Qara Saçlı Tarix
Khayyam Muhammad tərəfindən "Şeir" bolməsinə 03:46 27 iyun 2014 tarixində əlavə olunmuşdur

Bir şeir vardı divardan asılan amma oxunmayan
Qadın qara saçlı amma boğulmaz
dәnizdә.
asılıb qalıb tarix qara saçlı qadınla bәrabәr.
Başsız müqәvvaların günәşinә dönmüş mayak.
Qadının dan ulduzu çevrilib qalıb.
Tarix dә asılıb qalıb gәlәcәkdә keçmişdәn xәbәrsiz.
Parçaları toz basıb şeirdәn uzaqda.
Kәdәrli bir şairin ölmüş xırda arzuları .

Ölmüş köhnә tanışın soyuqluğu var bir qadında.
Bakının vidası yollarını qara bürüyәr.
Qara saçlı qadın üşümәz amma qorxar baharın qışından.
Siz görmәdiyiniz tanışlarının qәbirlәrini isidin.
Cәhәnnәmin odu belә dondurar insanı.
Tarix asılıb qalıb şairin köhnә şkafından.
Bir şeir oxunmayıb amma hәlәdә divarda.

Şair kәdәrlәri ilә dönür bu dünya bizi aldatdılar.
Qara saçlı qadının gözlәri dәniz
Ümidlәr mayak qәdәr uzaq amma hәlәdә parlaqdı.
Qadının saçlarını aldadıblar.
Onlar qar kimi bәyaz,
Kәdәrdәn qaralmış.
Asılıb qalıb tarix qara saçlı qadınla bәrabәr


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
Müəllif

Khayyam Muhammad
Haqqında
sadəcə  bekar  insanam  hərdən  bekarliq  şeir olur dunyani  firladan
Əlaqə
E-mail:
alone_inworld@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0228 saniye