Orta yaşlı kişi 25 yaşlı oğlu ilə qatara minirlər.Öz yerlərini tuturlar.Gənc oğlan pəncərə tərəfdə əyləşir.Qatar yola çıxır.Oğlan əlini pəncərədən çıxarır və birdən heyrətlə qışqırır:-Ata,bax qatar getdikcə ağaclar geridə qalır.Ata cavabında gülümsəyir.Gənc oğlanın yanında 2 nəfər əyləşmişdi.Onlar təəccübləndi:"25 yaşlı insan özünü uşaq kimi aparır?!"Oğlan birdən yenə qışqırır:-Ata,bax!Göl...heyvanlar...Buludlar qatarla bərabər hərəkət edir.Digər 2 nəfər yenə təəccübləndi.Yağış başlayır.Damlalar oğlanın əlinə dəyir.Oğlan sevinclə:-Ata,yağış yağır,su əlimə dəyir.Görürsən,ata?Digər 2 nəfər oğlanın atasından soruşur:-Oğlunuzu niyə klinikaya müalicəyə aparmırsınız?Atası:-Biz elə indi klinikadan gəlirik.Oğlum bugün ilk dəfə görə bilir...