Susqun və Gözəl
Susqun tərəfindən "Şeir" bolməsinə 03:51 06 aprel 2014 tarixində əlavə olunmuşdur

İllər öncə bir oğlan sevərmiş bir gözəli,
Deyir məhv etdi məni gələn təsir gözlərdən.

Bu oğlan şair imiş xoşlanardı sözlərdən,
Gözəl adlı bir qızdan bir də gözəl gözlərdən.

-Anladımki aşiqəm, yazdım gözəl sözlərdən,
Baxışında itdiyim o sevdiyim gözlərdən.

"Gözlərin çox gözəldir dünyadakı gözlərdən,
Tanrı səni qorusun o bəd nəzər gözlərdən.
Dedilər olmaz gözəl, ta ki görənə qədər,
Gözəli yoxdur inan o saf gözəl gözlərdən.
Uşaqtək baxışların keçdi dərs hisslərimə,
Qələm necə yazarmış o mələk tək gözlərdən".

Oxuyanda məktubu boğdu qəhər gözəli,
Süzüldü yaş inci tək o dəniz rəng gözlərdən.

Yazdıki, olmaz, şair, hisslərin deyil sevgi,
Deyil sevgi ibarət yalnız gözəl sözlərdən.

Məktubu oxuyanda sındı qəlbi, qələmi,
Dedi yazmayacağam, səma rəngli gözlərdən.

Batdı qəm dəryasına o gündən etibarən,
Yazmadı daha heç nə nifrət etdi sözlərdən.

Aldı qərar susmağı, nifrət etdi hər şeyə,
Vaxtında hər şey olan hətta gözəl sözlərdən . . .


... dəfə oxunub
Qiymət: 9/10(18 səs)
[qiymət ver ]
Şərh yaz
1+30=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0351 saniye