Qeyri-adi ölüm hekayələri
Demetria tərəfindən "" bolməsinə 17:58 21 may 2014 tarixində əlavə olunmuşdur

1600-cü illərin İspaniya Kralı III Philip atəşin qarşısında uzun müddət qaldığı üçün bədən temperaturunun yüksəlməsi səbəbiylə öldü. Bəs Kral temperaturunun qaldığını bilsə də niyə atəşin qarşısından çəkilmədi? Çünki bunu fikirləşmək onun vəzifəsi deyildi. Kralın stulunu atəşdən uzaqlaşdırmalı olan sarayın atəşçisi həmin gün icazəli idi.

1857-ci ildə Geealeka Xhosa qəbiləsindən olan Cənubi Afrikalı bir qız yuxu gördü. Yuxusuna görə xalqı bütün dünyəvi mallarını yox etdiyində onların ölkələrini oğurlayan ağ adama qarşı qələbə qazanmalarını təmin edirdi. Qəbilə qızı dinləyib sahib olduğu hər şeyi məhv etdi və 25 min insan aclıqdan öldü.

Marco və Roberto qardaşları daim mübahisə edirdilər. Robertonun tez-tez Marcoya lağ edirdi. Bu səbəbdən də o, qardaşını silahla öldürdü, ancaq 5 dəqiqə sonra özü də can verdi. Çünki onlar dövran sistemi eyni olan bitişik əkizlər idi. Roberto öldükdən sonra Marconun qan dövranı dayanmışdı.

Astronomiya elmində cığır açan Danimarkalı alim Tycho Brahe vaxtında tualetə gedə bilmədiyi üçün öldü. Çünki 16-cı əsrdə yeməyi yeyib qurtarmamışdan əvvəl süfrədən qalxmaq hörmətsizlik kimi qəbul edilirdi. Brahe də çox içki içən biri  idi və o gecə də ziyafətə gəlməmişdən qabaq tualetə getməyi unutmuşdu. Ziyafətdə də içkini çox içən Brahe, 11 gün əzab çəkdikdən sonra həyatını itirdi.

 Bir Fransız 1998-ci ildə intihara qərar verdi. Bunun üçün o dəniz sahilindəki yamaca dırmaşdı. Yamacdakı qayaya ip bağladı,digər ucunu isə boynuna geçirdi. Daha sonra bir budulka zəhər içdi,özünü yandırdı və uçurumdan aşağı atdı. Elə özünü atdığı andaca başına silahla atəş açdı. Ancaq güllə başına dəymədi, boynundakı ipi qopartdı. Uçurumdan düşdüyü çay bədənindəki yanğını söndürdü. Su çox soyuq olduğu üçün bədəni şoka girdi və zəhəri qusdu. Bir balıqçı onu sudan çıxarıb xəstəxanaya apardı, ancaq o bədən temperaturunun çox aşağı düşməsi səbəbiylə vəfat etdi.

24 yaşındakı bir aktrisa olan Peg Entwistle heç vaxt ulduz olmayacağını düşünüb özünü dağın təpəsindəki “Hollywood” yazısının H-dan özünü atdı. Ölümündən sonra ona gələn zərfi ev yopoldaşı açdı. Zərfdəki  məktub ona gələn iş təklifi idi. Göstərilən rol da intihar edən bir qızın canlandırılmasıydı.

Məşhur yazıçı Tennessee Williams-in ölümü də qəribədir. 71 yaşındakı yazıçı  burun spreyini sıxmaq üçün başını əydiyi an spreyin qapağı boğazında qaldığından həyatını itirdi.

1982-ci ildə New Orleanslı bir qolfçu 13-cü deşikdə pis oynadığı üçün çubuğunu nifrətlə atdı. Çubuq golf maşınına dəyib ikiyə bölündü. Maşının mili fırlanıb boynuna dəydi və damarlarını parçaladı.

1929-cu ildə İngiltərədə yanğın söndürənlər öz bacarıqlarını sərgiləmək üçün bir şou hazırladılar. Şouda doqquz uşaq yanan evdən qurbanlar olacaqdı. Yanğın söndürənlərdən biri istifadə etməyi planlaşdırdıqları sis bombaları unudub evi həqiqətən yandırdı. Uşaqlar yanğında can verdiyi anda onların model olduğunu zənn edən tamaşaçılar yanğınsöndürənləri alqışlayırdılar.

1901-ci ildə Maud Willard, bir çəllək içində özünü Niagara Şəlaləsindən aşağıya atdı. Maud bu tullanışda ölmədi. Onu öldürən, zorla çəlləyə qoyduğu itiydi. İt burnunu çəlləyin tək hava deşiyinə soxduğu üçün hava yeri qalmadığından Maud havasızlıqdan öldü.


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
2+36=
Hesaba giriş
Müəllif

Demetria
Əlaqə
E-mail:
efsane1899@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0269 saniye