Sevgililər Günümə
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:06 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Bir kişi bir qadına güvənməyi
Anasında
Bir qadın da bir kişiyə güvənməyi
Atasında öyrənmişdi.
Kaş uşaq qalıb sevgilərimizi,
Əllərimizi və…
Və ən əsası qəlblərimizi
Bir kişiyə ya bir qadına qıfıl etsəydik.
Onda nə qırılmazdıq
Nə də böyüməzdik,əzizim.
Çünki qadınlar ana
Kişilər ata olanda sevilə bilir.
Bir də kaş,sevgili
Mən sənə ata
Sən də mənə ana ola biləydik.
Körpənin ataya,
Anaya bağlandığı tək
Bağlanaydıq bizə.
Yalansız,dolansız,
Zamansız düşünəydik bizi.
Çünki,sevgilim,
İnsanlar ata
Və ana olanda öyrənir
Dəyər verməyi…
Bir də hər tək səbirə
Getməməyi…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0274 saniye