"Mental dəyərlərlə mübarizə aparmaq "COOL" görünmək istəyi deyil!"
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 22:44 06 dekabr 2015 tarixində əlavə olunmuşdur

Azərbaycan gəncliyinin qarşısındakı əngəllərdən biri Mentalitetdir. Amma bundan böyük əngəl "Heç bir işə yaramayan", özgüvəni olmayan", "cinsi ehtiyaclarını ödəyə bilməyib də, fikri bu istəklərdə qalan" gənclərdi. Bu gün "mental" dəyərlərlə mübarizə aparan gəncliyin qarşısında yaşlı insanlardan çox, yuxarıda qeyd etdiyim gənclər durur. Mentalçılıqla mübarizə aparan gəncliyi "Cool", "Reklamçı", "Qız tutmaq", "Müasir görsənmək üçün artistlik edən" və s. adlar ilə ittihham edirlər.

Mental dəyərlər ilə mübarizə aparmaq "Müasir", "Cool" olmaq deyil. Bu dəyərlərdən uzaqlaşıb, həyatı rəngarəng yaşamaq istəyən gənclərdi.

İllərcə bu dəyərlərə görə sevgidən, qayğıdan məhrum olmuşuq. Hələ uşaqkən bizlərə illərcə qorxunu aşıladılar. Evdə böyük olanda uzanmaq, əylənmək, gülmək olmaz. Bizlər böyüklərimizdən illərcə qorxduq. Nəvələr baba qucağında sevgi görməkdənsə, daim onlar evdə olanda sakit oturub, divarın bir küncünə sıxıldılar.

Bizlər evdə böyük var deyə, ana-ata sevgisindən, qayğısından, ana və ata qucağından məhrum olduq. Bizlərə illərcə öyrətdilər ki, evdə böyük varsa, uşağı öpmək, qucaqlamaq, uşağa qayğı göstərmək olmaz. Körpəyə qayğı lazım olduğu halda, körpələr bu dəyərlərə görə sevgidən, qayğıdan məhrum oldular.

Uşaqlığını bu dəyərlərə görə itirənlər, gənclik həddinə çatan da, "Qonşu nə deyər ", "Camaat nə deyər" düşüncələri ilə gənclik illərini də itirdilər. Azərbaycan gəncliyi heç vaxt öz həyatını yaşamadı. Gənclik illərini qonşudakı "Novruzəli əmiyə , "Tükəzban xalaya" görə yaşadılar. Hamıya görə yaşadılar, amma bir özləri üçün yaşamadılar. Sırf kimlərsə bəyənsin deyə gənclik illəri əllərindən alındı.

Bakirəlik dəyərərinə görə nə qədər gənc qızların həyatı qaraldı. İllərcə o pərdənin əsiri oldular. Sevməkdən, sevilməkdən , hisslərdən, ehtirasdan məhrum oldular. Heç vaxt öz həyatlarını yaşamadılar. Qadınlar insan kimi deyil, proqramlaşdırılmış robot kimi yaşadılar. İllərcə qadın, sən belə olmalısan, elə olmalısan deyə yaşatdılar. Kimsə onlardan soruşmadı, sən də insansan, necə yaşamaq istəyirsən? Sənin də xəyalların, hisslərin var. Bu ölkdə hətta təcavüzə məruz qalmış qadınlar , o sarsıntı ilə yaşamaqları azmış kimi, bakirəlik sevdasına görə illərcə ailə, körpə sevgisindən məhrum oldular.

Böyüdükdə belə bu dəyərlər bizdən əl çəkmədi. Gənclik illərini kimlərəsə görə yaşayan Azərbaycan gəncliyi, ailə həyatını belə kimlərəsə görə yaşadı. Seçim haqqı, sevgi haqqı onlara verilmədi. Daim ailələrin seçimlərinə görə ailə həyatı qurdular. Ailə həyatı qurduqdan sonra belə, bu dəyərlər onlardan əl çəkmədi. Ailə həyatlarını basqı altında yaşadılar. Yoldaşı ilə ilə gəzib-əylənmək, haqqları onlara tanınmadı.

Çox təəssüf ki, bu halları saymaqla bitmir, uzandıqca, uzanır. Bizim mübarizəmiz "Cool ", "Müasir görünmək" deyil. Bizim mübariəmiz, gənclik həyatlarını, insanların həyatını əlindən alan dəyərlər və xurafat dini inanclardır. Biz mübarizəmiz gələcəkdə övladlarımızın ağ-qara yox, rəgarəng həyat yaşaması üçündür!

Kamran İsmayılzadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+23=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.041 saniye