Uzaq bir ölkədə ər-arvad yaşayırmış. Arvadın adı Anna, Kişinin adı isə Jeffren imiş. Onlar çox kasıb bir ailə idilər. O qədər kasıb idilər ki, çörəyi də güclə tapırmışlar.
Anna varlı bir insanın evində təmizlik işləri görərək pul qazanırdı. Ərinin isə ayaqqabı dəzgahı var idi. Əri çox vaxt heç işləməyə yer tapmazmış. Ayaqqabı dəzgahını harda qoyarmışsa, ordan qovardılar onu. Anna isə pulunu gec-gec alarmış.
Bir günün axşamı Anna ərinə deyir:
- Bu gün pulumu ala bilmədim.
Əri isə başını aşağı əyib heç bir söz demədi.
Günlərin birində onların qızı olur. Adını Mary qoyurlar. Bu qız çox gözəl idi.
Bir neçə il keçir... Artıq Marynin 5 yaşı var idi. Onlar hələ də səfillik içində yaşayırdılar. Anası Anna işləmirdi. Atası isə güclə qəpik-quruş qazanırdı.
Günlərin birində Mary məktəbə gedir. Məktəbdəki uşaqlar onun əynindəki köhnə paltarı görüb gülürlər. Bir qız deyir:
- Əynindəki paltardan heç xəbərin var? Köhnə, cırıq paltarla məktəbə gəlməyə utanmırsan?
Mary bu sözlərdən sonra ağlamağa başlayır.
Evə gələndə anasına deyir:
- Ana, mən çox utanıram. Məktəbdəki uşaqlar mənə gülürlər. Onların əynində qəşəng paltarlar olur. Mənim paltarlarım isə köhnədir. Ana, bu niyə belədir? Mən də onlar kimi qəşəng paltarlar geymək istəyirəm axı.
Anası bu sözlərdən sonra başını aşağı əyərək deyir:
- Qızım, biz onlar kimi varlı deyilik. Biz kasıbıq. Əgər biz də onlar kimi varlı olsaydıq, sən də onlar kimi geyinərdin.
Bir az keçdikdən sonra qızın atası gəlir. Süfrəyə oturmadan başlayır ağlamağa. Bunu görən Mary deyir:
- Ata, niyə ağlayırsan?
Atası titrək səslə deyir:
- Bu gün də işləyə bilmədim. Sizə pul gətirə bilmədim. Buna görə ağlayıram. Bilmirəm, hara qədər belə davam edəcək. Artıq məni işləməyə qoymurlar. Dəzgahımı hara qursam, ordan qovurlar.
Qız atasına deyir:
- Ata, bəlkə, mən də işləyib pul qazanım?
- Qızım, sən oxumalısan. Oxumalısan ki, böyüyəndə bir peşə sahibi olasan.
Qız deyir:
- Ata, əgər mən oxusam, varlı olarıq?
Atası heç nə demədən gülümsəyir.
Səhər açılır. Qızın atası tezdən durub işə gedəndə Maryni də oyadır. Atası ona deyir:
- Qızım dur, hazırlaş. Səni məktəbə aparım.
Qız başını aşağı əyərək deyir:
- Ata, mən məktəbə getmək istəmirəm.
- Niyə?
- Çünki məktəbdə mənə gülürlər. Deyirlər ki, köhnə paltarlarla məktəbə gəlməyə utanmırsan?
- Qızım, sən utanmamalısan. Onlar bu sözlərindən utanmalıdırlar. Sən onların sözlərinə fikir vermə.
Zorla da olsa atası qızını məktəbə aparır.
Dərs bitdikdən sonra Mary evə getmək üçün həyətə düşür. Birdən onu kim isə itələyir. Qız yerə yıxılır. Üstü batır. Uşaqlar ona gülürlər. Mary isə ağlaya-ağlaya evə gəlir. Evə gələndə anası soruşur:
- Qızım, sənə nə olub?
Qız ağlaya-ağlaya cavab verir:
- Ana, uşaqlar məni məktəbdə yıxdılar. Sonra da güldülər. Ana, mən bundan sonra məktəbə istəsəm də, gedə bilmərəm.
Atası axşam evə gələndə Mary hər şeyi atasına danışır. Səhərisi gün atası Maryni məktəbə aparmır. Özü məktəbə gedir. Məktəbə gedən yolda onu maşın vurur. Çoxlu adam toplaşır. Bir adam onun nəbzini yoxlayır Kişi təəccüblə deyir:
- O ölüb...
Axşam olur. Mary və anası çox narahat olur. Saat 11 olur. Marynin atası gəlmir. Mary deyir:
- Ana, atam niyə gəlmiyib hələ? Hər gün bu vaxt evdə olardı axı.
Anası heç nə demir. Birdən qapı döyülür. Bir oğlan onlara deyir:
- Siz Anna xanımsınız?
- Bəli, nə olub ki?
- Səhər məktəbin yanında bir insan ölüb. Deyəsən, o sizin ərinizdir.
Bu sözü eşitdikdən sonra Anna ağlamağa başlayır. İçəri keçəndə Mary ondan soruşur:
- Ana, nə olub?
- Heç nə qızım...
- Ana, yalan demə bilirəm, atam ölüb.
- Hə qızım...
Qız başlayır ağlamağa.
Bu hadisədən 8 il ötür. Mary böyüyüb 13 yaşında qız olur. Anası ilə birlikdə bir evdə işləyir. Günlərin birində Marynin anası tükana gedir. Tükana gedəndə onun qabağına bir kişi çıxır. Marynin anasına deyir:
- Mənə pul ver.
Marynin anası cavab vermir. Kişi hirslənib onu vurur. Anna elə o andaca gözlərini yumur. Mary anasının qayıtmadığını görüb yenə bir bədbəxtliyin baş verdiyini başa düşür. Yerdə oturub öz-özünə deyir:
- Nə üçün? Biz bir ömür boyu səfil yaşadıq... Nə üçün?!