Səbəbkar Adrenalin
Narniya tərəfindən "Hekayə" bolməsinə 00:11 26 yanvar 2016 tarixində əlavə olunmuşdur

(Alleqorik hekayə)

19.08.2015.

 

Rəflərə düzülmüş candərmanı dərmanlar yalnız axşam növbəsində danışar :

Pantoprazol :

-          Eeey, Voltaren, qardaşım, necəsən ? Sabah mədəgilə  sən də gəlirsən ? – dedi.

-          Ala, mən nə vaxtdan sənin qardaşın oldum ?! Soyköklü Qeyri-steroid iltihabəleyhinə preparatlar kimi nəslim var mənim. Qonaqlığa qalanda isə mütləq gələcəm.

-          Deyirəm, utanmırsan da. Mədənin səni görməyə gözü yox, sən heç nə olmamış kimi üzünə dirənmisən ki, gedirəm.

-          Nə edim ? 1. Öz istəyimlə deyil, həkim göndərişlə gedirəm.

-          2. Mədə mənim müsbət tərəflərimi də görür, məni qapıdan qovmaz.

-          3. Qoy lap sən deyən kimi olsun. Xasiyyətim kəsilsin. – Voltaren dedi.

-          Dayanın, bu günki intihar cəhdindən xəbəriniz var ? – uzaqdan boğunuq, kədərli səs eşidildi.

-          - Nə ? Özünə qəsd ? – bir anda otağı pıçıltı dolandı, səslərdə təlaş duyuldu. –  Ölmək istəyən kim idi ?

-          Anaerob mühit.  – damara incə belə dolanan kəmərtək sarılan, ağ, nazik jqut dilləndi. Kənarına yaxın hissəsindən saplar yeyilmiş, tiftiklənmişdi. – Bədbəxt, mümkünsüz eşqdən Məcnun əzabı çəkir. Məcnun bəxtəvər idi, divanə, eşqini çöllərə, düzlərə düşərək aləmə bəyan elədi. Bizimki isə Ələddinin cini kimi kənarı metal qapaqlı balaca şüşəyə həbs olunub, qəfəsdəki kimi çırpınır. Biçarə sevgisini ancaq kultura üçün xəstədən qan nümunəsi  götürüləndə nəzakət  adıyla hiss etdirməyə çalışır. “ Birinci xanımlar”-  deyir deyə qan birinci aerob kulturaya əkilir.

-          Mən bilən bu damara müdaxilədə zamanı ilk bir neçə damlaya oksigenin qarışa bilmə ehtimalı ilə əlaqədardır. Həm də həkimin centlmen Anaerobun sözlərinə əməl edərək belə etməsinə inanmaq absurddur ! – seftriakson hiddətləndi.  -  Sadəcə qeybətdir bu.

-          Yox. Gözlə, qoy, davam eliyim. Təzə həkimi görmüsüz ? Gənc, gözəl üz cizgilərinə yaraşmayan pırpız süpürgə saçları olan. O, nümunə üçün gedəndə bizim hamımızı – mən, dezinfeksiyaedici, plastr, vazofikslə birgə bir  kənara, onları isə bizdən aralı cüt qoyar. Necə deyərlər, “ Bu qədər yaxın, bu qədər əlçatmaz uzaq. “  İnfeksiya hər ikisinin də karyerasının, həyatlarının ayrılmaz hissəsidir və nə yazıq ki, hər ikisi anlayır ki, aerobla anaerobun həyata baxışları tamamilə bir- birinə yaddır. Günorta görürəm həkim Anaerobu şkafın kənarına qoyub, bu da yavaş – yavaş sürüşüb özünü yerə atıb çilikləmək istəyir. Nə təhər cəldliklə dəmir təpəsindən yapışdımsa zədə aldım. -  O, bayaqdan nəzərə  çarpan çözləri göstərdi. – Nəysə, yaxşı qurtardıq.

-          O gün sən deyildin deyən bəs, qocalıram. Tökülüb-itirəm ? Bu gün də bu əhvalat ? – seftriakson sınayıcı, istehzalı səs tonu ilə soruşdu.

Sual cavabsız qaldı.

-          Bəs indi hardadır ? – həmsöhbəti qədər qeybətçi heparin dilləndi.

   Jqut:

-          Mikrobioloji laboratoriyada 10 gün dincələcək.

-          Hmm, - heparin flakonu sanki mühitdə şən abu – havanı bərpa üçün , nikbin səslə, “ Sayəmdə murdar, trombosit yığınının- trombun ( qan laxtası ) aqibətindən xəbərdar oldunuz ? Necə məhv elədim e , xaini.  ” -  dedi.

Masanın üzərində açıq unudulmuş,  “ Dovşanlarda şəkərli diabet modelinin yaradılmasında limfodrenajın rolu “ başlıqlı elmi məqalənin dərc olunduğu 37-ci səhifəsinin kənarı qatlanmış tibb jurnalı :

-          Bu qədər cahil olmayın ! İllərlə xəstəxanada işləyənləriniz var. Sadə məsələləri bilməmək eyibdir.  Tromb tək qan lövhəciklərdən təşkil olunmayıb.  Həm də eritrosit ( qırmızı qan hüceyrələri ), leykositlərin ( ağ qan kürəcikləri ) toplusudur.

-          Bir nəfər suprastini çağırsın, ya da bu aristokratı susdursun. Ağıllı sözlərə allergiyadan əziyyət çəkirəm. İki saniyə də davam etsə qaşınan səpkilərdən tələf olacam.

Sözlər tibb elmi yenilikləri qoxuyan vərəqlərin xətrinə dəyir. O, qınına çəkilən tısbağa kimi özünə qapanır, hənirtisi belə eşidilmir.

-          Bu gün Steto baba yoxdu?  Güman, xalatın cibinə qısılıb, kabinetdə sakitçilikdə dincəlir indi. Onsuz çox nadir hallarda,  doktorun təsadüfi ani huşsuzluğu hesabına bizə qoşulur. – axır ki, şəkərölçənin də səsi eşidildi.

-          O kimdir ? –  Bütöv bağlama qutusu dərman deposundan klinikaya ancaq səhər gətirilmiş, 30 digər şəkər çöpü ilə birgə ağ plastik qutuda olan  çöplərdən biri soruşdu.

-          Cahil budur e.  Təhsil görmüyüb ki. Müdriki- Stetoskopu deyirik.  Həkimlərin ürəyə, ciyərə qulaq asdıqları aparat var a, bax o. İllər boyu yüzlərlə dərdli xəstə görüb, yüzlərlə ürəyi oxuyub. Həmişə deyir ki, “ Orqanlarının səsi pasientin dünəninin göstəricisi, bu günü, gələcəyinin özülüdür. “ Həm xoş, həm də məkrli niyyətli müsahiblərlə ünsiyyət qurub. Abses, ürək qüsurları, pnevmoniya, xərçəng... Kimləri tanımır ki... ? Hərdən bir kefi duru olanda əhvalat da danışır :

-          Guya qocaman həkimin ilk sevgisindən hər kəsdən əvvəl o xəbərdarmış. Həkim bir dəfə aşıq olduğu füsünkar  zənəni görəndə fanendoskopu da əlində tutubmuş. ( Elə Stetoskopun da tibb aləminə gəldiyi ilk vaxtlar imiş. ) O vaxtlar tələbə olan həkimimizin barmaqlarının damarlarındakı qanın sürətli hərəkətindən , qayalara çırpılan qəzəbli dalğaların təlatümünü xatırlatmasından  Stetoskop baba məsələni anlayıb.

Bayaqkı şəkər çubuğu qəhqəhə çəkdi :

-          Bu lap nağıl oldu ki ! Yox bir. Biriniz də deyin ki, indi həkim onu ailə dostu kimi evinə qonaq dəvət edib.

-          Ola bilər. Nə deyim . Mənə də inandırıcı gəlməmişdi. Bununla belə ahıl Stetoskop iddia edir ki,  ziddiyyətli vəziyyətləərlə də rastlaşıb -  “ Sevirəm “ deyənlərin heç kim üçün yox, ancaq qan qovmaq üçün vuran ürəkləri ilə yanaşı, minlərlə  gizli sevgi atəşi ilə şölələnən ürəklərin ritmini - nəğməsini eşidib.

-          Aaa, necə də romantik, – insulin şprisi gülümsəyərək dedi.

-          Puah, romantikmiş. Sən sus incəmincə, nərmənazik.

-          Nədir, paxıllığın tutur, gombul 20q- lıq ?

-          Eşqdir mehrabı uca göylərin, - spirt üzünə ciddi görkəm verməyə çalışaraq, poetik ruha qapılmış biri kimi şeiriyyata başladı.

-          Qurtarın da.

-          Niyə, əla misralardır. Bəh – bəh.

“ Eşqsiz ey dünya nədir dəyərin .” 

Sağ ol, ey 12-ci əsr ustadı,  Nizami. – sözə başlayan adrenalin idi.

-          Çox xeyirxah biridir. – təzyiqölçən – monometr əvvəlki söhbətə qayıtdı. İşlərimdə məndən köməyini əsirgəmir.

-          Riva- Roççinin kötücəsi  necəsən, nə var, nə yox ? – Adrenalin hal- əhval tutdu.

-          Yaxşılıq. Adrenalin sənin sənin niyə çıxmır heç. Eləbil qurbağa gölünə daş atmısan.

-          Tamaşaçı olmaq qərarına gəlmişəm. Yoxsa, nə xəta – bəla baş versə məndən şübhələnirlər. Biri səsin yüksəltdi – adrenalin, dalaşdı-adrenalin və s., və s...Hamı məni günahkar bilir. Yaxşı deyiblər e, “ Adın çıxınca, canın çıxsın.”

-          Sən də günahsız, fağır deyilsən amma. -  bayaqdan tək kəlimə səsləndirməmiş Diazepam dedi.

-          Heç təəccüblənmədim. Bütün günü ancaq küncdə qısılıb mürgüləyən nifaq dolu  birindən  təkcə bunu gözləyərdim. Bilmirəm, necə bacarmısan, amma HEB- i keçməklə beynin sənə qulaq asmasına nail ola bilmisən. Cəsarətsizsən sən. Həmişə kölgədə gizlənərsən. Susdurarsan beyni, tuğyan edən düşüncələri. Çevrəni də özünə bənzətməyə çalışırsan. Bu saniyə desəm “ Rəfdən özünü yerə at ! “ bacarmazsan. Hünərin çatmaz. Halbuki, bilirsən ki, uzağı bir neçə dəqiqə sonra tibb bacısı səni öz yerinə qaytaracaq.

-          Bayaqdan dil-boğaza qoymayanların səsi çıxmır.

Səbri tükənən Diazeapam şücaətin nümayiş etdirsin deyə təkanla yerə atılır.

Koridorun o biri başından “ Tez, bayaqkı ampulu gətir ! Yenə vurmaq lazımdı ! Vəziyyəti ağırdır ! “ qışqıran tibb bacısının səsi eşidilir. Şöbədə çaxnaşma var. Bir neçə dəqiqə sonra yeni işə başlamış tibb tələbəsi otağa daxil olur. Təlaşla nəsə axtarır.

Preparatlar ayaq izlərini eşitmiş, susqunluğa qərq olmuşdular.

Şpris. Ağrıkəsici. Lazım olan bunlar idi. Otaqdan çıxır, amma yerdəki, ayaq altında qalmış  Diazepamı zibil qutusuna atandan sonra.

 

Heç kəs kömək edə bilmədi.

Onu təhrik edənlərsə susdu, izlədi.

“ Dinləməyəydi məni “

Bu idi  bəraət.

Adrenalin görünmədi

Məclislərdə bir müddət.

Sabahsı danışılmadı bu haqda

Sanki olmamışdı kimsə bu adla.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0309 saniye