Sabaha ümidlə
Bəyaz Məmmədova tərəfindən "Hekayə" bolməsinə 18:55 03 mart 2014 tarixində əlavə olunmuşdur

 

   Dərsimin başlanmasına hələ üç saat var idi.Bacım üçün çox darıxmışdım.Onu görmək istədim bir anlıq.Anamdan icazə alıb paltarımı geyindim.Blokun ağzında dayandıb ətrafa göz gəzdirdim.Bu mənim hərzamanki adətim idi.Sanki biri məni bıçaqlamaq üçün blokun ağzında dayanıbmış kimi diqqətlicə ətrafı gözdən keçirtdikdən sonra yola davam etdim.Özümüz iyirmi yanvar stansiyası yaxınlığında qalırdıq.Bacım isə ailə həyatı qurduğuna görə köçmüşdü.İndi mən  üç saat ərzində iyirmi yanvar stansiyasından həzi aslanov stansiyasına gedib qayıtmalı idim.Hərdən bacımın elə uzaq düşməsi ürəyimi sıxardı.Metroya düşüb qatarın gəlməsini gözlədim.Metro da ki,hər zamanki kimi izdihamdan boğulurdu.Diqqətlicə metroya vurulan plakatlara baxdım.Qarşıdan xocalı soyqırımı gəlirdi.Şəhərin bütün yerlərinə bu plakatları asmışdılar.Plakatların üstündə xocalı soyqırımında neçə nəfər insanın öldüyü,yarlandığı,bu hadisənin nə vaxt baş verdiyi tarixi yazmışdı.Bu yaşıma gəlib çatmışdım,hər xocalı faciəsi günündə özümə söz vermişdimki bu rəqəmləri əzbərliyəcəm.Tənbəllikdənmi,vecsizlikdənmi bilmirəm amma hər zaman yadımdan çıxırdı.O gün də hər zaman olduğu kimi özümə söz verdim öyrənəcəyimi.Uzun müddətdir gözlədiyim qatar axırki gəlib çıxdı.Mindiyim vaqonda elə də çox adam yox idi.Bir boş yer tapıb əyləşdim.Yanımda iki dənə qoca qadının söhbət etdiyini eşitdim.Onlar elə ucadan danışırdılar ki,sanki nəyisə insanlara izah etməyə,yaymağa çalışırdılar.Amma bir-biriləri ilə danışaraq bunu edirdilər.Yolum çox uzun idi.İndi bekarçılıqdan onlara qulaq asmağa dəyərdi.Səhv və ya düz danışırlar bu məni maraqlandırmırdı.O andaca sadəcə başımı qatmaq üçün nəsə axtarırdım.Eşidirdim yavaş-yavaş nə danışdıqlarını.Qatarın səsi buna elə də imkan verməsə də amma qulaqlarımı şəkləməyim nəticəsində artıq danışığı aydın eşidə bilirdim.Bir az da onların ucadan olan səs tonu mənə yardım edirdi.

-Hə əlbəttə heç kim bilməz o vaxtı camaat nələr çəkmişidi.Sadəcə danışmağı bilərlər onlar.Boş-boş danışsınlar.

-Bizim bir qonşu var.Özləri qaçqındı.Bacısı o vaxtı ermənilər tərəfindən öldürülmüşdü.Yazıq qızın başına nə faciələr gəlmişdi.Onun bacısının qəhrəmanlığı haqqında bütün məhlə danışır.Yaxşı,cəsur,ağıllı,savadlı qız olubmuş.Lənətəgəlmiş ermənilər onu işgəncə ilə öldürmüşdülər.Qızın adı Sevil idi.Bacısı ilk dəfə onun haqqında bizə danışanda göz yaşlarını saxlaya bilmirdi.Sevilim deyib hey ağlayırdı.Amma halal olsun o qıza.Əvvəl bu qız məktəbdə müəllimə işləmək istəyib.Yəni xəyalları olub.Hələ sevdiyi də var imiş.Məktəbi bitirdikdən sonra inisituta daxil olub müəllimə olmaq istəyirmiş.Onların kəndində deyilənə görə müəllimə elə də çox yoxuymuş.Buna görə kəndinə yararlı bir müəllimə olmaq,uşaqlara dərs demək xəyalında imiş.Müəllimə olandan sonra da sevdiyi oğlan ilə evlənəcəklərmiş.Bu faciədən sonra o qızın xəyalları da puç oldu,arzuları da.Qıza elə bir işgəncə veriblərki bacısı danışarkən bütün bədəni titrəyirdi.Bunlar necə adamdılar.Adamlıqdan çıxmış bir məxluqatdılar.Qızın gözünün qabağında valideynlərini döydükdən sonra öldürmüşdülər.Səsini də çıxara bilməyib.Sonra qonşularında olan balaca uşaqları yığıb hamısını işgəncə ilə bu qızın gözünün qabağında öldürübdülər.Sanki onlar hiss edirmişki bu qızın xəyalları çox böyükdü.O sadəcə yaşamaq və o xəyalları həyata  keçirtmək istəyirdi.O sadəcə balaca bir kəndə müəllim kimi dayaq olmaq istəyirdi.Uşaqların kor koranə yetişməsinə göz yummaq istəmirdi.İndiyə baxma o vaxtı savadlı adam az idi.Hamı qızını on beş yaşından ərə verirdi.Heç kim qız oxutdurmurdu.Oğlanlarda ancaq işləyirdi.Amma bu qızın valideynlərinin tək dərdi qızının o bircə arzusunu həyata keçirmək idi.Neçə illik əmək boşa getdi.Axırda qızı da öldürdülər amma ondan əvvəl verdikləri işgəncə onu onsuzda öldürmüşdü.O sadəcə yeriyən ölü idi.Amma heç vaxt əyilməmişdi.Hətta erməninin birinin üzünə tüpürüb,onu vurmuşdu da.Bundan sonra əsgər əsəbiləşib ona işgəncələr verməyə başlamışdı.Və sonda da qızı vəhşicəsinə öldürmüşdülər.O qızın bax belə əriyib getməsini danışdıqdan sonra bəlkə də mən üç gün yatmadım gecə.Elə hey o qızı düşündüm.Bəlkə indi sağ olsaydı öz kəndinə,oranın insanlarının göz bəbəyi olardı.Allah cəzasını versin bu ermənilərin.

 

   Qoca qadın sözünü dayandırıb ayağa qalxdı.Fikrini qadına tam çatdıra bilmədiyi üçün bikef-bikef durub qatarın dayanmasını gözləyirdi.Qatar dayandıqdan sonra iri addımlarla vaqondan çıxdı.Bu qadın nəsə mənə qəribə gəldi.Danışdığı nağıl idi,ya həqiqət idi bilmirdim amma bu hekayə nəsə mənə toxunmuşdu artıq.Sanki gözlərimin bir anlıq dolduğunu hiss etdim.Qatardakı insanlara baxdım bir anlıq.Bəzisinin gözlərində biclik,bəzisinin gözlərində etinadsızlıq,bəzisində isə yalan görünürdü.Bəs mənim?Görəsən mənim gözlərimdəki nə idi?Həyatı yarımçıq qalmış bir qızın hekayəsini eşitdikdən sonra həyat baxışı dəyişən bir insanın gözləri idimi?Qəribədir.Xəyal qur,çalış,var gücünlə bu işə canını qoy,yerinə yetirməyə az qalmış öl.Dəhşətdir bu.Bu hekayə mənim neçə illərdir donub qalmış qəlbimi isitdi sanki.Gözlərimi açdı.Ürəyimdəki buzlar əritdi.Bütün yol boyu Sevili düşündüm.Görəsən o olsaydı necə bir həyatı olacaqdı?Doğurdanmı insan istəsə xəyalları gerçək ola bilər?Doğurdanmı insan cəhd etsə nəsə yarada bilər?Bəs Sevil?O qorxmazcasına yanaşmışdı bu həyata.Qadının dediklərindən bu nəticəni çıxarmaq olardıki Sevil çox güclü iradəyə malik bir qız olub.Kaş yaşasaydı.Kaş zəif xarakterli insanlar deyildə,Sevil kimi güclü insanlar qalsaydı bu həyatda.Onda bəlkə dünyanı xilas etmək olardı.Sevili düşünməmək mümükün deyildi.Fikrim onda qalmışdı.Artıq çatmışdım.Vaqondan ağır addımlarla düşdüm.Nəsə özümü yaxşı hiss etmirdim.Ayaqlarım əsir,bədənin tirəyirdi.Eyniylə Sevilin bacısı kimi.Axı qadın demişdi ki,bacısı danışanda bədəni əsirdi.Mən sanki o səhnəni gözlərimdə canlardığım anda özümü itirirdim.Mənim yerimə Sevil yaranırdı elə bil.Bu necə bir hissdir anlamırdım.Metrodan çıxıb bir az yol getdikdən sonra blokun qabağında dayandım.Artıq çatmışdım bacımgilə.Dərin nəfəs aldıqdan sonra pilləkənləri çıxdım.Nəfəsim sanki dayanmaq üzrə idi.İkinci mərtəbəyə çatıb qapını döydüm.Bacım qapını açıb üzümə gülümsədi.İçəri keçdim.Bacım tək idi.Hamı işdə təkcə bacım evdə qalmışdı.Hamilə olduğundan ona işləmək olmazdı.İçəri keçib oturdum.İndi ehtiyacım olan tək şey bir stəkan su idi.Bacıma əziyyət verməmək üçün mətbəxə keçib su içdim.Bir az özümə gəlmişdim artıq.Bacımgilin evi isti idi.Çölün buz kimi havası dərimi sanki dondurmuşdu.Güləndə üzümün dərisi güclə dartılırdı.İçəri girdiyimdə həm isti,həm də ki bacımın mehriban üzü məni özümə gətirdi.Bacıma Sevil haqqında heçnə danışmaq istəmədim.Bu bir sirr deyidli bilirəm.Amma Sevili içimdə yaşamaq istəyirdim bir müddət.Düşünürdüm ki,onu kiməsə danışsam o məndən uzaqlaşacaq.Sevili doğma biri bilirdim sanki özümə.Bilmirəm güclü olduğundanmı,ya nə amma Sevili çox istəmişdim.O ölsə belə onun kimi bir insanla ünsiyyətdə olmağı istəmişdim bir anlıq.Bacımgildə bir saat oturduqdan sonra yola düzəldim.Yenə metroya düşdüm.Metro artıq məni sıxmağa başlayırdı.Bu dəfə izdihamlı adam ordusu da sanki üstümə gəlirdi.Bütün yol boyunca ayaqüstə insanların gözlərinin içinə baxa-baxa getdim.Sanki onlardan hesab sormaq istəyirmiş kimi donub qalmışdım.Yol boyunca yenə də Sevili və bu faciədə Sevil kimi ümidləri ilə birlikdə ölmüş insanları düşündüm.Məqsədsizcə yerə baxırdım.Metrodakılar bəlkə də mənə dəli dedilər həmin gün.Çünki indi düşünürəm ki, mənim həmin andakı üz ifadəmi kim görsəydi belə deyərdi.Sifətim öz dərisindən də ağ görünürdü.Vahiməli bir sifət almışdım.Gözlərimin içi azacıq qızarmış,bir az da irilmişdi.Bunu evə gedən zaman güzgüyə baxdığımda anladım.Və Sevil hekayəsindən sonra qorxduğumu anladım.Ermənilərdən yox,ümidlərimin puç olmasından.Sevil kimi xəyallarımı gerçəkləşdirə bilmədən torpağın altına getməkdən qorxdum.Ürəyimi dəlib deşən o qorxudan qorxdum.Özümü evə birtəhər çatdırdım.Anamın bacım haqqında soruşduğu suallara etinadsız cavab verib otağıma keçdim.Bir anlıq hər şeyin həyatında dəyişdiyimi düşündüm.Artıq mənim ailəmə,fikirlərimə bir nəfər daha daxil olmuşdu.Sevil adlı gənc amma cəsur bir qız.Sevili içimdə yaşatmalı idim.Onun yarımçıq qalmış ümidlərini bəlkə də mən tamamlamalı idim.Bu mənim borcum idimi?Yox əlbəttə amma bir nəfər bu qızın xəyallarını gerçəkləşdirməli idi.O yerində rahat yatmalı idi.Bir neçə il keçsə belə bunu etməli idim.Mənim artıq qarşımdakı məqsədim çox məsuliyyətli bir iş idi.Bu işi elə görməliydimki bir səhv belə olmasın.Mənə bu işdə yardım edəcək heç bir adam yox idi.Nə anam,nə atam,nə də ki bir müəlliməm mənim ürəyimdə keçirtdiyim hissləri anlaya bilərdi.O qadının danışdıqları bəlkə də mənim həyatımın dönüş nöqtəsi olmuşdu.Artıq həminki adam deyildim.İndi daha sakit,daha tədbirli,daha təmkinli bir qız idim.Hamı ilə yaxşı rəftar edəcəyimə,heç kimi incitməyəcəyimə söz verdim həmin gün.Artıq məktəbə getmək vaxtı idi.Paltarlarımı geyinib çantamı hazırladım.Məktəbim yaxın idi evimizə.Beynim yenə Sevilin həyatını düşünüb bir çıxış yolu axtarırdı.Beynimin hüceyrələrinə kimi işləmişdi bu hekayə.İnsanı varlığından soyudan bu hekayə yoxluğuna necə də yaxınlaşdırırdı.Bir anlıq bu həyatda yaşamaq istəmədim.İnsanların vəhşiləşdiyi bir dünyada yaşamaq axmaqlıqdır deyə düşündüm.Və biz insanlar da bu axmalığı yaradan yeganə varlığıq.Məktəbə çatmışdım artıq.Hər kəslə ümumi salamlaşıb yerimdə oturdum.Bütün uşaqların mənə necə diqqətlə baxdığını sezdim bir anlıq.Amma heç birinə əhəmiyyət verməyərək düşüncələrimi tənha buraxmadım.Dərsin başlamasına on dəqiqə qalmışdı hələ.On dəqiqə də bəs idi mənə düşünməyim üçün.İlk öncə işə həmin o siyahıda yazılan rəqəmləri öyrənməklə başlaya bilərdim.Əgər Sevilin arzularını həyata keçirtmək istəyirdimsə onunla birlikdə ölmüş insanların sayını bilib onları yada salmalı idim.Həm də bundan əlavə bunu özümə bir vətəndaşlıq borcu bilirdim.Tez aşağı düşüb 11 “c” sinfinin xocalı haqqında hazırladığı plakatdakı rəqəmləri dəftərimin arxasına köçürtdüm.Sinfimizə çıxıb vərəqdə yazdığım rəqəmləri əzbərləməyə başladım.Bu sözləri dəfələrlə öz-özümə təkrarladım :”613 nəfər ölüb,83 nəfər şikəst olub,8 ailə tamamilə məhv olub,1275 uşaq sahibsiz,yetim qalıb”.Sinifdəkilərin mənə dəhşət içində baxması bir az məni narahat edirdi.Amma onları da qınaya bilmərəm.Sinifdəkilər məni hələ belə əsəbi və bəlkə də bir missiyanı yerinə yetirməyə başlamış kəşfiyyatçı kimi göməmişdilər.Rəqəmləri əzbərlədikdən sonra pəncərədə dayanıb yenə də Sevili düşündüm.Birinci missiyam tamam idi.Özümü bir az rahatlamış hiss edirdim.Sinfimizin qızlarının yanıma gəlib “Sənə nəsə olub?” deyə sual verməklərindən sıxıldım bir anlıq.Onlara sadəcə başımı bulamaqla cavab verirdim.Müəllim bir az geciksə də axırki gəlib dərsə çıxa bilmişdi.Mən müəllimin üzünə diqqətlicə baxıb yerimdə əyləşdim.Müəllimimizin mənə qəribə baxışlarla baxdığını gördüm.Tez başımı aşağı salıb gözlərimi yumdum bir anlıq.

     Yorğun bir gün idi.Eşitdiklərim,içimdə keçirtdiklərim bu günlük mənə bəs idi.Axşam olmuşdu artıq.Yemək yedikdən sonra internetdən istifadə etməyim üçün anamdan icazə aldım.”Google”axtarış portalında “Xocalı soyqırımı” ifadəsini ürək ağrısı ilə yazdım.Mənim Xocalı haqqında bildiklərim bəs deyildi arzularımı reallaşdırmağa.Biliklərimi zənginləşdirməli idim.İki saat internetdə Xocalı soyqırımı haqqında olan bəlkə də bütün məlumatları oxumuşdum.Dəhşət içində olmuş qəlbim,dolmuş gözlərim və bir az da ağrıyan başım davam etdirməyə icazə vermədi.Hər şeyi şəbəkədən ayırıb yatağıma uzandım.Fikirlər yatmağa imkan vermirdi.Oxuduqlarımdan dəhşətə gəlmişdim.Ağlamaq belə keçdi qəlbimdən.Sabah artıq başlayacaqdıq hazırlaşmağa.Məktəbimiz Xocalı haqqında bir tədbir hazırlamışdı.Mən də bu tədbirdə şeir deyəcəkdim.Şeirimi əzbərləmişdim artıq amma onu dərk etmişmiydim?Yox indi bir daha şeir yazılmış vərəqi əlimə götürüb oxumağa başladım :

                                              ...  Mənası bir imiş toyun, yasın da,

                                                   Bu qara zülmətin ağ libasın da.

                                                   Durub haqq evinin astanasında

                                                   Dəli bir ağlamaq keçir könlümdən ...

 

Sabah deyəcəyim altı bəndli şeiri bir daha oxudum.Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” adlı şeiri  idi deyəcəyim şeir.Oxuduqdan sonra bir daha düşündüm bu şeir haqqında.Ağladım da hələ.Gözlərimi saxlaya bilmədim.Güclü ola bilmıdim bu dəfə.Gün boyu yığışıb qalan ağırlığı üstümdən atmalı idim.İndi bu şeiri məndən yaxşı heç kim ürəkdən deyə bilməzdi.Bəlkə də əvvəllər anlamadan bu şeiri deyirdim amma indi başqa cür olacaq.Məktəbimizin bütün müəllimləri mənim şeir deməyimi çox bəyənirdilər.Hətta harda bir tədbir olsa ilk öncə məni göndərirdilər.Ona görə də məhz belə bir çətin şeiri ürəkdən söyləməm üçün mənə tapşırmışdılar.Çox təsirli bir şeir olduğunu xatırlayıram.Amma yadımda qalan cəmi bircə bəndidir.Və ən sevdiyim bəndi.Artıq özümü daha rahat hiss edirdim.Sabah edəcəyimiz hazırlıqda bu şeirin haqqını verəcəyimi düşünürdüm.Bu missiyamı da rahatlıqla tamamlayacağıma əmin idim.Sabahkı gün üçün artıq yatmaq lazım idi.İşıqları söndürüb yuxuya getdim.

     Səhər günəş bir başqa cür göründü mənə.Bir az gec oyanmışdım.Saat artıq 12 olmuşdu.Qış olmasına baxmayaraq günəşin belə gözəl çıxmasına təəccüblü qalmışdım.Dünənki soyuqdan əsər əlamət yox idi.Artıq ayın iyirmi ikisi idi.Xocalıya az qalmışdı.Həyəcanlı idim.Əvvəl xəbərlərə baxmaqdan heç xoşum gəlməzdi amma nədənsə bu gün xəbərləri dinləmək istədim.Yenə də Xocalı haqqında xəbərlər.Özü hələ gəlməmişdi amam sorağı əvvəlcədən yayılmışdı.Kimsə Xocalıya aid tədbir təşkil edəcəkmiş.Diqqətlicə xəbərləri izləyərkən saatın artıq məktəbə getmək vaxtı olduğunu anladım.İndiyənə qədər heç bu qədər həyəcanla məktəbə getməmişdim.İkinci bir missiyamı yarımçıq qoymaq mənə yaraşmazdı.Əynimi geyinib yola düşdüm.Dərin bir nəfəs alıb yolu getməyə davam etdim.Şeiri unudub-unutmadığımı yoxlamaq üçün ürəyimdə şeiri dəfələrlə təkrar etdim.Məktəbə çatan kimi müəllimimin bizi akt zalına apardı.Akt zalımız çox böyük və geniş idi.Mən ilk öncə iyirmi altisi günü burda  bu qədər insanın qarşısında o şeiri necə deyə biləcəyimi düşündüm.Tez özümü toparlayıb müəliməyə yaxınlaşdım.Sıramın üçüncü olduğunu öyrəndikdən sonra əyləşib şeirimə uzun-uzun baxdım.Yenə də Sevili gözlərimdə canlandırdım.Sevili düşünüb bu şeiri deməli idim.Onda bəlkə onun ruhu mənə yardımçı olardı.Müəllimənin adımı çəkdiyini eşitdim.Sıram gəlmişdi.Bir az həyəcan,bir az qorxu bürümüşdü içimi amma dua edərək səhnəyə çıxdım.Şeirmi söyləməyə başladım.Nə müəllimənin diqqətli baxışlarına,nə də ki məni izləyən məktəb uşaqlarına əhəmiyyət vermirdim.Mən öz içimdə yaşayırdım.Mən Sevilə deyirdim bu şeiri.Sanki qarşımda onu canlandırıb deyirdim.Mənə nə müəlimin tərifli cümlələri,nə də ki insanların yerdəki alqışları lazım deyidli.Amma şeiri bitirdikdən sonra zalda 10 nəfərin olmasına baxmayaraq gurultulu alqışın gəldiyini eşitdim.Müəllimə gözlərimin içinə baxaraq “Afərin qızım.Halal olsun” deyə qürur hissi ilə mənə baxdı.Mən utancaq şəkildə aşağı düşüb dərsimə getdim.

     O gün artıq gəlib çatdı.İyirmi altı fevral və qanlı Xocalı günü.Bildiyim bütün biliklər,əzbərlədiyim şeir,beynimdə qurduğum Sevilin xatirələri,və onun ruhu mənimlə birlikdə səhnədə soluq aldı.Zal ağzına qədər dolu idi.Direktorumuzdan tutmuş ta yeni gələn müəllimlərimizə kimi zalda idi.Həyəcanım yox idi artıq.Sevilin mənimlə olduğunu düşünüb şeirmi söyləməyə başladım.Şeirin cümlələri dodaqlarımın arasından quş kimi çıxırdı.Sakit,səssiz və bir az da həlim.İnsan qəlbinə toxunan bu şeiri ən mükəmməl şəkildə söyləmək məsuliyyət tələb edirdi.Mən bu məsuliyyətli işi Sevil sayəsində üstəsindən gələcəkdim.Və gəldimdə.Zaldakı alqış səsləri dayanmaq istəmirdi.Direktorumuz və bəzi müəllimlərmizin məni ayaq üstə alqışladılar.Mən bir az utandım amma nə qədər də olsa bu missiyanı da həyata keçirtdiyim üçün özümlə fəxr etdim.Bəli mən bacarmışdım.Mən onların qəlbini bir şeirlə fəth etmişdim.Bunun üçün sevinirdim.Keçmişdə baş verən bütün izdirabları bir şeirin içinə sığdıra bildim beş dəqiqədə.Ürəyimdə Sevilə təşəkkürümü bildirib səhnədən endim.

         İllər keçdi,zaman yetişdi.Artıq mən demək olarki yeni bir həyata addımlarını atan yeniyetmə bir qız idim.On birinci sinifi bitirib,ali məktəbə sənəd vermişdim.Və qəbul olmuşdum.Fakultəm isə Ana dili və ədəbiyyat müəlliməliyi idi.Sevilin arzusunda oduğu kimi.Ailəm məni bir həkim kimi görmək istəyərkən mən Sevilin arzusunu həyata keçirtmək üçün başqa bir sahəyə getdim.Bunu etməli idim.Bu mənim həyatımdakı ən böyük məqsədim idi.Bəli mən üçüncü missiyamı da həyata keçirtmişdim.Səkkizinci sinifdə yaşadığım o metro hekayəsindən bəri tarıx kitablarından ayrılmayan bir qız olmuşdum.Ancaq keçmişimizi dərindən öyrənmək,ana dilimizi və ədəbiyyatımızı mükəmməl şəkildə tələbələrə çatdırmaq üçün oxudum bu fakultəni 2012-ci ildə bitirdim.Mən artıq bir müəlliməm.Dərs dediyim məktəb isə öz doğma məktəbimdir.Burda dərs demək,o keşmiş günlərdəki həyəcanı xatırlamaq mənimçün qürurverici bir hiss idi.Amma Sevilə olan sözüm burda bitməmişdi.Mən dördüncü missiyamıda həyata keçirtmişdim artıq.Öz sevdiyim və məni canından da çox sevən biri ilə ailə həyatı qurdum.Sevilin yarımçıq qalmış o saf məhəbbətini mən tamamladım.İndi isə o məhəbbətdən dünyanın ən gözəl qızı var.Bundan sonrakı missiyam isə onu böyüdüb,Sevil kimi arzusu ürəyində qalmış gənclərimizin arzularını tamamlamaq idi.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+13=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye