Sən də get, şair..
Xuraman tərəfindən "Şeir" bolməsinə 01:10 19 aprel 2014 tarixində əlavə olunmuşdur

Son anda yapışır boğazımdan haqsızlıq,
İçindəki kədəri qusur hisslərimə,
Sən öl, şair, sən öl, deyir səssizcə..
Boş ver, sevməyi, nifrəti..
Yalan deyir, buraxacaq bir gün səni qəbrin də..
Sərxoşluğuna çarələri düz kəndirə,
Dola boğazına, gör sağ çıxır mı, şair?
Gör, sağ qalırsan mı?
Balaca əllərinlə yapış kürəyimdən,
Çıxar məni şair, çıxar zülmətdən..
Ah, şair, ah, deyirlər ki, nə vaxt həyatdan tutunsaq,
Naməhrəm yerləri gəldi..
Deyir ki, günahdı, gir cənnətə, şair..
Baxma dəli gözlərinə, günahdı, şair..
İtil, düş, yıxıl gözümdən,
Misraların saralıb yaman,
Saçları bəmbəyaz olub..
Şeir şairinə bənzərmiş, bu da mı yalan?
Gedənlər xatirələrə dönəndə,
Tozlanır gülüşlər,
İtəndə bu hıçqırıqların arasında,
Boğulur ümidlər..
Şair, gəl bu gecə şeir oxu mənə..
İçində kimsəsizlik, çiyinlərində bəyaz mələklər..
Şair, gəl qaçaq burdan,
Anlamazlar bizi, dur gedək şair, dur gedək..
Bizi də güllələyib, xain qoyarlar adımızı,
Yaltaqlıqdan danışsaq şair qoyarlar adımızı..
Gəl, şair gəl gedək,
Cəhənnəm olsun buralar,
Cənnət yaman uzaqdadı, gecikmişik şair..
Ərafın tozu tutdu gözlərimi,
Görmürəm şair, hardadır qələm?
Onla qazaram qəbrini, qucaqlaram baş daşını..
Yazaram iki misra ölümdən..
"Çox cavan idi,getdi şeir kimi ömürdən.."
Yazaram şair, yazaram..
Get sən də, narahat olma, şeytandan da yazaram..
İntiharı dilinə vərdiş edən insandan da yazaram..
Biləklərini kəsib, ümidlərini öldürən səndən də yazaram şair,
Get sən də...


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0403 saniye