Qısalmalar-Uzanmalar
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:27 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Dırnaqlarım
Saç-saqqalım uzanıb.
Divanda uzanmış ağsaqqal da
Dayanmadan deyinir:
Dilin yaman uzanıb.
Kimin nəyi uzanmır ki bu aralar?!
Allahın məsafəsi uzanır,
Zamanı qısalır,
Hər şey uzanır,
Hər şey qısalır.
Və ən pisi
Əlimi sənə uzada bilmirəm.
Əlim qısalıb.
Zaman da azalıb deyə
Vaxtım çatmır səni sevməyə.
Bu aralar çox məşğulam
Və təəssüf ki,
Əlim qısalıb.
Əlimi sənə uzada bilmirəm.
Ona görə
Bir Allaha dilim uzanır.
Siqaretim də azalır
Nəysə hər şey uzanır,qısalır və çoxalır.
Sonra yenə azalır.
Məndə şeirlərimi gərək azaldım.
Onsuz səsim çatmır sənə.
Ağsaqqal da düz deyir.
Gərək dilimi qısaldım…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+15=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0213 saniye