Qoca qadın
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 00:24 27 iyul 2014 tarixində əlavə olunmuşdur

                “Allah sənə ömür versin” deyəndə anladığı yaşlandığını qoca qadın.Yaşlı və yorğun gözləri ilə minnətdarlığını bildirib sadəcə susdu.Bu vaxta qədər yanında olan bütün ailə üzvlərini bir-bir nəzərdən keçirtdi.Üç oğlu və gəlini ,bir qızı və kürəkəni ,doqquz dənə nəvəsi var idi.Onları gözdən keçirtmək o qədər də asan olmadı.Qoca qadın bütün hisslərini,duyğularını onlara qurban etmişdi.Onların yaxşı yaşaması üçün əlindən gələni etmişdi.İndi bir-bir onların üzünə baxaraq yenidən o günləri yada salmaq o qədər də asan deyildi.

                İtirmişdi.Bütün həyatı boyunca ona dayaq olan,istədiyi zaman sarıla biləcəyi insanı itirmişdi.Hər doğum günündə yanında idi.Amma məhz bu doğum gününü onsuz keçirtməyə məcbur olmuşdu qoca qadın.Süzülmüşdü gözündən mirvarilər.Axmışdı qupquru dodaqlarının üzərinə.Rəngi qaçmış dodaqlarını bir-birinə sıxaraq bütünlüklə islatmışdı onları.Qırışları o qədər çoxalmışdı ki,ağladığı zaman gözlərinin bəbəklərini görmək mümkün deyildi.Bir vaxtlar iri açılan o gözlər indi sadəcə qıyılaraq ağlayırdı.Bütün qohumları yanında olsa belə,ona sahib çıxacaq insan yox idi.Bəzən onun yanına getmək istəyirdi.Sevdiyinə tez qovuşmaq istəyi onun ürəyində xüsusi bir arzu olmuşdu.Gecə yerinə uzandığı zaman gözlərini tavana dikib onun xəyalı ilə yatmışdı.Susmuşdu bəzən,ağlamamışdı yəni.Bəzənsə hönkürtüsü ilə bütün evdəkiləri lərzəyə gətirə bilirdi.Onun içindəki tufanı,zəlzələni kim anlaya bilərdiki?Heç anlamalarını da istəmirdi.

                Qoca qadın artıq 75 yaşı haqlamışdı.Üzündə olan bütün qırışlar bunun sübutu deyilmiydi?İllərin yorğunluğu,zamanın amansızlığı,insanların haqsızlığı var idi onun gözlərində.Qırışlar ucbatından güclə açılan dodağından çıxan kiçik kəlmələrin böyük mənası yatırdı sözlərində.Əllərində sevdiyinin əllərinin istiliyi,ürəyində isə onun qubarı yatırdı.Amma qoca qadın yata bilmirdi.Bütün keçmiş tam bir qoxu kimi çökmüşdü onun üstünə.Yu sa da çıxmırdı üstündən keçmişin hisli,tozlu,dumanlı qoxusu.

                Yağışın sonsuz damlaları kimi,axıtdığı bir damla göz yaşı kimi pak və təmiz idi qoca qadın.Köhnə olsa belə xatirələr yenə də təmiz saxladığına əmin idi.Xəyanət etməmişdi onlara.Gözləri ilə qorumuş,dili ilə paylaşmış və əbədiyyən ürəyində saxlamışdı.Qoca qadın o sirr dolu gözlərini əbədiyyən yummuşdu...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+30=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0217 saniye