Firuzə Çiçək
"Xəyanət qoxusu" (parca) müəllif: Firuzə Çiçək Başı bərk ağrayırdı. Beynində nəsə uğultu var idi. Elə bil zavodda düz mühərrikin yanında dayanmışdı. Alnını ov­uşdurub, gözlərini açdı. Maşında idi. Ona nə olmuşdu? Hər şeyi xatırlamağa başladı. Hə, fizika hazırlığında idi. Birdən tanımadığı, ümu­miy­yətlə heç üzlərini görə bilmədiyi kimlərsə gəldi. Rauf müəllim ya­man narahat oldu. Sonra ona çölə çıxmamağı tapşırıb, özü get­di. Əvvəl səs-səmir gəlmədi. Amma qəfil bir mərəkə qopdu, gəl görəsən. Silah səsləri, qışqırtı. Sonra, sonra?... Rauf müəllim içə­ri gəldi. Əlində də nəsə vardı. Amma qorxudan, həyəcandan nə olduğunu heç anlaya bilmədi. Hə, sonra da huşunu itirdi deyəsən. Amma ömründə huşunu itirməyib. Həm də nə qədər həyəcanlı olsa da, özündən getmək həddində deyildi. Bəlkə də özündən xəbəri olmayıb, necə huşunu itirdiyini heç hiss etməyib?! Çünki Rauf müəllim onu  sillələdi, özünə gəl de­di, çiynindən tutub silkələdi. Hə, hə... Belə də olub yəqin. Vay, nə pis olub. Onda bəs indi haradadı? Kimsə onu maşının arxa oturacağında uzandırmışdı. ardı...
növbəti səhifə
Hesaba giriş
Müəllif

Firuzə Çiçək
Haqqında
Bir zəfərin şərtləri hər vaxt çox sadədir. Bir müddət çalışın, bir müddət dözün, hər vaxt inanın və heç bir zaman geri dönməyin.
Əlaqə
E-mail:
ciceyim@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0338 saniye