Səni sevirəm
Murad tərəfindən "Hekayə" bolməsinə 15:00 08 iyul 2014 tarixində əlavə olunmuşdur

Günəşin şüaları onun pəncərəsində dövrə vurmuş kimi idi. O, ayna qarşısında özünə baxırdı. Əslində buna bir səbəb belə yox idi. Onsuz həyat onun üçün bir şey verməmişdi. Artıq onun həyatdan gözləntiləri belə yox idi.

Hər dəfəsində eyni paltarları geyər və özünə ayna qarşısında baxardı daha sonra isə eyni dayancaqda avtobus gözləyərək yoluna davam edərdi. Həyatı da sanki elə bu dayancaqdan ibarət idi. Bəlkə də lal olmağı ona həyatdan aldığı ən böyük zərbə idi.

Buna görə də onu insan yerinə belə saymırdılar. İş tapması belə indiki vəziyyətində mümkün deyildi. O, danışıb eşidə bilmirdi. Yalnızca həyata baxa bilirdi. Gözləri ilə qarşısındakı mənzərələri və gözəllikləri görə bilirdi. Ancaq ətrafında baş vermiş hadisələri heç zaman duya bilmirdi. Əslində artıq buna öyrəşdiyi üçün danışmağa belə cəhd etmirdi. Ancaq insanın gözləmədiyi anda yaxasını tutmuş xoşbəxtlik və sevgi qığılcımları bizi hər zaman yaxalaya bilər. Elə onun üçün də bu cür olmuşdu. Yenə də hər dəfəsinə olduğu kimi sadə geyim geyərək həminki dayancağa doğru üz tutmuşdu. Onsuz da edəcəyi bir şey olmadığı üçüm o hər zaman gəzməyi üstün tutardı. Və bu dayancağa gələrək burada bir az əyləşər və ətrafında dövrə vuran insanlara baxardı. Daha sonra insan avtobusa minərək yoluna davam edərdi.

İlk dəfə idi dayancaqda tək əyləşmiş bir insanı görürdü. Uzaqdan həmin insanı görsə belə yavaş-yavaş onun yanına yaxınlaşmağa başladı. Qarşısında bəlkə də həyatında gördüyü ən gözəl bir xanım idi. O, dayanacaqda əyləşmiş və avtobus gözləyirdi. Onun baxışları və gözəlliyi insanı valeh edərcəsinə güclü idi. Toğrul da bu baxışlar qarşısında hazırda ərimiş vəziyyətdə idi. O, nə qədər də bu xanımın yanına yaxınlaşsa belə danışmağı bacarmadığından bir qədər sərhəd gözlədi. Toğrul bəlkə də həyatında ilk dəfə idi bu qədər çox danışmaq istəyirdi. Qarşısındakı gözəlliyə baxarkən danışmamaq günah olardı və Toğrul indiki vəziyyətdə günaha batmış kimi idi. İlk dəfə idi həyatına belə nifrət etməyə başladı. İlk baxışdan sevgi... Bəlkə bu elə Toğrulun daxilində keçirdiyi ilk sevgi hissləri idi.

Günlər keçdi zaman daha da tez irəliləyirdi. Toğrul isə həmin gündən sonra dayanacağa tez-tez gəlməyə başladı. Onun içində çox böyük bir ümid var idi. O, həmin qızı görmək ümidi ilə hər zaman alışıb yanırdı. Hər səhərə saat 9-da bu dayancağa gələr və həmin xanımla qarşılaşardı. Hər dəfəsində ürəyi çırpınar və partlamaq dərəcəsinə gəlmiş kimi olardı. Halbuki onun danışmağa gücü olsaydı nələr deməzdi? Bəzən cəhdlər göstərər və danışmağa çalışardı ancaq hər dəfəsində sanki nəsə ona qarşı çıxardı.

Kaş belə olmasaydı. Kaş məndə hamı kimi ola bilsəydim. Toğrul daxilində özünə dediyi sözləri yalnız özü anlayar və heçnə edə bilmədiyi üçün daha da pis olardı.

Bəzən insanlar danışmağı bacarsa belə çox vaxt bir söz belə demədiyi halda Toğrul indiki vəziyyətdə nələri verməzdiki bir cümlə söyləyə bilsin.
Artıq bu dayanacağa gəlmək və həmin xanımla bir növ görüşmək Toğrulda adət halı almışdı. Bəzən xanım Toğrulun üzünə baxaraq gülümsünürdü. O, an Toğrulun içindəki qığılcımı heç kim anlaya bilməzdi.

Ürəyi sanki bir anlıq parçalara çevrilirdi. Onun daxilində demək istədiyi o qədər şey var idi ki. Ancaq deyə bilmirdi. Bəzən qızın üzünə baxarkən içindən bir üsyan və inilti eyni anda çıxaraq dodaqlarına kimi gəlirdi ancaq o cəhd göstərsə belə bu üsyanları daxilində cümlə şəklində çıxarda bilmirdi. İlk dəfə idi ki, lal olduğu üçün göz yaşı axıdırdı. İlk dəfə idi ki, sevdiyi üçün göz yaşları axıdırdı.
Əslində hər şey başqa cür ola bilərdi niyə axı bu cür oldu?

Bəlkə də heç kim Toğrulu anlamayacaqdı. Heç kim onun daxilindəki sevgisini və keçirtdiyi hissləri anlamayacaqdı. Heç adını belə bilmədiyi birinə qarşı olan sonsuz sevgisi ona həyatdan belə nifrət etməyə gətirmişdi. Yaradılışdan, ətrafındakı hər şeydən belə nifrət edirdi. Hər dəfə həmin dayanacaqdakı qıza baxarkən gülümsəmə ilə eyni anda göz yaşları axırdı. Əslində qız buna önəm belə vermirdi ancaq daxilində Toğrulun içi yanırdı.
Yağışlı gün idi.

Toğrul qaçaraq dayanacağa tələsirdi. Bu gün o ilk dəfə idi ki, həmin görüş yerinə bir qədər yubanmışdı. Ancaq dayanacaqda həmin xanımın hələ də əyləşdiyini gördükdə Toğrulıun üzünə xoşbəxtlik yağdı. O, yavaş addımlarla dayanacağa xanımın yanına yaxınlaşdı. Yenidən ikisinin də üzündə xoş gülümsəmə meydana gəldi.

Toğrul danışmağa cəhd etsə belə yenə də alınmadı. Onun ağzından qəribə səslər çıxmağa başladı. Bu an isə qız bir qədər geri çəkilməyə başladı.
Sənə heç zaman zərər vermərəm. Məndən nəyə görə qorxursan? Toğrul daxilindəki suallarına cavab tapa bilmirdi.
Daha sonra o əl hərəkətləri ilə xanıma nə demək istədiyini başa saldı. Arxa cibindən balaca bir kağız çıxardaraq ondan bir qədər geriyə getmiş xanıma uzatdı. Bir qədər tərəddütdən sonra xanım həmin kağız parçasını götürdü. Daha sonra o Toğrulun yaşlara bünürmüş gözlərinə baxdı. Toğrul isə əli ilə yenidən kağızı göstərərək qeyri-adi səslər çıxartmağa başladı.

Kağızda yalnızca iki söz var idi.... Səni sevirəm...


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+29=
Hesaba giriş
Müəllif

Murad
Haqqında

Əlaqə
E-mail:
murad.ramazanov.66@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye