-Ürək bir anlıq dayansa və Tanrıya qovuşsan.. Bir anlıq sükutla hüzura çatsan.. Ürəyini, ruhunu, cismini buraxasan sevdiklərinə və qalxasan Yaradının rəhmətinə..
Tamamilə, sərhədsiz bir ömür yaşatsan özünə.. Və qəlbindəki heçliklər bir müddət sonra tərk etsə sənin zəlil bədənini... Bədənindəki ağır yaraları silib içindən yeni bir yara çıxarsan və onun adı eşq olsa...
Hər küncü, hər pisliyi, hər zamanın dilimini siləsən ruhundan və eşqə doğru bir yol alasan. O yolda sənin əlindən sımsıxı tutub sənlə gedən kimsələr olur...
Əlli il şeir də yazsan bitirə bilməzsən onları..Doya bilmirsən onlardan.. Şeiri onlara yazmırsan, onları şeirə həvalə edirsən.. Bax, şeir kimi eşqlər də burdan başlayır...
Bu sözlər bir neçə il əvvəl avtomobil qəzasında şikəst qalan Fərhadın dilindən deyilirdi. Həkimlər demişdi ki, onun sağalmasına şans var, lakin maddi imkan çatmadığına görə heç nə edə bilməmişdi. O isə öyrəşmişdi artıq.. Bu halı ilə ya depressiyaya düşməli idi, ya da intihar etməli idi. Amma o etmədi. Dirəndi, bacardı da deyəsən..
Bu gün bir universitetin zalında bu sözləri məruzə edirdi. Və ondan qat qat sağlam olanlar isə sadəcə heyranlıqla baxırdılar ona..
- İnanırsız, avtomobil qəzasına qədər həyata dair ümidim ölmüşdü. Amma gərək nəyisə itirəsən ki, anlayasan dəyərini..
Mən də ayaqlarımı itirdim. Amma təəssüf ki, səma rəqsi edə bilmədən.. İçimdə elə bir atəş var ki. Sanki o rəqslə Tanrıya qovuşacam. Bəlkə də Şəmsdən sonra belə oldum.. Bilmirəm..
Otaqdan bir qız ayağa qalxaraq təlaşlı səslə Fərhada müraciət etdi.
- Sizcə Tanrı sizi sınağa çəkib?
Bu sualdan sonra Fərhad gülümsədi və dedi:
- Ey Tanrının bəndəsi, mən Tanrının qəbuluna getməyimə az qalmış tez məni sınağa çəkdilər.. Elə bir sınaq ki, görək Tanrının yanına getməyə layiqəm ya yox.. Amma layiq deyiləmmiş.. Axı Tanrı ən sevdiyi bəndələrini yanına tez aparır. Mənsə hələ iki dünya arasında qalmışdım. İndi isə Tanrıya doğru gedən yolda irəliləyirəm..
-Maraqlı cavab idi. Təşəkkür edirəm. Bir sualım daha var. Tanrının yanına getmək deyəndə ölməyi nəzərdə tutdunuz? Yəni, intihar ya da ayrı bir şey..
- Xanım, intiharı sevmirəm.. Çünki Tanrı intihar edənləri öz yanına almır ki. Mən cənnətçün çalışmıram. Sadəcə cəhənnəmçün də çalışmıram. Siz sadəcə səhv anladınız. Hər ölüm Tanrıya qovuşmaq deyil...
Sual verən qadın bir daha təşəkkür edib, yerinə əyləşdi. Fərhadsa danışmağa davam etdi.
- Mənim 21 yaşım vardı. Hələ onda elə də Tanrı barədə düşünmürdüm. Çünki mən o dövrümü sadəcə "MƏN" deyərək keçirmişdim. Necə qəribədi, hə?
İndiki vəziyyətimin sadəcə səbəni özüməm. Və özümə təşəkkür edirəm. İnsanlara əngəl qoyulduqca onun əzmi get-gedə artır. Əngəl onlara bütöv olmadan da yaşaya bilmə "imtiyazı" verir.
-Deməli, dostlarımla görüşdüm. Maraqlı bir gün oldu. Günorta 3-dən axşam 12-yə qədər dostlarla gəzdik. Sonra hərəsi öz evinə çəkildi. Mənsə hələ də veyillənirdim..
Boş küçələrin birində addımlayırdım. Yox, yox sərxoş deyildim. Sadəcə bir az içmişdim. İrəlidə bir kölgə gördüm. Elə baxan kimi bildim ki, qadındır. Mənə də maraqlı oldu ki, belə bir küçədə bir qadının nə işi var. Yox.. Əsla demərəm ki, " Hə, əxlaqsızın biridir.."
Çünki insan insanları tanıdıqca böyüyür. Mən isə sadəcə qılafdydım. Nüvəyə enmək lazım idi.. Amma hələ o vaxt o barədə düşünmürdüm. Yemək-içmək-yatmaq-hərdən də qorxudan dərs etmək.
Bu mənim gün rejimim idi.
Qadına yaxınlaşdım.Qadın anlaşılmaz bir hərəkət edirdi.
Fırlanırdı.. Əynində isə bəyaz dona bənzər bir şey.
Sanki heç kimi eşitmirdi. Eyni templə, eyni hərələtləri təkrar edirdi. Qollarını yavaşca açmış, fırlanırdı..
Mən qadının qollarına yavaşca toxundum. Qadın birdən diksindi. Bir az kənara çəkilib, məni yad baxışlarla süzdü.
-Bağışlayın, amma burda nə işiniz var? Həm də gecə vaxtı..
-Tanrıya qalxırdım..
- Neynirdiz, neynirdiz?
-Niyə anlamırsız axı? Tanrıya inanmırsız?
- Yox, inanıram, sadəcə belə bir şeyi ilk dəfədir ki, görürdüm.
- Mənə özünüzdən danışın bir az..
- Fərhad. 21 yaşım var. Vecsizəm.
-Yaxşı.. Getdik...
-Hara?
- Tanrını qucaqlamağa..
Heç nə demədən qadınla getdim. Qadın susur, mən də ona yoldaşlıq edirdim. Üzündəki cizgilər çox qəribə idi.
Sanki qovulan insanın üz cizgiləri var idi üzündə. Sanki hamını bezdirmiş, özü isə günahsız olduğu halda üzr istəyən biri.. Səsi isə ecazkar idi. Dinlədikcə dinləmək istəyirsən, sanki o danışsın sən susasan.. Dinləyəsən..
Soyuqqanlı bir tövrü vardı. Sadəcə yarım saatdır gördüyüm qadın haqqda ilkin təsəvvürlərim məni qadına bağlamışdı sanki.. Adını belə bilmirdim.
-Adınızı bilmək olar?
-Səma.
-Məni hara aparırsınız?
-Dedim axı.. Tanrıya..
-Ölmək?
-Hər ölüm Tanrıya çatmaq deyil..
Mən də susdum. Bundan sonra ölümü düşənmək, Tanrını düşünmək idi mənim gözümdə. İntihar, qalan ölüm növləri məni sadəcə özündən iyrədirirdi..
Bir yerə gəldik. Dağ idi deyəsən. Hava qaranlıq idi görə bilmirdim yeri dəqiq. Amma hə, dağ idi..
Qadın astaca əlimdən tutdu və qalxdıq dağa. Qadın yerə, torpağın üstündə oturdu. Və başıyla məndən oturmağımı istədi. Qısa bir şey danışdı.
- Tanrı.. Və eşq..
Tanrı insanları yaradanda onların ruhdaşlarını da yaratdı. Onların biri boş küçədə itir və o birisi isə onun əlindən tutur və dağa qaldırır.. Əgər ruhdaşlar şanslıdırsa Tanrını tanıyırlar və həmişə bir yerdə olurlar. Amma biri qeyri tanıyırsa birlikdə olmaqları uzun çəkməz.. Əslində, çox adam axmaqdı. Qarşısına çıxana eşq deyir. Qarşına çıxan eşq deyil, təsadüfdü.. Əgər eşqin nə olduğunu bilmək istəyirsənsə dağa çıxmalısan və Tanrıyla dərdləşməlisən..
-Heç bir insan sevdiyinə görə azadlığından keçər mi?
- Sevgi həbs deməkdi. Biri sevdiyinə görə azadlığından keçirsə deməli ömürlük həbs istəyir..
-Bəs qarşıdakı insan nə etməlidi?
-Dağa çıxıb Tanrıyla dərdləşməlidir.. Niyə məhz ona belə bir ruhdaş yetirib deyə..
- Dağ?
-O dağ ürəyin də ola bilər.
Bu qədər bəsdi. İndi mən sənə bir sirr verəcəm və son Səma Rəqsimi edəcəm..
-De..
- Mənim ruhdaşım sənsən.. Lakin sənlə çox az qalacam. Çünki ... Çünkisini dedim.
İndi isə getməliyəm. Məni izlə..
O, elə gözəl dönürdü ki, sanki Tanrı onu qucaqlayırdı.. Birdən gözlərimi açanda gördüklərim məni dəhşətə gətirdi. O yox idi.. Nə yerdə, nə... Hə.. O göydəydi..
Tanrıya qovuşmuşdu...
Mən ordan aşağı düşdüm. Həmin küçə ilə gedirdim yenə.. Amma bilmədim bu necə oldu? Axı.. Dağ.. sonra küçə..
Eh.. Beynim tamam qarışıq idi..
Həmin vaxt məni maşın vurdu.. Qalanlarını da bilirsiniz.
Fərhad sanki gülümsədi. Və ayaqları işləyə bilmədiyi üçün oturduğu arabadan qalxdı. Hamı dəhşətə gəlmişdi...
O, fırlanmağa başladı.. Əllərini duaya açırmış kimi açdı, dönməyə başladı...
© Bermud Production
"Çəhrayı və Mavi" kitabından.