"Xəyanət qoxusu" (parca) müəllif: Firuzə Çiçək
Firuzə Çiçək tərəfindən "Hekayə" bolməsinə 18:20 04 avqust 2012 tarixində əlavə olunmuşdur

Başı bərk ağrayırdı. Beynində nəsə uğultu var idi. Elə bil zavodda düz mühərrikin yanında dayanmışdı. Alnını ov­uşdurub, gözlərini açdı. Maşında idi. Ona nə olmuşdu? Hər şeyi xatırlamağa başladı. Hə, fizika hazırlığında idi. Birdən tanımadığı, ümu­miy­yətlə heç üzlərini görə bilmədiyi kimlərsə gəldi. Rauf müəllim ya­man narahat oldu. Sonra ona çölə çıxmamağı tapşırıb, özü get­di. Əvvəl səs-səmir gəlmədi. Amma qəfil bir mərəkə qopdu, gəl görəsən. Silah səsləri, qışqırtı. Sonra, sonra?... Rauf müəllim içə­ri gəldi. Əlində də nəsə vardı. Amma qorxudan, həyəcandan nə olduğunu heç anlaya bilmədi. Hə, sonra da huşunu itirdi deyəsən. Amma ömründə huşunu itirməyib. Həm də nə qədər həyəcanlı olsa da, özündən getmək həddində deyildi. Bəlkə də özündən xəbəri olmayıb, necə huşunu itirdiyini heç hiss etməyib?! Çünki Rauf müəllim onu  sillələdi, özünə gəl de­di, çiynindən tutub silkələdi. Hə, hə... Belə də olub yəqin. Vay, nə pis olub. Onda bəs indi haradadı? Kimsə onu maşının arxa oturacağında uzandırmışdı.

Maya ye­rin­də dikəldi.

-Hm, özünüzə gəldiniz? – müəlliminin səsini eşitdi.

Sükan arxasında əyləşən Rauf key-key nəzərlərlə ətrafı süzən qıza baxdı.

-Nə baş verir? – Maya soruşdu. Amma, dolub durmuş, ağla­ma­ğa hazır bir səslə.

-Heç nə Maya, heç nə! Sizə noldu belə?

Maya özünü tamam dikəldib, əyləşdi. Dağılmış ipək saçları­nı əli ilə arxaya hamarlayıb, azacıq susdu.

Tamamilə özünə gəlmişdi:

-Onlar kim idi?

Rauf qaşqabağını tökdü, yenə başlandı da “məhkəmə”. Gə­rək elə orda olaydı bu qız? Hər şeyi korladığı azmış kimi...

-Dostlar idi. – kinayəli dedi.

Maya  ani susub, eyni istehza ilə soruşdu:

-Sizin bütün dostlarınız belədir?

Rauf dişini sıxdı:

-Belə necə?

-Bütün dostlarınız gələndə əvvəlcə xəlvət onları pusur­su­nuz, sonra çıxıb sakit danışırsınız, axırda da qəfildən coşub qı­rır­sınız biri-birinizi?

-Həmişə yox... – gülümsədi.

Maya duruxub, birdən soruşdu:

-Məni hara aparırsınız?

-Xəstəxanaya aparırdım.

-Mən yaxşıyam, lazım deyil.

-Artıq məlumdur. Evə aparıram.

-Özüm gedərəm, narahat olmayın! - Maya acıqlandı.

Rauf ön güzgüdə bu inadkar qızı süzdü:

-Bizim evi tanıyırsınız ki?

-Sizin evi? – təəccüblə döndü.

-Daha hazırlığı evdə keçəcəm. Lazım olsa deyərəm zala gə­lər­siniz. Əvvəldən demişdim axı, ola bilsin evdə də keçdim.

Maya sınayıcı nəzərlərini ona dikdi. Bu gün nə baş vermişdi çöldə? O güllə səsi eşitdi. Əməlli vuruşdular. Sonra da hu­şunu itirdi. Amma yox, bu olmamalı idi. Nəsə uyğun gəlmir. Yaxşı, bəs müəllimdə silah nə gəzir? Yox əgər silahdan qar­şı tərəf atəş açıbsa, onda Raufa niyə heç nə olmayıb? Yəni elə-belə havaya atəş açıb, çıxıb gediblər? Axı bağırtı, qışqırtı eşitdi. Deməli, atəşi müəllim açıb. O mə­ni lap uşaq yerinə qoyub. Deyir dostlar idi. Və bütün bu hən­ga­mədən sonra mən huşumu itirirəm və yolda ayılıram. Üstəlik də deyir ki, hazırlığı evdə keçəcək. Kimdir axı o? Quldur? Cani? Yoxs­a onlara qarşı olan? Yaxşı, sən məni avam hesab elə, mən də bilirəm nə edəcəm. Bu məsələni öyrənəcəm. Necə var, nə­dən keçməli olsam da. Səni ifşa edəcəm. Quldur! Əcəb mas­ka­lanıb, müəllimdir guya. Fizikanı yaxşı bilməyindən mahir istifadə edir.

-Yaxşı, olsun... Sizə necə rahatdır. - Maya dilləndi.

Rauf güclə seziləcək istehza ilə:

-Yaman çox fikirləşdiniz.

Maya inadla ona baxdı. Səsində bir amansızlıq, dönməzlik var i­di:

-Əlbəttə, fikirləşməli çox şey var.

-Hm, məsələn?

-Məsələn, mənim huşumu nə ilə, necə və niyə apardı­ğını­z... – diqqətlə müəllimində ən xırda baş verə biləcək dəyi­şik­liyə göz qoydu.

Rauf elə bil deyilənləri eşitmədi. Maşını dolanbac yola dön­dər­di. Arada sürən qısa sükutu onun zəhmli səsi pozdu:

-Maya, sən detektivə çox baxırsan? – birdən “sən”ə keçdi.

Maya başını buladı:

-Məni azdırmağa çalışmayın. Mən yaxşı bilirəm ki, iradəm möh­kəmdir. Gərək elə dəhşətli bir hadisə baş verə ki, huşumu iti­rəm. O ki qala bu.

-Azdırmıram. - qızın məntiqi onun xoşuna gəlmişdi, bu yaşda hər kəs belə inadcıl, ağıllı, düşüncəli olmur, etiraf etmək istəməsə də qız onun gözündə yüksəlmişdi. - Soruşuram, detektivə çox ba­xırsan?

-Tutaq ki, elədir. Nə əhəmiyyəti?

-Onda de, əgər mənim sənə etdiyimi hansısa bir filmdə gör­səy­din, nə məna çıxarardın?

Maya geri çəkilmək istəmədi:

-Deməli, nəyisə gizlədir. Özü də ciddi-cəhdlə.

-Bəlkə qızı qoruyur? Özü də ciddi-cəhdlə! - gülümsədi.

-Deməzdim. Qarşı cins həmişə öz mənafeyini düşünüb. İndi də sizin müdafiə  əhvalatınız yalnız öz xeyrinizədir. Buna əmi­əm.

-Feministsən? – ciddi halda soruşdu.

-Xeyr, optimistəm.

-Daha çox eqoist. – Rauf düzəliş etdi.

-Kimsə elə qəbul edə bilər, - Maya incidi - amma eqoist deyi­ləm!

Maşın blokun qarşısında dayandı. Rauf ona sarı baxmadan:

-Çatdıq, düşün.

Maya maşından enib, onun ardınca liftə keçdi. Liftin güz­gü­sündə qeyri-iradi Raufun üzünə baxdı. Bunu hiss edən Rauf da sərt baxışı ilə güzgüdə onu süzdü. Elə güzgüdəcə toqquşan ba­xışdan Maya diksindi. Özünə baxdı. Vay, saçları qa­rış­mışdı bir-birinə. Çantasını yerə qoyub, tələsik saçını açdı və barmaq­la­rı ilə daraqlayıb, balaca saç sancağı ilə üstdən yüngülcə yığdı. Rauf böyük maraqla qızın hərəkətlərini izləyirdi. Birdən qız ona elə doğma, yaxın göründü ki, az qaldı onu bağrına bassın. Sanki, illərdir tanıyırmış kimi.

Amma yəqin o da başqaları kimidir. Necə ki, Aytac. Kənar­dan baxan mələk sanırdı. Amma insanları tanımaq olmazmış sən demə. Hərdən etibar etdiyin birindən elə gözlənilməz söz eşi­dirsən, hərəkət görürsən ki, adamın matı quruyur. Aytac on­un üçün artıq ölmüşdü. Yalnız xəyalı yaşayırdı yaddaşında. Hər­dənbir xoş xatirələri xatırlayırdı. Amma sonra da əhvalı po­zu­lur, başı ağrayırdı. Çünki, həmin Aytac indi həyatda var idi. Lakin başqa bir əldən tutur, başqa bir ürəyə hakim kəsilirdi.

Qanı qaraldı. Yenə hardan düşdü yadına bu qız. Axı özü ha­mı­ya qadağan etmişdi onu xatırlatmağı, yada salıb, haqqında da­nışmağı. Amma bu qadağanı elə bircə özü pozurdu. Hər yer­də onu görürdü, hər sözdə o gəlirdi xəyalına. Hətta hərdən on­un sözlərini xatırlayıb gülümsəyirdi də... Amma ardınca bu gü­lüş elə acılaşır, zəhərləşirdi ki, bütün içini yandırıb-yaxırdı. Gü­lüşlə ağlamağın nə olduğunu çox gözəl bilirdi Rauf. O, gö­zün­dən yaş töküb ağlamırdı. Onun ağlamağı da, göz yaşları da acı-acı gülüşü idi. Kaş ki, hamı kimi hönkürüb ağlasaydı...

Firuzə Çiçək


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Firuzə Çiçək
Haqqında
Bir zəfərin şərtləri hər vaxt çox sadədir. Bir müddət çalışın, bir müddət dözün, hər vaxt inanın və heç bir zaman geri dönməyin.
Əlaqə
E-mail:
ciceyim@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0276 saniye