Təraş edilmiş qadınlar
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 10:59 31 oktyabr 2016 tarixində əlavə olunmuşdur

İkinci Dünya müharibəsi illərində nasistlər tərəfindən işğal edilən Fransa müharibənin sonunda ictimai bir təmizlənmə prosesi başlatdı.

İşğal illərində nasistlərlə əməkdaşlıq etdiyi düşünülən kəslər cəzalandırılırdı. 10.500 adamın edamıyla nəticələnən bu dövrdə ən ağır bədəlləri ödəyənlərdən bir qismi də nasistlərlə intim əlaqə yaşayan qadınlar oldu.

Nasistlərlə intim əlaqədə olan qadınları tapmaq məqsədi ilə yaranan "L'épuration sauvage" adlı təşkilat qısa müddət ərzində 30 min qadını geniş kütlə qarşısında ictimai məsxərətə, təhqirə məruz qoydu.

Qadınlar topluluğa açıq sahələrdə ifşa edilib aşağılanırdı.

Işğal sırasında "istifadə etdikləri" feminenliklərini əllərindən almaq üçün saçları dibindən qırxılırdı.

Ümumiyyətlə təraş simvolik meydanlarda teatral təşkilatlarla həyata keçirilirdi.

Saçlarınının qırxılmasının yanında alınlarına qızmar dəmirlə nasislərin simvolu olan svastika damğası vurulur və yenə topluluq içində çılpaq nümayiş olunurdular.

Qadınların nasistlərlə romantik bir əlaqə yaşadığı, yoxsa təcavüzə uğradığı diqqət edilən bir məqam deyildi.

Hamısı hökumətin və xalqın gözündə işğalçılarla əməkdaşlıq etmiş vətən xainləri idi.

Durum körpəsi olan qadınlar üçün daha da çətin idi. Körpələr çox zaman zorla anaların əlindən alınırdı. 200 min belə uşaq doğulmuşdu. Onların adları dəyişdirilir, yalnız fransız adı qoymağa icazə verilirdi. Bu uşaqlara alman dilini öyrənmək yasaq idi.

1944-1945-ci illər arasında 20 min ilə 40 min arası qadının saçları fit sədası qırxıldı.

Bəzən qadınları güllələyirdilər. Çoxu təhqirə dözməyib intihar edirdi, sağ qalanları isə 6 aydan 1 ilədək həbs cəzası gözləyirdi.

Günümüzdə hələ Fransada bu tətbiqin lazımlı olduğu, yoxsa faşist bir tətbiqi olduğu mübahisəlidir.

Hazırda Avropada "Sərhədsiz ürəklər" adlı fransız-alman təşkilatı fəaliyyət göstərir. Təşkilatı atası alman zabiti, anası fransız olan, uşaqlığı internatda keçən şəxslərdən biri yaradıb. Qurumun 300 üzvü var. Onlar sənədləri araşdıraraq öz valideynlərini axtarırlar. Hazırkı Almaniya qanunlarına görə müharibə dövründə Fransada doğulan, anası fransız, atası alman olan şəxslərə ölkə avtomatik vətəndaşlıq verir.

İŞĞAL ZAMANI İNTİM HƏYAT

Fransız araşdırmaçısı Patrik Bison “İşğal zamanı intim həyat” kitabında "Nasist işğalındakı Parisdə 100 min qadın istəyərək fahişəlik edirdi" deməsi mübahisə yaratdı. Bisona görə fransız qadınlar davamlı nasist əsgərlərini izləyir, bəyəndikləri ilə kinoda birlikdə olurdu.

“Səkilərdə izləyirdilər.”

Nasistlər Parisi işğal etdiyində fransız qadınları sarışın, qüvvətli zabitlərə heyran qaldı. Belə ki, nasistlər səhərlər qısa şortlarıyla topluca məşq edərkən səkilərə düzülüb onları izləyirdilər.

“Qonşuları ilə yatırdılar.”

Ərləri əsgərdə olan onlarla qadın həyatlarını davam etdirmək üçün ev sahibləri ilə, qonşuları ilə, patronları ilə yatırdılar. Sonradan nasist əsgərləri də yatmağa başladılar. Parisdə ən az 100 min qadın istəyərək və kef üçün fahişəlik edirdi!

“Küçə qadağası təşviq etdi.”

Gecələri küçəyə çıxma qadağanı var idi. Axşam saatlarından etibarən evdə oturmaq da seksi təşviq edirdi. Bu vaxt kinolar ən favorit görüşmə məkanları idi. Cütlüklər otel pulundan qənaət edib burada sevişirdilər.

“Nasistlərə özəl fahişəxana”

Nasistlər Parisə gəldiyində fahişəxanaların onları protest edərək qapılarını qapatdığı deyilir. Bu böyük bir yalandır. İşğal zamanı şəhərin ən gözəl fahişəxanaları nasistlərə ayrılmışdı. Hətta buradakı qadınlar sarışın zabitləri həvəslə gözləyirdilər.

“Yəhudilər ölərkən fransız qadınları sevişirdilər.”

Patrik Bisonun kitabının nəşr olunmasının ardından ölkənin ən hörmətli qəzeti “Le Monde” redaksiya yazısında "Bison işğal altındakı Parisi pozğun bir şəhər kimi anladır. Bu qəbul edilə bilməz" şərh etdi. Ancaq Bison Jan-Pol Sartrın və Simona de Bovuarın xatirələrində "Həyatımızın ən gözəl partilərini işğal əsnasında verdik. Heç olmadığımız qədər azad idi" dediyini xatırlatdı. Bison ayrıca "Acı gerçək budur ki, yəhudilər öldürülərkən fransızlar sevişirdi" deyə qeyd etdi.

“Kişilər əsgərdəykən doğum partlaması yaşandı!”

Fransadakı “History Channel”in idarəçisi olan Patrik Bison kitabına gələn tənqidlərlə əlaqədar "Əgər tapıntılarım doğru deyilsə, 2 milyon fransız kişisi müharibədəykən 1942-ci ildə doğum partlaması yaşanmasını necə açıqlayacaqsınız?" sualını ünlanladı. 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+20=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0338 saniye