Həmişə ondan yazdım,onlardan yazdım.Amma bu dəfə məndən yazmaq istəyirəm.Mən ,yəni özüm görəsən onlar kimi əzab çəkdimmi?Görəsən onlar kimi ağladımmı?Bunu bilmirəm amma sevmirəm özümü kiminləsə müqayisə etməyi.Bəzən eqoist deyirlər.Axı niyə?Özünü sevmək və ya özünə qarşı sevgi gözləmək niyə eqoistlik olsun?Eqoistlik başqalarını sevməməkdir.Özündən başqa heç kimi sevməmək sizin dediyiniz eqoistlik adlandırıla bilər.Amma mən özümü sevirəmsə sizin mənə bunu demək haqqınız yoxdu.İnanın bəlkə də yalan deyirəm.Özümü sevmirəm mən.Sevsəydim beləmi edərdim?İnsan özünü məhv etmək üçün əlindən gələni edən və bundan xəbəri olmayan yeganə varlıqdı.Məhv ediləsi insanlar bəlkə də qarşında dura-dura sən özünü məhv edərsən.Məndə də bu hissiyat var.Özümü məhv etməyi sevirəm amma təbiiki özümdən xəbərsiz.İndi deyəcəksiz bu qız dəlidi.Bəli bu da ola bilər.Amma indiyənə qədər kimi ağlatdım özümdən savayı?İndiyənə kimi kimi incitdim özümdən başqa?Soruşun?Arada maraqlanın.Arxamca danışmayın.Gəlin üzümə deyin.Dəlisən sən deyin.Bəli bəlkə də dəli ola bilərəm.Amma ən azından bundan xəbərim var.Xəbəri olmayanlar nə etsin?Onlarki xəbərsizdilər öz hallarından.Və başqalarını mühakimə etməkdə bəlkə də birinci yeri tuturlar.Bəzən gülməyim gəlir.Düşünün : Özün mühakimə etdiyin adamdan betər durumdasan və bundan zərrə qədər də olsa xəbərin yoxdu.Buraxın bu oyunları.Qoyun bir kənara.Bir az həyata real yanaşın.Az özünüzü ağıllı göstərin.Az milləti təhqir edin.Az bu insanların ruhu ilə,hissləri ilə oynayın.Ruhsuz halınızla insanların ruhlarını aldığınıza görə göydə sizin məhkəməniz qurulacaq.Xəbəriniz olsun.Vicdan və mərhəmət aşılayın özünüzdə.Ağıllı görsənməyə deyil,bir az mərhəmətli olmağa çalışın.Bax guya özümdən yazacaqdım.Amma yenə də qayıtdıq onlara.Qəribə deyilmi?Yenə də özümü düşünmədim.Yenə də başqaları...Yenə də onların problemləri.Yorulmamışam desəm yalan olar.Bezmişəm desəm də eqoist olaram.Axı eqoist insanlar digərlərini düşünməyənlərdi.Özümü nə vaxt düşünəcəyim barədə də hələki bir fikrim yoxdu.Özümü məhvə doğru aparana qədər belədir.Təki insanlar məndən razı qalsın.Onlarla maraqlandığımı görsünlər.Əgər onlarla maraqlanmasam məni yekəxana,özündənrazı biri kimi tanıyacaqlar.Olmaz qətiyyən.İnsanların fikri daha önəmlidi.Əslində bizim bəzilərimiz bu cəmiyyətin qurbanlarıyıq.Belə də qalacayıq.Sakit qalaq başqa heç nə istəmirlər onsuzda bizdən.Sakt qalın və məhv olun.Qalmasazda məhv edəcəklər...