Tütün Çəkənlərə
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 17:42 20 iyul 2015 tarixində əlavə olunmuşdur

Bütün şəhər dayana.
Hər yerdə sən qalasan.
İşiqforlar yaşıl qala
Bütün yolu
Durub ona qaçasan.
Evində oturub
Filmlərə baxasan.
Elə filmdəki tək döyülə qapın.
Qapını azacıq aralayıb
Durub əsrlərlə ona baxasan.
Çıxıb gəzəsən bütün şəhəri.
Onun evi tərəfə hədəf qoyasan.
Yüyürüb gedəsən onlara tərəf.
O keçdiyi küçəyə əsir olasan.
Fəqət mümkün deyil bu dediklərim.
İnsanlar sevirlər sonra gedirlər.
Belə olması da bir şərt deyil ki!
Nəysə.
Bilmirəm nə çəkirsən sən ayrılıqdan.
Mən çox tütün çəkirəm ayrılığımıza.
Bildiyin 
Zəhərləyirəm özümü.
Ölümə qaçıram sənə qaçmaq yerinə.
Tələsirəm torpağa evimizin yerinə.
Çünki ölülər xatırlamır heç nəyi.
Belə deyirlər.
Ölü olmaq səni unutmaq
Və ən əsası 
Məndəki səni öldürməkdir.
Ölü olmağa tələsirəm.
Sənin olmaq yerinə....


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0239 saniye