"Mənim həyat yoldaşım həmişə məni irəli addımlamağa məcbur edib" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 12:43 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Yeni ailə həyatına qədəm qoymuşxanım - Gülər Qənbərli ilə müsahibəni təqdim edirik:

1. Salam... Sizi tanıyaq...
- Salam... Gülər Qənbərli (Kanberoğlu).1992-ci ildə avqustun 12-də Bakıda anadan olmuşam. Əslən Qərbi Azərbaycanlıyam (ikitərəfli).1999-2010 illəri arası S.C.Pişəvəri adına HFG'da oxumuşam.10-cu sinifəcən əlaçı, sonra zərbəçi. Ədəbi qabiliyyətim güclü olub, yarışmalara qatılmışam, qalibiyyət əldə etmişəm.
2010-cu ildə məktəbi bitirəndən az sonra Azərbaycan Dövlət İqtisad universiteti Türk Dünyası İşlətmə bölümü Uluslararası ilişkilər bölümünü qazanmışam. Bərbad tələbə olmuşam, açığı, indi peşmanam, inşallah magistr təhsilimdə bu səhvi etmərəm. 2014-də universiteti bitirdim. 2015-də ailə həyatı qurdum. Hal-hazırda İstanbulda yaşayıram.

2. Bilirəm ki, yeni ailə qurmusan. Necə gedir evlilik?
- Normal. Əsas odur pis getmir.

3. Nişanlılıq dönəmi ilə evliliyin fərqi çoxdur mu?
- Biz 9 ay tanışlıq, tam 2 il nişanlılıq dönəmi yaşamışıq. Hər dönəm biri-birindən gözəl keçib. Evlilik haqqında hələ tezdir nəsə demək. Heç olmasa, il keçsin. Nəsə, mənə elə gəlir ki, sevgili dönəmində qarşı tərəf necədirsə, nişanlılıqda da elə olur. Necə nişanlı olubsa, elə də həyat yoldaşı olur.

4. Ailəyə, yeni ortama adaptasiya olunmaq var, bunu nə ilə asanlaşdırmaq olar, səncə?
- Xasiyyətdən asılıdır. Eləsi var, beyni həmişə subaydır, eləsi var, baxırsan ki, dünəndən hazır imiş.

5. Ailə nədir?
- Həqiqətən də kiçik bir dövlət imiş...

6. Qadın və kişi bərabərhüquqluluğuna münasibətin?
- Ümumiyyətlə, bütün insanların haqq və hüquqları eyni olmalıdır, dil, din, cinsiyyət fərqi olmadan.

7. Evdə kimin sözü keçir?
- Ortaq qərar verilir.

8. Evlilik üçün neçə yaşı uyğun hesab edirsən, ayrı-ayrı fərdlər üçün?
- Biz tez ailə qurmuşuq. Hələ yoldaşım üçün lap tez sayılır. Erkən evliliyin özünəməxsus çətinlikləri var. Yaşın fərqi yoxdur. Maddi və mənəvi tərəflər hazır olmalıdır. Bu 23 yaş da ola bilər, 30yaşda da.

9. Ailəyə, evliliyə hazırlıq hansı dönəmdə tam formalaşıb başa çatır?
- Hər şey beyində başlayır, beyində bitir. Hər insana görə dəyişir bu. Eləsi var, 30-na gəlib çatıb, ona bu mövzular çatmır. Eləsi də var, 18 yaşında uşaqdır, sənə-mənə dərs keçər.

10. Uzaqda, sevdiyin adamın yanında olmağına rəğmən, darıxırsan mı?
- Yəqin ki vətəndən ötrü deyə soruşursunuz. Hərdən dəhşət, hərdən heç... Amma Novruz bayramlarında lap çox. Burda keçirilmir deyə.

11. Mutluluğun formulu nədir?
- Sağlamlıq, pul və sevgi. Bunların hamısı olmalıdır ki, tam xoşbəxt olasan.

12. Sevgi evliliyi daha etibarlı olur, yoxsa məntiq?
- Məntiqli sevgiylə qurulan ailə daha etibarlıdır.

13. Sən təhsilli xanımsan. Mənim belə bir yazım vardı, "kişilər, bilgili, toplumda söz sahibi olan qadınların ağırlığını həyat yoldaşı kimi qaldıra bilmirlər" - buna münasibətin necə olardı?
- Deməzdim. Elə kişilər yox deyil, amma, mənim həyat yoldaşım tam da elə bir qadın olmağımı istəyərdi. O həmişə məni irəli addımlamağa məcbur edib. Çox həvəssiz insanam mən. Buna görə çox əsəbiləşirdi. Həmişə deyirdi ki : "Mənə həyatın çətinliklərini, yükünü bölüşə biləcəyim bir həyat yoldaşı lazımdır. Sənin yükünü çəkməkdən öz yükümü də çəkə bilmirəm". Düz deyirdi. Biri var, gücün çatmır, biri var, tənbəllikdən. Tanış olduğumuz gündən bəri yükümüzü o çəkir.

14. Ailə üçün nədən vazkeçmək olar?
- Hər şeydən. Qürur xaric.

15. Yoldaşın sənə bu sahədə - çalışmaqda, təhsilini yenidən davam etdirməkdə, kariyeranda dəstək olur mu?
- Hər cür dəstək olur. Yenə də tənbələm.

16. Güzəştə gedirsən, yoxsa güzəştə gedir?
- Çox vaxt o gedir, çox sevdiyindən. Çalışır, hər şey ürəyimcə olsun, qəlbim qırılmasın. Amma tərs damarına düşsə, qurtardı.

17. Ən əsası, bu gün, bu an xoşbəxtsən mi?
- Ümumiyyətlə, hə.

18. Saytmıza və bizlərə sözün, istəyin?
- Var olun! Xoşbəxt qadınların müsahibələrini daha çox alın. Bəlkə, yetişən gənc nəsil və ya taleyi uğursuz alınan xanımlarımız üçün motivasiya mənbəyi olar.

Gözəl söhbət üçün təşəkkür edirəm.
- Mən təşəkkür edirəm.

Söhbətləşdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0285 saniye