Təsəlli.com
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 03:12 09 iyul 2015 tarixində əlavə olunmuşdur

Nə yaşlanmaq 
Nə də yenidən uşaq olmaq kimi
Arzular,
Xülyalar arxasınca qaçmaq istədim.
Mən səninlə yaşlanmaq
Səninlə uşaq olmaq kimi
Röyalar,
İstəklər izinə düşüb
Elə o yollarda azıb qalmışam.
Adam deyəsən 
Yolunu,
Ağlını itirində başqa birində.
Şair olur.
Bədbəxt olur.
Nəsə olur,amma
Kimsə yanında olmur.
O da yanında olmaq yerinə
Təsəlli olsun deyə
Bir ağ kağızda 
Min şeir olur.
Fəqət yenə də
Həyatında hər şey olan
Bir gün gəlib 
Heç kim olur.
Sadəcə heç kim


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+32=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0246 saniye