Salamat qal ...
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 23:08 20 iyun 2015 tarixində əlavə olunmuşdur

Kiçik bir roman idi sevgimiz. İçdən yazılmışdı amma ağrılarla anılmışdı. Mən və sən romanın baş amma qəhrəmanı deyildik. Romanımızın baş qəhrəmanı acı, kədər və göz yaşları idi baş rollarla təkcə mən dost idim. Sən daima onlardan uzaq qaçardın.Sevməzdin onları halbuki mənim doğmama çevrilmişdi. Hər gün biri içimdə, biri beynimdə, biri isə sənin üçün ən qiymətli olan gözlərimdə idi.

Biz  yaxşı biz ola bilmədik. Biz səndən və sənin həsrətindən ibarət olduq. Ya da məndən və sənin həsrətindən. Bunu dəqiq bilmirəm amma fikir verdinsə hər iki cümlədə bir ola bilmədik. Ya sən oldun, mən  olmadım. Ya mən oldum,sən olmadın. Amma həsrətin qəlbimdə olduğu  kimi cümlələrimdə də izləyir səni.

Bilirsən böyüdüm artıq mən.Mən böyüdükcə qəlbim də böyüdü,sən də böyüdün amma içimdə. Qəlbimin böyüməsi ilə böyüdün. Sən beynimdən çox qəlbimin sakini oldun.Sən romanımın olmasa da, yuxularımın baş qəhrəmanı oldun. Səni tərifləməyəcəm.Mükəmməl biri deyildin. Qara qaşın, gözün, mənalı baxışların, isti əllərin yox idi. Amma o soyuq əllərin ürəyimi çox isitmişdi. Bunu etiraf edirəm.

Sən mənim olansan. Sən əlindən tutduğumsan bir daha tuta bilməsəm də. Sən bəlkə də son ağrımsan. Səndən sonra məni ikinci bir insanın ağrıdacağına inanmıram.Sən mənim hamımsan, bütün dünyadakı hər kəsimsən. Sən ayrı bir dünyamsan. Sən sənsən. Bəli sən mənim sevdiyimsən.Bütün cümlələrimin anlamısan.Qəmli mahnılarımın sahibisən və nəhayət  sən mənim özümü tapdığım ən gözəl anımsan.Gözlərini çəkmə, əllərini buraxma, ürəyini məndən uzaqlaşdırma. Özüm gələ bilməsən də, məni apar yanına. Kimsəsizliyinə qonaq olum. Daha neçə kimsəsizliklər qarşılayaq,onları da öz qaranlğına çək. İnan  işıqli ve sənsiz dünyadansa, qaranlıq amma sənli dünya daha maraqlı olar. Sadəcə əlini uzat və gözlərini qətiyyən bağlama.Bir gün qaranlığına qonaq olmaq üçün mütləq gələcəm. Əmin ol

Susuzluğumda ehtiyacım olar bir damlam, salamat qal ....


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0222 saniye