Soyuq adam
Gulara Salımova tərəfindən "Şeir" bolməsinə 15:03 31 avqust 2014 tarixində əlavə olunmuşdur

Salam fevral soyuğu

Qar təravətli adam..

Qışda doğulmusan sən

Qar kimisən özündə

Dörd ildən bir dəyişən

Fevral kimisən sən də.

Buz kimidir sözlərin

Soyuqdan da kəsərli...

Söylə,payız çağında


Fevral küləyi əsərmi?

Sən bu payızı sevmədin

Əvvəlki payızlar tək...

Bəlkə vaxtsız xəzandım?!

Qulağa xoş gəlməyən

Vaxtsız oxunan əzandım?!

 


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.039 saniye