Rənglər
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 04:29 04 iyul 2015 tarixində əlavə olunmuşdur

Yanında əyləşdiyimiz ağaclar
Hələ də yaşıldılar.
Şəkillərdə hələ də
Sarı paltonda qışdasan.
Bu biri şəkildə də
Hələ də yanımdasan.
Mavi rəngli köynəyin
Çəhrayı ayaqqabın
Ahəngidir rənglərin
Albomdakı dünyamın.
Bəlkə də heç gəlməsən 
Tanımazdım rəngləri.
Bir də ki sən bilirsən
Rəngi var gedişlərin!?
Kimsə çıxıb gedəndə
2 rəng olur varlığın.
Biri gözün rəngidir,
Biri də ki saçının,.
İndi deyim özümdən
Bir də sənin rəngindən.
Gedişin bir rənglidir
Belə qalıb yadımda:
-Qara!...
-Sadəcə qara!


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+18=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0244 saniye