Susmaq ("Ağ-Qara" adlı kitabdan üçüncü hekayə)
Ceyhun Məmmədov tərəfindən "Hekayə" bolməsinə 23:21 23 yanvar 2016 tarixində əlavə olunmuşdur

-Dədə həyatın mənası nədər ibarətdir? 

-Mənim gözəl nəvəm. Hər kəs üçün bir məna var. Fərdi mənalar mövcuddur. Ümumi mənada ola bilər. Amma olsa bilmirəm harada olacaq. Bəlkə də hardasa uzaqlarda, nə bilim doqquz mərtəbəli binalarda, bir uşağın əlindəki dondurmada nə bilim, bəlkədə heç ümumi məna yoxdur. Bala sən öz mənavı axtar. Heç kimə baxma.

Mən öz mənamı iyirmi il sonra tapdım. Dədəmin dedikləri qulağa məntiqli gəlirdi. Doqquz yaşımda o sualları dədəmə ünvanlamışdım. O, gündən sonra mənamı axtarmağa başlamışdım. 11 il sonra axtardığımı tapdım. Mənim həyatımın mənası susmaqdır. Başımdan düşməyən kapişon, əlimdən düşməyən kitablar və hər gün daxilimdəki hissləri yazacağım qeyd dəftərcəm. Bunlar hamısı həyatımın bir parçasıdır. Boşluğu sevən insanlara, etdiyim hərəkətlər mənasız gəlir. Tək yeganə bir dostum var. Oda mənim kitablarımdır. Çünki o danışmır, o insanı incitmir. Səssiz şəkildə yalnız sözləri göstərir. Bəzən səssizliyim, insanlarda şübhə oyadır. Təsəvvür edin ki, lal olduğumu düşünənlər olur. Ancaq bir kəlmə danışdıqdan sonra, şoka düşünlərin sayını bilmək olur. Susmaq dedimsə, o demək deyil ki, heç danışmıram. Sadəcə lazım gələndən-gələnə sözlərim ilə cümlə düzəldib danışmış oluram. Bəzən mənə sual verirlər ki, bu qədər niyə susursan. Həmin zaman cavabım qısa olur. İnsanlara görə. Bəli, insanlara görə. Yersiz danışıqları və hərəkətləri gördükcə, susmaq sistemimin inkişafını hiss edirəm. Danışmaq gözəldir, amma normasında. Fikrimcə susmaqla, danışmaq normamı qorumuş oluram...

-Kamran hara gedirsən?-Bu bizim qonşumuz xədicə xalanın səsidir.

-Parka-Həmişəki kimi qısa cavablarla sualı yekunlaşdırıram. Qonşuların çoxusu məni tanıyır. niyə az danışırsan deyə, sorğu-suala çəkirlər. Qısa cavablarla suallarını yekunlaşdırıram. Küçədən çıxan kimi, yolun kənarı ilə addımlamağa başladım. Demək olar ki, hər gün parka gedirəm. Üniversiteddə dərsim bitən kimi, evə gedib çörəyi yeyib, kitab oxumaq üçün parka yollanıram. Bədii, elmi və fəlsəfi kitabları çox sevirəm. Parka çatan kimi, oturmaq üçün yer axtardım. Bir dənədə boş yer yox idi. Məcbur olub, qızın yanında əyləşdim. Ən azından bu oturacaqda bir nəfər əyləşmişdi. Səs-küyə fikir vermirəm. Qulağıma qulaqcığı taxıb, piano musiqisinin sədaları altında gözlərimi kitabdakı sözlərə zillədim. Təxminən otuz dəqiqə keçmişdi ki, yanımda ki,  qız məni dürtmələməyə başladı.

-Bağışlayın, hansı kitabı oxuyursuz deyə maraqlanırdım-Qulağımdakı qulaqcığı çıxardaraq, sualını dinləmiş oldum. Bu zaman heç bir söz demədən, kitabı ona göstərdim. Kitabı ona göstərdikdən sonra, düz 15 dəqiqə müəllif haqqında danışmağa başladı. Məndə bu zaman qulaqcığı qulağıma taxaraq, kitabı oxumağa davam etdim. Danışdıqlarının heç birini eşitmirdim. Vaxtımı ona sərf edə bilməzdim. Çünki müəllif haqqında yetərincə məlumatım var idi. Beş dəqiqə sonra, qız çıxıb getdi. Ürəyimdə bir sevinc parıldadı. Kimsə mənə mane olanda, həmin zaman mənə mane olanın getməsini arzulayırdım. Biraz kitab oxuduqdan sonra evə yollandım. Çünki hava qaralmağa başlayırdı.

Gecələri çox sevirəm. Ən əsasda şimşək çaxarkən ya da şırıl-şırıl yağan yağışı hiss edərkən. Yaş asfaltın üzərində irəlliləyərək, öz-özümlə danışmağı bəzən sevirəm. Əslində özümə qarşı çox susmuram. Daha çox insanlara qarşı susuram. Səbəb isə yenədə bəzi insanların boş-boş danışmalarına görə olur. Çünki vaxtı ilə kiməsə verdiyim öyüd və nəsihətlər həyata keçirilməyib. Bilmirəm mən düzgün nəsihət verməmişəm yoxsa nəsihətimi reallaşdırmaq istəməyiblər. Bəzən nə isə təyin etməkdə çətinlik çəkirəm. Yaxşı ki, bu yatmaq deyilən sistem var bizdə. Çünki mən yatarkən rahatlıq tapıram. Yatmaq ilə susmaq mənə görə bərabər səviyyədə olan bir xüsusiyyətlərdir. Bu günü də belə başa vurdum. İndi isə xəyallara dalaraq yatmaq vaxtı idi.

Səhərlər durmağım bəzən çətin olur. Çünki eyni şeylər etməkdən bezirəm. Bu gün şənbə günüdür. Səhər yeməyimi yedikdən sonra parka gedib kitab oxumağı planlaşdırırdım. Küçəyə çıxarkən, qonşumun məni sorğu-sual etməsini bəzən gözləyirdim. Bu dəfədə pəncərəsinə baxdım, ancaq deyəsən hələ yuxudan oyanmamışdı. Öz-özümə nə isə deyib parka doğru istiqamətləndim. Səhər-səhər parkda oturanlardan yalnız qocalar olardı. Hərdən özümü qocalar kategoriyasında hiss edirdim. Bir qocanın yanında gəlib əyləşdim. Kitabı açmamışdan qabaq bir mövzu barəsində öz-özümə danışmağa başladım. Danışdığım mövzuya o qədər cəzb olmuşdum ki, artıq əl-qol hərəkətlərinə keçmişdim.

Yanımda oturan baba bu zaman dilləndi:

-Bala, kitab belə maraqlıdır?

-……..-Dədənin nə dediyinə fikir vermədən, ayağa qalxıb getməyi hazırlaşırdım ki, bir qışqırıq səsi eşitdim. Qışqırığın olduğu tərəfə qaçmağa başladım. Qarşılaşdığım mənzərə doğurdanda məni şoka saldı. Dünən gördüyüm gənc qız yerdə qana bulanmış şəkildə uzanmışdı. Əli ilə də bıçağı bərk-bərk saxlamışdı. Ətrafda isə mən və birdə qoca kişi var idi. Heç bir şey düşünmədən, qızı qucağıma alıb yol boyunca şütüyən maşınlara tərəf getməyə başladım. Yol kənarında dayanan kimi, bir maşın bizə tərəf yaxınlaşıb dayandı. Köməyə ehtiyacızımı görüb, heç bir sual vermədən xəstəxanaya doğru irəlliləməyə başladı. Yolda maşın böyük sürətlə gedirdi. Gənc qız isə nə sayıqladığını bilmirdim. Sanki hekayəsini danışırmış kimi mızıldanırdı. Xəstəxanaya çatan kimi, tək başıma qızı qucağımda daşıdım. Sonra isə ağ-xələtli həkimlər qızı məndən alaraq, burdan heç yerə tərpənməməyi bildirdilər. Bir sual məni maraqlandırırdı, həmin sualıda mənə otuz dəqiqədən sonra polislər verməyə başlamışdı. Görəsən bu gənc qızı səhər tezdən kim yaralamışdı?. Amma cavab gözləmədiyimdən fərqli oldu.

Xəstəxanalara nifrət edirdim. Bəzən düşünürdüm niyə axı bizlər xəstəxanalara  düşməliyik. Hətta bəzi ev heyvanları belə xəstəxanalara gətirilirdi. Bu dəfədə öz-özümə danışaraq, nə isə sözü ilə hərəkətimi və danışığımı başa vurdum. Bu zaman ağ-xələtli həkim dedi:

-Səndə özüvü psixologa göstər

Niyə?-Deyə soruşdum.

-Çünki sənin gətirdiyin gənc qız şizofrenik imiş. Oda sənin kimi səhərdən nə isə danışır. Psixolog indicə onun otağından çıxaraq, onda şizofreniya xəstəliyinin olduğunu dedi. Özü ilədə danışdıq. Heç kim onu yaralamayıb, xəyal dünyasındaki insan yaralayıb onu. Yəni bıçaq zərbəsi ilə öz-özünü vurub. Gəl gedək səni psixologun yanına aparım.

-Siz nə danışırsız. Mən şizofren deyiləm-Sözümü dedikdən sonra, qaçmağı düşündüm.

-Bunu psixologun yanında biləcəyik-Həkim qolumdan yapışaraq məni psixologun otağına apardı. Psixolog ilə etdiyim söhbətdən sonra hər şey aydın oldu.

Doğurdan da bəzi insanlar öz üzərlərində olan xəstəlikləri qəbul etmirlər. Onlardan da biri mənəm. Şizofren olduğum ortaya çıxdı. Əslində xəyali dostlarım var idi. Ancaq son vaxtlar onları görürmüşəm kimi danışırdım. İndi nə olacaq deyə düşünməyə başladım. Qızın otağına girən zaman onun əl hərəkətləri ilə nəsə danışdığını hiss etdim. Birdən uzanan yerdə, əlləri donub qaldı. Sonra isə susaraq yerindən qalxıb, səssiz şəkildə pəncərəyə doğru irəllilədi. Bu zaman bir sual yarandı beynimdə. Görəsən bütün şizofrenlər, başqalarına qarşı susqun olurlar?

Həyatımı şizofren olaraq keçirməyə qərara gəldim. Ən azından ağ xələtli həkimləri görmüş olmayacaqdım. Amma bir neçə gün xəstəxanaya gedib gəlirdim. Özümə görə getmirdim. Aşiq olduğum qadın üçün gedirdim. Heç özümdə bilmədən ruh əkizimi tapmışdım. İkimizində şizofren olması lap yerinə düşmüşdü. Heç vaxt sevgili axtarmamışdım. Çünki bilirdim ki, sevgini axtarmaqla tapmaq mümkün deyil. Təsadüfən, bilmədiyin bir anda qarşıva çıxır. Bu gözəl qadında mənim qarşıma elə təsadüfən çıxdı. Xəstəxanada son gününü keçirdəcəkdi. Təbii ki, şizofreniya xəstəliyi ilə bağlı müayinə almağı düşünmürdük. Həyatımızın qalan günlərini bir-birimizə həsr etməyi düşünürdük. Nifrət etdiyim xəstəxanaya gəlib çatdım. Sevdiyim qadın paltarlarını hazırlayırdı bu zaman. Sakitçə arxadan ona yaxınlaşıb yanağından öpdüm.

-Salam xoş gördük-Səsi üçün  darıxdığımı hiss etdim.

-Salam Jalə. Hazırsan getməyə?-Hansısa bir evi olmadığı, küçələrdə yatdığını bilirdim. Anasını və atasını beş ildiki itirmişdi. Dörd ilini xalası gildə keçirtdi. Amma sonda xalası onunla yola getmədi və çölə atmalı oldu. Düz bir ildir ki, çöldə, daxmaların birində yatırdı. Qışda isə onu acıyanlar evlərinə götürüb aparırdı. Amma istilər düşən kimi yenidən çöllərə düşürdü yazıq qızcığaz.

-Hə hazıram-Yorğun bir səslə dilləndi.

Gedəcəyimiz yer mənim evim idi. Daha doğrusu anamın və atamın evi idi. Necə qarşılayacaqlar onu bilmirdim. Evə çatmağımıza iyirmi dəqiqə qalmışdı. Ürəyimdəki döyüntülər sürətini artırırdı. Yol boyunca heç danışmadıq. Çünki şizofrenlər öz dünyalarını daha çox sevirdilər. Özlərinə hər an qapanma ehtimalları olurdu. Sən demə susmağı öz dünyama görə sevirdim. Xəyali dostlarımla çox danışırdım. Ona görədə real həyatdaki insanlardan uzaq düşürdüm. Bu zaman gözləmədiyim bir anda üzümə şillə zərbəsi dəydi. Əslində heç əsəbləşmədim. Çünki Jalə də şizofren idi. Yəqin ki, xəyali dostu ilə dalaşırdı. Təbii ki, xəyali dostunu vurmaq istəyəndə, zərbəsi mənə dəydi.

-Kamran üzr istəyirəm. Özün daha bilirsəndə niyə belə oldu.

-Narahat olma bilirəm. Ona görə də üzr istəməyə ehtiyac yoxdur-Sözümü bitirən anda da taksi evə gəlib  çatdı. Jalənin əşyalarını özüm götürdüm. Evin qapısını döyməyim biraz uzun çəkdi. Anam qapını açan kimi dediyi ilk cümlə bu oldu:

-Kamran bu qız kimdir?

-Anacan qoy keçək içəri. Ondan sonra hər şeyi başa salacam-Evə keçəndən sonra, anama və atama hər şeyi izah etdim. İzah etməyim bittikdən sonra Jalə ilə birgə otağıma qalxdım.

Artıq hava qaralmışdı. Jalədə mənim kimi gecəni çox sevirdi. Beynimdə bir sual yarandı. Görəsən bütün şizofrenlər gecəni sevir? Jalə yenədə özü ilə danışırdı. Mənim xəyali dostum isə deyəsən yatmışdı. Birdən Jaləni qucaqlamaq istədim. Ancaq qorxdum. Çünki istəmiyə bilərdi. Ən azından xəyali dostunu narahat etmiş ola bilərəm. Üzümü divara tərəf çevirib, Jalənin pıçıltısı altında yatmağa çalışdım. Yenicə yuxuya gedirdim ki, bu zaman Jalə özü məni qucaqladı. Bu dəfədə pıçıldadı. Ancaq pıçıltısı real həyat üçün idi. Səni sevirəm deyə qulağıma yenədə pıçıldadı. Sonra isə susaraq yuxuya daldığını hiss etdim.

Bu səhəri heç sevmədim. Qışqırıq səsləri ətrafı bürümüşdü. Gözlərimi açmaqda biraz çətinlik çəkdim. Bu qışqırıq səsi hardansa mənə tanış gəlirdi. Jalə deyə qışqıraraq zala doğru qaçdım. Gördüyüm mənzərə isə məni dizlər üstə yerə sərdi. Zaldakı stolun qabağı qanla dolu idi. Jalə isə əlindəki bıçağı yerə qoymadan qışqırırdı. Hər şey aydın idi. Şizofrenlər deyəsən həm özləri üçün, həmdə ətrafdakılar üçün təhlükəli idi. Jaləni qınaya bilməzdim. Ancaq Jalənidə belə yaşada bilməzdim. Əlindəki bıçağı götürərək, onun ürək hissəsinə zərbə endirdim. İndi isə anamın və Jalənin qanı bir-birinə zalda qarışmışdı. Atamı qucaqlayaraq hönkür-hönkür ağlamağa başladım. Atam isə anamın saçlarını oynadırdı. Ancaq mən heç Jaləyə toxuna bilmirdim. Anamı və Jaləni dəfn etdikdən sonra polisə getib özümü şikayət edəcəkdim. Əslində Jaləni öldürməyədə bilərdim. Amma ətrafına çox ziyan verə bilərdi. Hərdən düşünürdüm ki, görəsən bütün şizofrenlər başqalarını öldürməyə qadirdilər. Amma bircə buna əminəm ki, özlərini çox rahatlıqla öldürə bilərlər.

Anamın və Jalənin dəfnindən sonra, polisə gedib hər şeyi danışdım. Şizofren olduğu bildikləri anda ağ xələtli həkimləri çağırdılar. Əslində dəlixana da bir zindan idi. Jaləni ölürdüyüm üçün iki müxtəlif zindan da qalacaqdım. Birinci dəlixanada müayinə alacaqdım. Dəlixanadakı müayinəm bittikdən sonra, həbsxanaya yollanacaqdım. Ancaq mən çıxış yolu tapmışdım. Çox sadə idi. Bundan qabaq əbədi susmağı seçməmişdim. Amma indi əbədi olaraq susacaqdım. Stolun üstündəki silahı götürərək, beynimə dayadım. Müstəntiqə son sözüm bu oldu:

-Hər kəs əbədi olaraq susacaq. Amma mən indi əbədi olaraq susmaq istəyirəm-Bu cümləm həyatımda sonuncu cümləm oldu...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0351 saniye