bir həqiqətdən ibarət olduğunu düşünün.Burda isə ürəyin funksiyası dəyişər.İndi isə ürək ağlamaz sadəcə isyan edər.Ən çox da sabah nə olacaq deyə düşünər.Və bu zaman gözlərə ehtiyac qalmaz.Beyinlə hərəkət edər bütün fikirlər.Və sonra da baş ağrısı,dərmanlar,bir xəstəni xəstəxanaya aparmaq üçün gələn səsli təcili yardımlar.Sanki toy olumuş kimi hələ utanmazcasına səs çıxardarlar.Biz bu zaman eşitmərik heç nə.Bəzimiz şok içərisin də,bəzimiz komada,bəzimiz isə çoxdan o biri dünyaya addımlarımızı qoyarıq.İndi mən bilirəm şokda idim neçə gün idi.Elə deyilmi?Hə,başınızı yelləyirsinizsə elədir.Ölmədim mən.Yuxumda deyirdim ölməyəcəm.Həyatla mübarizə aparacam.Həyatın gözəl olub-olmadığını deyə bilmərəm.Amma mən qisas almağı öyrənməliyəm.İndi düşünürəm görəsən anam ya atam kimə pislik etmişdilər?Doğurdandamı atam faşistlərin xarakterindən yoğrulmuş insan idi.Bir dəfə mən bir kitabda faşitlərin nə qədər heyvansı hisslərə malik olduğunu oxumuşdum.Və mən həyatda yalnız elə insanların cəza almağını arzulamışdım.Diyəsən anam və atam da faşist nəslindən imiş.Qəribə bir hiss var içimdə.Burnuma ölüm qoxusu gəlir yenə.Yenə sanki gələcək bizi qırıb gedəcəkmiş kimi düşünürəm.Xahiş edirəm elə qəribə baxmayın.Mən dəli deyiləm.Mən ağıllıyam.Mən düşünürəm.Bunu bacarıram.O faciədən sonra bəlkə də bəzisinin dili tutulmuş,ağlını itimişdi amma mən ayaqdayam.Danışa bilirəm.Başa düşürsünüz?Mənim nə bədənim ,nə də ki ruhum ölmədi.Bəli,etiraf etməliyəmki çoxdanışanam.Amma fikirlərimi sizə çatdırmalıyam çünki mən üç gündür danışmıram.Və beynimdə yığılıb qalan fikirlər məni narahat edir.İndi bilirəm sizə maraqlıdı mənim ailəmi kim öldürüb.Deyim.qəribədə olsa.Əmim öldürdü mənim ailəmi.Üç gün bundan öncə...Səhv etmirəmki?Bəli səhv etmədiyimə əmin idim.Deməli anam ilə atamın evlilik ildönümü idi.Hər şey çox gözəl idi.Anam xüsusilə ilə gözəl görünürdü.Uzun,qara,onu bir az daha zərif göstərən paltarını geyinmişdi.Gözlərinin gülüşü hələ də ağlımdadı.Anam hər zaman gözlərindən gülərdi.Atam isə lap təzə bəylərə bənzəyirdi.Qardaşım yenə hər zaman ki kimi dostları ilə əylənərkən geydiyi şalvar ilə köynəyini anam və atam üçün çox mühüm olan gecədə geyinmişdi.Mən isə...Özümü tərifləməyi çox sevirəm.Çox gözəl görünürdüm həmişəki kimi.Bilirsiz əslində saçım elə də çox xoşuma gəlməmişdi amma yenə də mən öz gözəlliyim ilə onun bütün çirkinliyini örtürdüm.Bunu bilirəm.Evimizdəki dekorasiya tamamilə mənə aid idi.Evimizi çox səliqəli bəzətmişdim.Ağ tül,ağ pərdələr,ağ masa üstləri.Sanki elə bilirdim ki bu gecə qan dolu gecə olacaq və qanı sübut etmək üçün hər tərəf ağ olmalıdı.Hətta özüm belə ağ geyinmişdim.Hər şey tamamilə yaxşı gedirdi.James Blunt-un musiqiləri çala-çala insanlar rəqs edirdi.Atam çox adam çağırmışdı.Hətta evimizdə bir orkestr də var idi.Müsiqidən heçnə başa düşməsəm də amma hiss edirdim ki ətrafdakı bəzi yaşlı insanlara xüsusi həzz verir saksafonun cansıxıcı səsi.Yaxşı ki, pianino var idi.Yoxsa həmin gün mənim canım çox sıxılacaqdı.Bəli,əsas hadisəyə gəldik çıxdıq.Mən eyvanda durub həyətimizin gözəlliyini seyr edirdim.Və bunu sizə etiraf etməliyəmki gələcəkdə olan toyumu öz həyətimizdə etməyi planlaşdırırdım.Və atəş səsləri mənim planlarımı sən demə öldürməyə gəlibmiş.Mən heç nə başa düşə bilmirdim.Heç ağlıma da gətirə bilməzdimki əmim belə bir gündə öz keçmiş sevgisinin qisasını çıxacaq.Bəli,bir dəfə eşitmişdim ilk öncə əmim aşiq olub anama amma sonradan unutduğunu düşünmüşdüm.Həmin gecə əmimin qan içində olan gözlərini gördükdə bir daha anladım anamı hələ də dəlicəsinə sevdiyini.Bu neçə il müddətində içindəki böyük yaranı saxlayaraq məhz həmin günü seçmişdi onları öldürmək üçün.Mən düşünürəmki artıq əmimdə psixoloji cəhətdən çatışmazlıq var idi.Çünki atamı öldürməyini başa düşmək olar amma insan sevdiyi qadını necə öldürə bilər?İnsan bir eşq ucbatından neçə il dəli vəziyyətində yaşaya bilər?Amma fərqi yoxdu.İntiqam intiqamdır.Əmimdən intiqamımı almadan bu dünyadan gedən deyiləm.Artıq mənimçün  bir anlam qalmayıb.Qurduğum o planlar suya düşdükdən sonra mənasız olan bir həyatda yaşamaqda mənasızdı.Düşünürəm və deyirəmki kaş o çaxnaşmada mən də ölərdim.Amma yox Allah özü məni saxladı ki,intiqamım ağır olsun.Bildi ki ,qardaşımı saxlasa heçnə eliyən deyil.Qardaşım kimi ərincək olan ikinci bir insan hələ dünyaya gəlməyib.O heç nəyinki mənim,anasının,atasının qanını belə düşünməzdi.Nəysə mənə bir az su versəniz sevinərəm...Çox sağ olun.İndi isə sizdən icazə istəyirəm yatmağım üçün.Sizə danışdıqlarımı isə sirr kimi saxlamağa məcbur deyilsiniz.Buyurun bütün dünyaya yayın.İnsanın içində nə qədər söz qalırsa o qədər məhv olur.Mən icazə verirəm.Bütün qəzetlər,bütün xəbərlər bizim ailə haqqında məlumat versin.Qoy onlar da çörəkpulu qazansın.İndi isə yatmalıyam.İnanıramki fikrimi sizə tam çatdırmasam da amma əmimin bir dərin eşq ucbatından bunu etdiyinə inandınız.İndi isə gecəniz xeyrə.İşığı isə söndürmək yadınızdan çıxmasın.Mən işığa nifrət edirəm artıq...

 

Artıq bütün qəzetlər,bütün televizyalar bu qız haqqında yazır,danışırdı.Bütün ölkə bu qızdan danışır.Bu balaca qız artıq həyatın nə olduğunu dərk edəcək dərəcədə yaşamışdı bu faciəni.O bilirdi əmisini tutacaqlar.O bilirdi əmisi dövlət tərəfindən öz cəzasını alacaq.Onun ailəsi də sarsılacaq.Hələ əmisinin arvadı bilsə ki,öz doğma əri neçə illərdi ona xəyanət edib ,yəni başqa bir qadını sevərək,onun bütün hisslərini heçə sayaraq ona xəyanət edib.Bax onda əsl qiyamət başlayacaq.Bəlkə də balaca qızın qisas çıxmağına ehtiyac qalmayacaq çünki əmisi arvadı o qisası alacaq.Öz ərini öldürəcək dərəcədə nifrət edəcək ona.Bu da ki sadəcə bir ehtimaldı.

2 gün sonra ....

Həbsxanada .

-Başa düşürsən əmi?Sən bura belə layiq deyilsən.Sən sadəcə torpağın içində yaşamağa layiqsən.Həbsxana dediyimiz yer elə də cəza xarakteri daşımır.Sən burda yemək də yeyirsən,yatırsan,arada mahnı da oxuyursunuz.Amma əmi sən bunlara layiq deyilsən.Sən ölümə məhkum olmalısan başa düşürsən?Sən bir eşqin qurbanı elədin mənim ailəmi,gələcəyimi.Sən mənim planlarımı alt-üst etdin.Bilirsən mən öz toyumu harda edəcəyimi düşünən zaman sən o lənətəgəlmiş gülləni atdın.Niyə əmi?Xəyallarımın nə günahı var idi?Mənə xəyal qurmaq qadağandırmı?Sənə nifərt etmirəm.Bilirsən sevgi və eşq insanı ölümə sürükləyə bilər.Amma insanı yaşada bilməz.Ölməlisən əmi ölməlisən.Yaşamaq haqqın deyil.İnan mənə.Sən ölməlisən.Bunu unutma səni ən yaxşı başa düşən insan mənəm və səni ən yaxşı cəzalandırmaq istəyən insan da mənəm.Amma edə bilmərəm bunu.Bəlkə də bunu başa düşməyəcəksən amma edə bilmərəm.

2 saat sonra....

Qaldığı sığınacağda .

-Qızım yaxşısanmı,əminlə danışdın?Ürəyindəkiləri dedin?

-Yox ürəyimdəkiləri demədim.Ürəyimdəkilər elə bir dərdir ki,desəydim o mənim hər şeyi qəsdən etdiyimi düşünəcəkdi.Amma təssüf edirəmki mənim taleyim əmimin taleyinə bənzədi.Buna görə artıq özümə nifərt edirəm.Hisslərimə,duyğularıma,içimdə baş verən hər bir arzuya nifrət edirəm.Onları suda boğub öldürmək istəyirəm.Onlarda əmim kimi ölməyə layiqdirlər.Onlar da mənim qəlbimin həbsxanasına layiq deyillər.Çox qovdum,təhqir etdim,hədələdim hətta amma getmədilər.Onlar məndən əl çəkmədilər.Mənə əzab verməkdən də başqa bir işə yaramadılar.Onlar sadəcə mənim sağlığıma ziyanlı idilər.Bilirsiz xala mən əmimə necə oxşayıram.Həm tale cəhətdən,həm də ki görünüş cəhətdən.Amma mən əmim kimi etməyəcəm.Mən onun kimi qəddarcasına intiqam almayacam.Mən bəlkə bədəncə öləcəm amma ruhən həmişə buralarda olacam.Əmimin ətrafında,onun ailəsinin düz burnunun dibində olacam.Hamı məndən danışacaq.Məşhur olacam.Sevinirəm.Məşhur olacam.Düşünə bilirsiz mənim şəklimi televizora çıxardıb mənim haqqımda məqalə hazırlayacaqlar.Mənim söhbətlərim danışılacaq.Mənim lənətəgəlmiş ...Daha danışa bilmirəm.Yalnız ağlamaq istəyirəm.Qapını bağlayın xahiş edirəm.Yalnız buraxın məni.Lənətəgəlmiş .....

 

-Ana bəs noldu sonra?Niyə dayandın?

-Qızım sonrasını mən sənə nəql edim.Oxumaqdan bir azca yoruldum.Mən bu hekayəni oxumuşdum bir vaxtlar.İndi isə ardını sənə danışım.Balaca qızcığac dediyimiz qız əslində tam 17 yaşında idi.Yəni sənin yaşında.Qızım bax əsl sevgi heç vaxt yaddaşdan silinə bilməz.Bu qız üçündə əsl sevgi silinmədi.O sadəcə özü ilə apardı eşqini.

-Necə yəni ana?Qız öldümü yoxsa?

-Səbrt et danışıram qızım.

          Onun nakam sevgisi böyük əmisioğluna idi.Amma tərslikdən onu balaca əmisioğlu sevirdi.Bu eşq sanki bizə onun əmisini eşqini xatırlatdı.Bir az fərqli olsa da amma eşq eyni eşqdir.Uşaqlıqdan bəri gizlətdiyi eşqi qəlbində hər zaman saxlamışdı.Heç kimlə bölüşmək istəmirdi.Buna görə də balaca qızcığaz bu sevginin odu ilə yandı,kül oldu.Və sonda sığınacaqda qaldığı otaqda özünü asmışdı.Və bir məktub yazmışdı.Amma bu məktubu nəql edə bilməyəcəm.Qoy oxuyum.

“Mənim sonsuz sevgim desəm görəsən nəsə kəsb edərmi?Son oldu artıq.Mən öldüm.Ölməyəcəm dedim amma öldüm.İçimdəki o sevgini axırki sənə açıb deyə bildim əmioğlu.Səndən necə qorxduğumu sənə anlata bilmərəm.Necəki bu illər boyu sənə sevgimi anlata bilmədim.Heçmi gözlərimdən anlamadın?Axı gözlər sevgini tez bəlli edir.Bir sənə parlayırdı o gözlər.Gör necə qəribə taleyimiz var imiş.Sənin atan mənim anamı istəyib və buna görə onu öldürüb.Və mən də səni istəmişəm amma özümü öldürmüşəm.Sənin atan özünü mən isə səni düşünərək etdim.Bilirəm sən heç vaxt məni sevməzdin.Bunu bilib gizlin-gizlin əziyyət çəkməyivi istəməzdim.Bilirəm sən də bilirdin atavin anamı istəməyini.Və buna görə də sən məni qətiyyən sevməzdin.Amma bunu da etiraf edimki qardaşın belə bir qürursuzluq edib məni sevmişdi.Hətta bunu mənə etiraf etmişdi.Bəli sənin qardaşın qürursuzdu amma ən azından hisslərini bəlli edə bilir.Sən isə məni dəlilər kimi sevsəydin belə bunu mənə deməzdin.Nəysə əmioğlu mənimdə alın yazım bura qədər imiş.Səni sevirəm yazmayacam.Çünki artıq mən bir ölüyəm və səni sevə bilmərəm.Mən canliykən səni sevirdim.Bəli sevirdim.Atavin anamı sevdiyi kimi sevirdim.Amma atavin özünü düşündüyü kimi mən təəssüfki özünü düşünə bilmədim.Kaş bunu da bacarsaydım amma olmadı.Səni içimdə basdırıb getdim.Sən bunu oxuyan zaman mən qəbirdə olacaq.Yatacam.Sonsuz rahatlıq içində.Amma sən və sənin ailən heç vaxt rahat yata bilməyəcəksiniz.Bu məktubu da öz qanımla bəzəmişəm.Qan qoxumu iylə,səndən və ailəndən ömürlük intiqam aldığımı anla.Bu intiqam sizə bəsdir.Bir vaxtlar yaşayan əmivin qızı qızcığaz.”

-Bir eşq nə qədər də qəddar imiş.Bir ailəni dağıdacaq qədər.Anacan sevməkdən qorxuram mən artıq.

-Sevməkdən qorxmaq yox onu anlamaq lazımdı.Yəni özünü yox sevdiyini düşünmək lazımdı.Onun yaxşığı üçün ölməyə belə dəyər ....

 


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+26=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.027 saniye