Sevgidə yanılmışam?
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 15:18 05 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bu mövzunu sizinlə bölüşməyimin səbəbkarları mənim xanım pasientlərimdir. Bu son ay ərzində onların ən çox narahat edən suallardan biri bu olub: “Mən yanılmışam. Məncə həyat yoldaşın məni artıq sevmir. Bəlkə mən onu tanımamışam? O, evlənəndə də məni heç sevməyib?”

Qeyd edək ki, hər bir insanın sevgi haqqında şəxsi fikirləri var. Ancaq psixologiyada “sevgi”adlanan bu hiss fundamental hiss kimi qəbul olunub. Çünki insanın emosiyaları məhz bu hisslə sıx əlaqədədir. Sevgi hissi insanların qəlbində xüsusi yer tutan unikal bir hissdir. Sevgi müxtəlif emosiyayaların yaranmasına da səbəb olur. Məsələn, insan sevgilisindən ayrıldığı zaman kədər hiss edə bilər. Məyus olduqda isə qəzəblənə bilər.

Psixologiyanın inkişaf tarixinə nəzər salsaq görərik ki, insan bu sual ilə qarşılaşanda aciz qalır: “Sevgi nədir?”

Lakin bu suala cavab tapmaq çətindir. Səbəb isə çox sadədir. Hər bir şəxs sevgini özünəməxsus izah edir. Sevgi insanın ürəyində, ruhunda sanki bir titrəmə yaradır, zərif hisslər oyadır, xeyirxahlığa, sülhə, sakitliyə çağırır. Bunlarla yanaşı neqativ hisslər də yaşamağa məcbur edir.

Sevgi bir anın içində insanı dəyişdirən bir hissdir. Əgər romantik sevgi yaşayırıqsa, həyat bizə çox gözəl görsənir.

Psixoloji nöqteyi-nəzərdən “Sevgi nədir?”sualının cavabı olsa belə, müxətlif və sonsuz olacaq. Sevgini anlamağın ən yaxşı üsulu onu hiss etmək, daxili səsə qulaq asmaqdır. Çünki məhəbbət gözləmədiyimiz bir anda bizi yaxalaya bilər.

Sevgi həm də beyində gedən müəyyən biokimyəvi prosesdir. Buna əsaslanaraq sevgi genetik amillərin, psixoloji təcrübənin və hormonal göstəricilərin qarşılıqlı təsiri kimi izah edilir.
Elmi cəhətdən, əks cinsə olan romantik münasibətləri müxtəlif biokimyəvi proseslər və stimullar formalaşdıra bilər.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0328 saniye