Bax,qadın!
Bax gözlərimin içinə.
Yalanlarını gözlərimə baxaraq danış.
Söz verirəm,
Aldanacam.
Bir təbəssüm qoyub dodaqlarına,
Məni nə qədər sevdiyindən danış.
Söz verirəm,
Qədərini soruşmayacam.
Lakin bir xahişim var,
Mənə olan qeyriləri saxla özünə.
Mənə əbədilikdən danışma,
Müvəqqətisi daim olan bu dünyada.
Mənə gedəcəyin gündən danış.
Söz verirəm,
Olduğun qədər yaşadacam.
Sonra otur qarşıma
Və geyin gerçəklərini.
Çılpaq ikən heç də gözəl deyilsən.
Bunu bilməlisən,qadın!
Mənə kim olduğundan
Və xəyallarından danış.
Söz verirəm,
Səni olduğun kimi yaşayacam…