ÜÇ RƏNGİN "HARMONİYASI"
Yaqut Hüseynova tərəfindən "Ədəbi tənqid" bolməsinə 10:23 28 dekabr 2016 tarixində əlavə olunmuşdur

  BİZİ deyib, gəldi...       BİZİ deyib, məhz BİZİ soraqlayıb çıxdı, zamanın yolçuluğuna. Bəlkə də "BİZ" dediyi üçün elə zamanla birlikdə addımladı. Daha doğrusu, zamanı belə öz addımlarıyla geridə qoya bildi.         BİZİ deyib, gəldi...      MƏNİ, SƏNİ, ONU, yenidən özü də bir dəfəlik "BİZ" ə çevirmək üçün hər birimizə ayrı-ayrılıqda bu kəlmələrlə səsləndi:-"Sizi deyib, gəlmişəm, ey mənim müsəlman bacı və qardaşlarım..." Tarixi səhifə-səhifə dönə-dönə geriyə vərəqlədikcə, yalnız onun bu çağırışında "BİZ" kəlməsi məndən yaxa qurtarmağa can atdı, "SƏN" müraciətində çözümləriylə, kiçicik, amma bəşəri hayqırışlarıyla bütün yalnışlar sətirlərə mirvari tək düzüldü. Beynlərdə, ürəklərdə həqiqətlərin fonunda "O" ndan bəhs etdi. "O" nun nəqlini verərkən həyatla ortaq məxrəcə gəldi, "ALLAHSIZ" damğası ilə dili qıfıllanan, qolları qandallanan "MOLLA NƏSRƏDDİN" yolçuluğu!   
   
   BİZİ deyib, gəldi ki, VƏTƏN SƏNLƏŞMƏSİN, MƏNLƏŞMƏSİN!... Nədənsə, zamanında dinləmədik, onu. Bilə-bilə kar etdik, qulaqlarımızı səbrini tükətdiyimiz, BİZİ deyib gələnin insanlığa, daha doğrusu, insan adı ilə yaradılan, lakin bu şərəfi daşıya bilməyənlərə haray çəkə-çəkə söylədiklərinə. Ruhumuz illərlə, əsrlərlə könüllü kölələr tək əsarətlərdə SƏNİN, MƏNİN və ONUN xoşbəxtliyinin ardınca qaçdı... BİZLƏŞMƏYİ dilimizə, barı bir kəlmə olaraq, gətirməyə belə səy etmədik. Getdikcə, MƏN də, SƏN də, O da "MƏN, MƏN" söylədikcə, leksikonumuzda "MƏNƏMLİK" mənafeyimizin daşlaşmış təzahürü oldu. Beləcə, bu sözlər böyük şairimiz MƏMMƏD ARAZIN misralarında illər sonra, yenidən vulkana çevrilərək, od püskürdü, daşlaşan vicdanları qırıb-tökmək üçün... "BİZ" i azacıq da olsa, damla-damla toplamağa çalışan zərrələr, təkrar haçalandı. "MƏNDƏN ÖTDÜ, SƏNDƏN ÖTDÜ, ONDAN KEÇDİ..." əqrəblərinin zəhərindən milli ruhumuza tuşlanan xəncərlər, elə ustad şairin dili ilə desək, "VƏTƏN, VƏTƏN SƏNƏ DƏYDİ!"       BİZİ deyib, gəldi...      "ÖLÜLƏR" ində cəmiyyətimizin böyük əksəriyyətini təşkil edən "CANLI ÖLÜLƏR" i "BİZ" vəhdətində diriltmək üçün!...       BİZİ deyib, gəldi...      Dilin ilk şəxs əvəzliyi olan "MƏN" dən danışmaq üçün... Əslində, BİZİ parçalayan birinci qılınc zərbəsi olan MƏN əvəzliyindəki HEÇLİYİ hər birimizə tarixi gerçəkliklərin acı nümunələrində göstərmək üçün... Çox zaman kinayəmizin hopduğu SƏN ittihamındakı ədalət və ədalətsizlik arasında öz əllərimizlə qazdığımız sonu görünməyən uçurumlara göz qırpmadan yuvarlatdığımız kimliyimizə bir daha nəzər salmaq üçün gəldi...    "Ey mənim müsəlman bacı və qardaşlarım" xitabı ilə gəldi ki, o müraciətini, o şəxsini, yalnız "O" nun varlığında ruhumuzla tanıyaq. "O" nun ali anlamı insan qanına susayanlar tərəfindən düşünülmüş şəkildə beynlərdən yuyulmasın... Bəlkə də bir gün XX əsrin əvvəllərində müsəlman dünyasına, ümumiyyətlə, bütün bəşəriyyətə edilən bu çağırış, Suriya torpaqlarında axıdılan günahsız qanların ürəklərə çilənən BİZ vəhdətində dilə gələcək...        "SİZİ deyib, gəlmişəm" söylərkən belə, yenə o, "BİZİ" nəzərdə tutdu. "BİZ" i görmək istədi. Fəqət, özü tək idi. Sona qədər də tək addımladı. Ətrafında barmaqla sayılası qədər tərəfdarı oldu. Heç biri yürürkən taqətdən düşmədi. Cəmiyyət onu tükətməyə çalışdıqca, yenidən doğuldu, daha da basılmaz oldu. Bəli, TƏK İDİ. Amma gücü HƏQİQƏT idi. Gördüyü, anladığı, göz yummadığı gerçəkliklər oldu, çiyin-çiyinə addımladığı silahdsaşları...      Pikasso deyirdi:-"Mən gördüklərimi çəkirəm" Yaradılan da öz rəsmini çəkdi. Özü də onu Yaradanın həyat adlı mənzərəsində MƏN, SƏN və ONDAN ibarət rənglərin fonunda...                                                                                  

Yaqut Hüseynova


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
Müəllif

Yaqut Hüseynova
Haqqında
Jurnalist...Yazar...Blogger
Əlaqə
E-mail:
hseynova.yaqut@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.025 saniye