Təzyiq altında
Elnur Osmanov tərəfindən "Şeir" bolməsinə 14:21 23 dekabr 2015 tarixində əlavə olunmuşdur

Təzyiq altında

Hər gün yeni təzyiq, yeni təsir
Bədən tab gətirmir, ürək əsir
Soruşmurlar məndən, nə də səndən
Verirlər qərarı, həzm edirsən

Parçalanır evlər, iki yerə
Axışırlar onlar, küçələrə

Bir də görursən ki, dəhşət ilə
Dostlar qışqırır, kömək elə
Sabaha dualar, yaxşı olar
Küçələrsə insanlarla dolar

Baxıram çönüb, sonra da bura
Yağışdan çıxıb, düşdük yağmura

İstədim baxmayım, dönüm kora
Gözləyim bitsin, sağalsın yara
Amma olmadı, çünki dərmanı
Sevmək idi o, hər bir insanı

İçimdə sevgim, olsada lakin
Təhrif olunub, bulaşıb çirkin

Qalıb gəliblər, gülürlər bizə
Nifrət, paxıllıq. Çökmüşük dizə
Görəsən qaldırıb, özümüzü
Deyə bilərikmi, sözümüzü?

Verə bilərikmi, şans sevgiyə?
Bacarmırıq yox, görəsən niyə?

Çünki sevgi sözü, deyil dəbdə
Çünki anlamırıq , bu son həddə
İnsanlığı sevgi, edər xilas
Yetər ki, qəlbinə, sən qulaq as

Sonuncu şansdır bu bəlkə bizə
Sonuncu rəqsimiz bir birimizlə

 

Freddi Merkuri və Devid Bounin " Under Pressure " mahnısının motivləri əsasında


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
Müəllif

Elnur Osmanov
Haqqında
Hər kəs ona verilən qədər yox, daxilindəki qədər azaddır
Əlaqə
Tel.:
+994558390527
E-mail:
doktorelnur@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0276 saniye