Təzə
Sən geri qaldın, bala, dövran təzə,
Bir nəzər et, hər tərəf, hər yan təzə.
Leylidi, Məcnundu bular köhnəlib,
Eşqi - məhəbbət təzə, canan təzə.
Ar nədi, qeyrət nədi, imicdi bu,
Tazə əsr, qız təzə, oğlan təzə.
Vağzalı medlinnidi, ay bəxtəvər,
Bəylə gəlin vurmağa şampan təzə.
Bir fərədən hər yumurta başqa cür,
İndi xoruzlar da verir ban təzə.
Aptekində alverinin xətrinə,
Hər nə gəldi yaz, de: “bu dərman təzə”.
Şousevər olmuş nə gözəl millətim,
Verliş şoudur baxın ekran təzə.
Çıx TV-də sən yenə meydan sula,
Yaltaq həməndirsə də ünvan təzə.
İndi papış yox, geyinir dikdaban,
Peyda olub dövrana şeytan təzə.
Saymırıq israfçılığı biz haram,
Molla müasirdi, çün ehsan təzə.
Bəsdi lağ etdin bizə, Yusif, yetər,
Bir dəfəlik qan ki, bu dövran təzə.
Yusif Nazim Ərəbsoy