Sığınacaq
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 23:45 26 iyul 2015 tarixində əlavə olunmuşdur

Yetim qalmaq 
Atasız,anasız qalmaqdan çox
Qayğısız,sevgisiz yaşamaqdır.
Qadının getməyi tənhalıq deyil
Yetim qalmaqdır xoşbəxtlikdən yana.
Indi kişilər yetim qalır
Yarım-yarım içir
Qadınların yoxluğuna.
Aram-aram çəkib siqar
Tüstülərdən dünya qurub
Oralara sığınırlar.
Hə bir də şeirlər.
Şeirə sığınanlar var.
Gör nə təhər yetim qalırsa adamlar,
Bu qədər insan varkən
Şeirlərə sığınırlar...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+33=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0274 saniye