Tanrı dağına salam
Xuraman tərəfindən "Şeir" bolməsinə 18:38 21 may 2014 tarixində əlavə olunmuşdur

Söylə mənə, ey müttəhid, kim alacaq qılıncımı?
Kim tutacaq ki, əlimdən aparacaq mı sükuta?
Hə, de mənə, ey müsəlman, səccadələr həll etdi mi taleyini?
Alın yazın silindi mi yuxarılarda?
Tanrı dağından ucaldaraq səsimi, qışqırıram sənə, Tanrım.
Duy səsimi, apar bizi yuxarılara..
Biz məhvində doğulan xalqıq,
Biz bətnində boğulan xalqıq.
İndi başımızda qara dumanlar,
Kömür birtərəfdən, neft birtərəfdən..
Türkün taleyinə şırımlar çəkər,
Türkün qollarına qılınclar çəkər,
Bir bax, gör ki, bir cahan mülkündə var mı belə sərvət?
Var mı Tanrının sevib də sər verdiyi bir millət?
Hə de görüm, ey tribun sövdalısı var mı ürəyində vicdan qədər illət?
Yoxsa get qapı -qapı gəz ki, millətini sevməyinin sonu və sair  olar.
Ey Tanrım, sən ki türkü iki çayla böldürməzdin..
Ey quzeyim, ey güneyim, siz ki buraxmazdınız sürüklənək uçuruma?
Ey şairim, sən ki ağlayardın o salamlarında..
Noldu axı?
Niyə belə pərən-pərən düşdük əclafların ovuclarına?
Bir dillən Arazım, bu dünya bir sənin mi ətrafında dönər?
Bir sənə dönər- vurar qılıncını?
Ey Şəhriyar...
Qələminin mürəkkəbi ağrı yazar..
Ağı yazar talelərə..
Ağı yazar parça-parça qalmış bu ellərə..
Ah, türkümdə kədər gedər..
Ah.. Türküm də məzarlara pək ər gedər..




... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
2+15=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.026 saniye