Təsəlli olaraq qalacaq
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 23:48 27 noyabr 2014 tarixində əlavə olunmuşdur

Hər gəncin həyatında bir anlaşılmazlıq olur.Bəzən aldadılır,bəzən aldadır...Təsəlliləri sevmirəm məsələn.Az öncə biri mənə təsəlli verdi.Gözlərimin içinə baxdı.Bəbəklərinin qarasının arada o yana,bu yana getdiyini sezdim.Çünki yalan danışırdı.Təsəlli verdiyini düşünürdü amma yalanlarla dolu təsəlli verirdi.Və ən gülməlisi də o idiki,o bilmirdi ki,mən həqiqətləri anlayacaq qədər böyümüşəm artıq.Elə hey əllərinin ölçə-ölçə mənə həyatın yalanlarını izah etməyə çalışırdı.Yaxın biri deyildi.Skamyada tanış olmuşdum.Skamyada oturduğumda yanıma əyləşib bir müddət susduqdan sonra salam verib sözə başladı.Öz həyatından uzun uzadı danışdı.Bəzən özündən asılı olmayaraq gözləri doldu amma yenə də özünü toparlayıb,cəsarətli bir halda mənə təsəllisini verməyə davam etdi.Təbiiki mən onu dinlədim.Amma sözlərinə aldanmadım.Qadın idi.Artıq ömrünün ən gözəl günlərini geridə qoyub,ölümünü hər an gözü qarşısına alan qoca bir qadın idi mənə təsəlli verən.Mənə bilirsiniz nə dedi?Hər şeyin yaxşı olacağını.İçimdən həmin an gülmək gəldi.Təbiiki onu anladım mən.Qarşısındakı saf qızı görüb yalandan öyüd nəsihət vermək istədi.Bəlkə də yalandan yox elə həqiqətləri dedi.Amma görəsən o öz həyatı haqqında danışarkən niyə gözləri dolurdu?Bəs niyə onun keşmişində deyilən “Hər şey yaxşı olacaq “ sözü gələcəyinə təsir etməmişdi?Onun gözlərinin dolmasına səbəb olan insanları niyə o öz həyatından rədd etməmişdi?Niyə indi gözlərinin bir bulaq kimi dolub və nə zamansa daşmasına icazə veridi?Və ən maraqlısıda odurki,özü bu fəlakətləri yaşaya-yaşaya niyə mənə yalandan təsəllilər verirdi?Bunu heç anlamadım...Amma sadəcə dinlədim ...

Mən həyatdan hər şeyin yaxşı olmasını istəmirəm.Çünki istəsəm belə həyat o yaxşılıqları mənə verməyəcək.Bilirsiniz həyat qəddardı.Kinli bir insan kimidir bəzən.Bəzən də paxıl bir insan kimi.Əlində olan xoşbəxtlikləri sənə vermək istəməz.Hər zaman qarşına maneələr çıxardar.Sonu yaxşı olarmı bilmirəm amma sən o maneələrdən mütləq keçməlisən.Bəzən özümüz özümüzə təsəlli verərik.Qıraqdakıların bizi gücsüz görməməsi üçün.Onların bizim fikirlərimizin nə qədər zəif olmasını görməmələri üçün özümüzü güclü apararıq.Amma gecələr həmişə ağlayarıq.Gecələr öz-özümüzə danışıb dərdlərimizi divarlarla bölüşərik.Səhər durduqda isə tamam ayrı bir insan olarıq.Məsələn bir qızın aldadılmasından danışaq.O qız səhərlər güclü qızmış kimi olar amma axşamlar dünyanın ən zəif insanı olar.Çünki insana yaxın olan tək insan yenə insanın özüdür.Özündən heç vaxt utanmarsan,çəkinməzsən.Özünün yanında damla-damla göz yaşı tökə bilərsən.Özünün yanında qışqıra-qışqıra ağlaya bilərsən.Şahidin bir divarlar olar,bir də gecələr.Onlarında dili yoxdu diyə narahat olmarsan.Əllərini dizlərinə belə döyərsən.Ağlayaraq isyan belə edərsən.Göz yaşlarının səhər tezdən əziyyətlə çəkdiyin makyajınla bütün üzünü boyamasına belə icazə verərsən.Amma səhər durarsan,ətrafəndakı insanlarda durar.Çiyinlərini arxaya verib güclü bir qadın kimi görünərsən.Makyajını yeniləyərsən.Saçlarını kəsdirib hər kəsə depresiyadan çıxdığını bildirərsənAmma sən yenə də divarlara və gecələrə keçmişini danışarsan.Çünki əslində güclü olmarsan.Zəif də olarsanSadəcə ağlamaq istəyərsən.Cansız belə olsa səni anlayacaq birinin olmasını istəyərsən.Ağlayarsan...Ağlayarsan və yenə də ağlayarsan ....

Bu cümlələrin mənbəsi ondan ibarətdir ki,təsəlliləri boş verin.Çəkdiyiniz acını yaşayın.Bundanda qorxmayin və ya utanmayın.Sevinci yaşadığınız kimi acını da yaşayın.Sizə verilən o boş təsəllilərə gülüb keçin.Çünki onlar Azərbaycan qrammatikasını zənginləşdirməkdən başqa bir işə yaramır.O cümlələr sizin həyatınızı qurmur.Həqiqətlərlə yaşayın.Yalan təsəllilərlə doldurmayın içinizi.Sonra hər şey gec ola bilər.Həqiqətləri dərk edib onlara doğru gedin.Bu dünyada bizə lazım olan tək hiss,tək duyğu həqiqətlərdi.Acı da gözəldi.Sevinc də gözəldi.Bu dünyada sizə verilən hər bir hissi dəyərləndirin.Qaçmayın o hisslərdən.Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+18=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0388 saniye