Qısqanır ...
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 22:10 31 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bu gün o uşağı gördükdən sonra uşaq olmaq istədim.Əllərimin torpağa bulaşmasını istədim. Gözlərimin insanlara mənasızca,anlamsızca amma sevgi dolu baxmasını istədim. Bu gün insanlara son dəfə inanmaq istədim. Onların gözlərinə saf  bir uşaq kimi baxmaq istədim. Çox qısqandım bu gün o uşağı. Onun gözlərindəki pırıltını,üzündəki saflığı, dilindəki şirinliyi çox qısqandım. Bir anlıq onun yerində olmaq və gəlib-gedən insanların yanağımdan dartmasını istədim. Son dəfə tanımadığım insanlara sevgi ilə baxmaq istədim. Amma olmadı …

Skamyada oturdum və bir az gözlədim həvəsimin ölməyini.Başımı qaldırdım  və yenə də hər şey eyni idi.Hava,insanlar,quşlar,ağaclar,torpaq və hətta yerə sərilmiş yağış damcıları belə.Yenə həyat öz axarı ilə davam edirdi.Yenə insanlar yağışdan qaçırdı.Kimisi çətir,kimisi qəzet,kimisi papağı ilə qoruyurdu özünü yağışdan.Anlamsızdı.Mənasızdı hər şey.Payızı belə yaşamaq istəmirdi insanlar sanki.Nifrət edirdilər payıza və onun yağışına.Gözlərində nifrətdən başqa heç nə görünmürdü.Bəzən düşünürəm payız da yayı qısqanır deyə …

Əvvəllər çox danışardım.Dayanmazdım.İçimdəki enerji və həyat eşqi danışdırardı məni.Amma gün gəldi mən yenə danışdım amma içimdə.Səsim çıxmadı.Səssiz film kimi idi hər şey artıq mənim üçün.Sonra yazmağa başladım.Sonra dedim ki, özüm-özümə yazılanlar qoy dəftərdə də qalsın.Çünki deyilsə çox insanın canı yanacaq.Sonra yazdım vərəqə ki, qalsın bir xatirə kimi.Kiminsə oxumağı üçün  yox.Sadəcə deyilənlərin sübutu olmadığı üçün…Sadəcə yazılanların daha gerçək olduğunu…Və sonra  bir daha dərk etdim ki,deyilənlər yazılanları çox qısqanır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+30=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0227 saniye