Qədimdə insanlar nəhəng və uzunömürlü olublar?
Vüsal Məmmədzadə tərəfindən "Elmi məqalə" bolməsinə 21:14 26 iyun 2014 tarixində əlavə olunmuşdur

2011-ci ildə Argentinada tapılan nəhəng insan skeleti hamını təəccübləndirdi. Məhz bundan sonra paleontoloqlar qədim insanların yaşayış tərzinin və bioloji xüusisyyətlərinin öyrənilməsində yeni istiqamət müəyyənləşdirdilər.

Arxeoloji qazıntıların davamında daha bir neçə skeletin tapılması təəccübləri bir qədər də artırmışdı. İlkin fərziyyə olaraq bu insanların dinozavrlarla eyni dövrdə yaşaması fərziyyəsi irəli sürüldü. Artıq təstiq olunmuş faktdır ki, dinozavrların mövcud olduğu təbii şəraitdə ətraf mühitdəki digər canlılar (böcəklər, bitkilər və digər heyvanlar) da nəhəng ölçülərə malik idi. Məsələn, həmin dövrdən günümüzə gəlib çatdığı güman edilən timsahların ölçüləri 65-70 milyon il bundan əvvəl indikindən 15-20 dəfə daha böyük olub. Yalnız başqa bir məqam var idi: axı insanlarla dinozavrların sivilizasiyası arasında, təqribən, 60 milyon illik fərq var? Buna görə, alimlərin əksəriyyəti bu fikri təkzib etdi. Lakin Köln Universitetinin professoru Edmund Körningem indiyədək bəşəriyyətin dinozavrlar haqqında səhv düşündüyünü bildirirdi və insanların onlarla birgə yaşayışının mümkünlüyünü diqqətə çatdırırdı: “Hazırda 19 metr hündürlüyə malik insan skeleti var əlimizdə. Bu ölçüdə insanla dinozavrların bir sivilizasiyada yaşaması çətin olmamalı idi”, - deyən alim nümunə göstərməklə fikrini aydın izah etməyə çalışdı: “Hazırda insanın orta boyu 1,7 metrdir. Zürafə kimi hündür bir heyvanla eyni təbii şəraitdə yaşa biliriksə, bu, dinozavrlarla da mümkün ola bilərdi. Məncə, dinozavrlar düşündüyümüz qədər yırtıcı varlıqlar olmayıblar. Onlar, sadəcə, nəhəg oublar”.

Tədqiqatların davamında tapılan skeletlərin, təxminən, 1 milyon il bundan əvvələ aid olduğu ortaya çıxdı. Deməli, ilk insanlar nəhəng ölçülərə malik idilər. Bəs onların sonradan kiçilməsinə səbəb nə olmuşdu?

Kaliforniya Universitetinin professoru Tomas Ositski diqqəti başqa bir səmtə yönəldir: “Kim sübut edə bilər ki, tapılanlar insan skeletidir? Düşünürəm, heç kim. Hazırda əksər meymun növlərinin skeleti insan skeletinə olduqca bənzərdir. Ola bilsin, 1 milyon il əvvəl Yer kürəsində nəhəng ölçülərə malik meymun növü yaşayırdı və nəsli kəsildi”.

İsveçli Yohan Stivenson isə təbiətdəki canlıların vaxt keçdikcə kiçilmələrinin mümkünlüyünü dilə gətirdi: “Yer kürəsində atmosfer təzyiqi tədricən yüksəlməkdədir. Bu təzyiq bəşəriyyətin inkişaf tempinə də təsir göstərib. Belə ki, Yer kürəsindəki canlıların ölçüləri vaxt keçdikcə kiçilib. İnsanların da ölçülərinin 1 milyon il əvvəl 17-18 metr olması mümkündür”.

Vatikan kilsəsindən Endryu Herberd isə “İncil”dən və dini rəvayətlərdən maraqlı faktlar sadalayır: “Dini rəvayətlərdə insanların uzunömürlülüyündən bəhs edilir. Məsələn, bəzi peyğəmbərlərin 500-600 il yaşadığı qeyd olunur. Bəlkə də, bu, rəvayət olduğu üçün şişirdilib və, sadəcə, uzunömürlülüyü özündə ehtiva edib. Ancaq rəqəmlərin reallığını da heç kim inkar edə bilməz”.

Ardı olacaq...

Çox keçmədən "nəhəng insan" nəzəriyyəsinin yalan olduğu məlum oldu: "Nəhəng insan yalanı" adlı yazını oxumağınız tövsiyyə olunur.


... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
3+7=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0301 saniye