Şairlərin Dünyası
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:32 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Şadlıq evlərinin səadət məclisləri kimi
Bir neçə saatlıqdır xoşbəxtliyimiz.
Gecələr şəhəri işıqlandırmaq istəyən
Ləmpələr qədər zəif və gücsüz.
Halbuki,
Gündüzlər də qaranlığı gizlətməyi bacarmır.
Qəribədir.
Böyük şəhərlərin özündən böyük kədərləri var.
Və hər böyük şəhərdə
Kiçik dünya yaradan şairlər var.
Oksigeni sevgi,dərdi-qəmi şeir
Var-dövləti səmimiyyət olan.
Və ora atılan kiçik daşlar
Elə bil ki kosmik qayalar.
Ancaq bilmirlər.
Şairlər də küsüb gedirlər.
Heç kəs bilmir
Və hər kəsin bildiyi tək məfhumdur mədəniyyət,
Lakin səmimiyyət deyildi mi
Ən müqəddəs mədəniyyət?!
Unudublar bütün bunları.
Qınamayın siz onları.
Pul gətirmir belə şeylər.
Bir müdrik demişdi:
Bu dünyada hər şey gəldi-gedər.
Deyəsən mən səhv anlamışdım.
O adamları dedikcə,
Mən yüksəkləri,kağızları qeyd almışdım.
Və yüksəklik qorxum var bu aralar.
Heç itirmək istəmirəm ruhumdakı uşaqlığı.
Fəqət hər şairin dünyasına atılan daşlar qədər,
Dünyama daşlar atır bu şəhər
Və təəssüf ki,dost,onlar bilmir.
Bəzən
Şairlər də küsüb gedir…


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+15=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0264 saniye