"Qatil"
Səbinə Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 15:06 18 yanvar 2014 tarixində əlavə olunmuşdur

Köhnə bir binanın pilləkənlərində oturmuş qızcığaz bir az öncə qarşılaşdığı mənzərəni hələ də anlaya bilmirdi. Sadəcə başını aşağı salıb ağlayırdı. Elə bu vaxt ortayaşlı, hündürboy bir kişi onun diqqətini cəlb edən bu qıza yaxınlaşaraq soruşdu:
- Salam. Niyə burda oturub ağlayırsan?
- Mən tanımadığım adamlarala danışmıram.
- Yaxşı, onda gəl tanış olaq. Mənim adım Freddir. Bəs səninki nədir?
-Françeska.
- Çox gözəl adın var. Bu adı sənə kim qoyub?
- Atam qoymuşdu.
- Bəs atan indi hardadır?
- Artıq nə atam, nə anam, nə də bacım həyatda deyil.
- Necə yəni?
- Mən çörək almaq üçün dükana getmişdim. Evə qayıdanda gördüm ki, atam, anam və bacım qanlar içərisində yerə səriliblər. Artıq onlar həyatda yoxdurlar. İndi mən nə edəcəm?
- Mənimlə gəl. Mən də təkəm. İkimiz bir yerdə yaşayarıq.
- Olmaz. Mən tanımadığım birinin evinə gedə bilmərəm.
- Qorxma, mən pis adam deyiləm. Həm də ki, biz artıq tanış olmuşuq.
Françeska başqa çarəsi olmadığı üçün Fredlə getməyə razı olur. Onlar evə gedirlər. Françeska evə girən kimi otağın küncündəki köhnə divanda, Fred isə stolda oturur. O, silahını çıxarıb stolun üstünə qoyur. Françeska bir qədər qorxur. Fred deyir:
-Qorxma. Sənə heç nə eləmərəm.
Françeska:
- Qorxmuram. Sən bu silahı neyniyirsən?
- Mən muzdlu qatiləm. Amma qadınları və uşaqları öldürmürəm.
Françeska bir qədər qorxsa da, sonradan bu onun üçün maraqlı gəldi. Düşündü ki, Fred kimi o da gələcəkdə qatil olsa, ailəsini öldürənlərdən qisas ala bilər. Buna görə də, o, bu sənəti öyrənmək qərarına gəldi.
Bir neçə həftədən sonra Fred ona silah tutmağı, atəş açmağı öyrətdi. Onlar bir yerdə məşq edib, əməliyyatlara hazırlaşırdılar.
Artıq iki ay ötdü. Françeska Fredi özünə daha da doğma hiss etməyə başladı. Artıq o, onu dünyadakı hər kəsdən, hər şeydən çox sevirdi. Ən çox Fredi itirməkdən qorxurdu. Ancaq iki ay öncəki mənzərə Françeskanın ağlından hələ də çıxmamışdı. Kiçik olmasına baxmayaraq onun ən böyük arzusu Fred kimi güclü bir qatil olub, ailəsinin qatilini öldürmək idi. O, həqiqətən buna inanır və daim bu arzuyla yaşayırdı.
Uzun müddətdən sonra artıq onlar bəzi əməliyyatlara birgə gedirdilər. Françeska demək olar ki, bu sənətin bütün sirlərini öyrənmişdi. Ancaq Fred bir gün ağır bir tapşırıqla üz-üzə gəldi. Çox təhlükəli olduğundan bu dəfə tək getmək məcburiyyətində qaldı. Hazırlaşıb yola düşdü, amma geri qayıdacağına o qədər də inanmırdı.
Françeska isə evdə tək qaldığı müddətdə təkbaşına məşqlər edirdi. O, çox şey öyrənmişdi.
Beş gün keçdikdən sonra Fred yaralı halda evə qayıtdı. Yarası onu çox incitsə də, bunu Françeskaya bildirmirdi. Düzdür, əməliyyatdan sağ qayıda bilmişdi. Ancaq bu dəfə bir qədər qorxurdu. Çünki polislər onu hər an yaxalaya bilərdi. O, hər şeyi Françeskaya açıqlamaq fikrinə gəldi. Onlar stolda oturub danışmağa başadılar. Fred dedi:
- Françeska, mən öz sevgimi göstərə bilməsəmdə, qəlbimin dərinliklərində sənə qarşı böyük bir sevgi var. Artıq biz bir ilə yaxındır ki, tanışıq. Mənim də taleyim səninki ilə oxşardır. Mən də kiçik yaşlarımdan ailəmi itirmişəm və həmin vaxtdan bəri tək yaşayırdım. Ta ki səninlə tanış olana qədər. Açıq danışacağam. Polislər məni axtarır. Hər an yaxalaya bilərlər. Hər şeyə hazırlıqlı olmalıyıq. Mən ölsəm, həyata küsmə. Öz yoluna davam et. Axı sənin bir arzun var. Çalış o arzunu gerçəkləşdir. Özünə inansan, buna nail olacaqsan. İnan mənə.
Bu sözlərdən sonra Françeska ağlamağa başladı. Kövrək səslə dedi:
-Narahat olma, arzumu gerçəkləşdirəcəm. Sənin kimi olacam. Çünki səni çox sevirəm.
Bu hadisədən altı gün keçdi.
Françeska səhər durub mağazaya getdi. Bu gün Fredin ad günü olduğu üçün ona sürpriz hazırlamaq istəyirdi. Geri qayıdanda binanın həyətində çoxlu polis maşınları var idi. O, pilləkənləri yavaş-yavaş çıxmağa başladı. Gəlib evə çatdı. Qapı açıq idi. Fred otaqda yerə sərilmişdi. Françeska ağlamağa başladı. Ancaq təəccüblənmədi. Çünki bu mənzərə ona heç də yad deyildi. O, gözünün yaşını silib dedi:
-Yenə də tək qaldım, amma heç nə olmaz. Artıq mən böyümüşəm və Fred dediyi kimi yoluma davam etməliyəm. Onun kimi güclü olmalıyam. Axı mənim bir arzum var. Özümə inansam həmin arzumu gerçəkləşdirəcəm...


... dəfə oxunub
Qiymət: 9/10(17 səs)
[qiymət ver ]
Şərh yaz
4+26=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0242 saniye