U.F.O. yoxsa insan təkamülü?
Ədəbsiz Yazar tərəfindən "Digər yazılar" bolməsinə 14:00 11 iyul 2014 tarixində əlavə olunmuşdur

Bu planetdə,kainatda nə olub,bitdiyini düşündüktə dəli olacaqmışam kimi hiss edirəm.Düşünün; bizim piyada dövr edə bilməyəcəyimiz Yer planetindən dəfələrlə böyük Günəş, onun ətrafındakı bütün planetlər, hamısı birləşib Günəş sistemi edir və bu günəş sistemindən milyonlarca var,bu milyonlardan da milyonlarca var onlar da birləşib başqa bir sistem yaradır və bu sistemdən də daha bir milyonlarca və bunların da birəşməsindən milyonlarca.. bunu belə-belə sonsuzadək saymaq olar çünki, bitmir.Və biz daha Günəş sistemini tam öyrənməmişik.Sadəcə gözlərinizi yümün və düşünün;bu qədər ulduz sistemləri və onların planteləri,peykləri varkən yaşayan tək canlı biz ola bilərik mi? Məncə bunun məntiqli tək cavabı var..
Bəlkə mənim fərziyələrim yanlışdı, bəlkə də doğurdan da biz bu sonsuz sistemdə yaşayan tək canlılarıq ama Livanın Baalbek şəhəri yaxınlarındakı Bekaa vadisində işlənmiş nəhəng qaya blokları 1050 ton ağırlığında - 25 metr uzunluğundadır. Bu "momolit" taxma adlı blok dünya üzərindəki işlənmiş ən böyük daş blokdur. Misir ehramları qədər təəccüblü böyüklükdəki bu daşların necə bir mühəndislik hesaplamasıyla işləndiyi və daşındığı hələ bir müəmma... Nəhəng daşların işlənməsi və daşınması haqqında elmi bir şərh gətirilənmir. 2 min il əvvəlinin primitiv texnologiyasıyla bu daşların 30 metr yüksəkliyə necə daşındığı və üst-üstə qoyulduğu isə ayrı bir sirr daşıyır.

Peru Sacsahuaman`dakı inklərə aid bir qalanın ətrafında hündürlüyü 9 metr, uzunluğu isə 360 metr olan ziqzaqşəkilli daş hasar hər biri 300 ton ağırlığında əhəng daşı bloklarından inşa edilmişdir.Ancaq primitiv insanların 300 tonluq daş parçalarını necə şəkilləndirdiyi,daşıdığı,qüsursuz şəkildə yerləştirdiyi insanlıq tərəfindən cavablandırıla bilmir.

 

Keçən səfər ki, məqalədə də Peru Nasca çölündəki şəkillər haqqında yazmışdım.Bu şəkillərin arasında bəziləri düm-düz xətlərdən ibarətdir.Burdan da belə iki sual yaranır; o xətləri necə çəkmişdilər və o xətləri kim izləyirdi yəni nəyə istifadə olunurdu?

Misir,Abydos tapınağında tank,helikopter,yük təyarəsi kimi o vaxtlara aid olmayan hiyerogliflər tapıldı.Misir yönətimi bunu ictimaiyyətdən gizlədilməyə çalışısa da bacarmamışdır.Ama şüurlu şəkildə bu hyerogliflər turistlərin gəzinti əhatəsindən götürülmüşdür.

Peru'dakı Ica çölündə olan və minlərlə il əvvəlinə aid Ica daşları ağılları qarışdırır. Dr. Javier Cabrera böyük bir səbrlə bu daşları kolleksiyasında yığmış və minlərlə daşdan ibarət olan bir muzey açmışdır. Bu daşlara həkk olaraq ürək nəqlini göstərən əməliyyatlardan dinozavrları ovlayan insanlara qədər bir çox hadisə göstərilməkdədir. Hətta evcilləşdirilmiş dinozavrların üzərində oturan insanlar belə təsvir edilmişdir.

 

Antikythera mexanizmi. Sağ tərəfdə texniki sxemi yer almaqdadır. 1900-cü ildə Girit adasında tapılmışdır B.E.Ə 1.yüz ilə aiddir. Bu qədim bürünc mexanizm bizə köhnə sivilizasiyaların düşündüyümüzün əksinə daha irəli bir texniki məlumata sahib olduğunu sübut edir. Astronomik təqvim olduğu düşünülən bu mexanizmdən (və ya bir maşının parçası) içində başqa dişliləri də var.

Öyrəşilmiş olmayan bu spiral cisimlər 1991 - 1993 illəri arasında Rusiyadakı Ural dağlarının şərqində yerləşən kiçik bir dərə olan Narada 'da tapılmışdır.

Boyları ən çox 3 sm. olan bu cisimlərdən (inanılmaz ama) 0,003 mm. olanları da tapılmışdır. Böyük olanları misdən, kiçik və çox kiçik olanları isə çox nadir rast gəlinən "volfram" və "molybdenum" maddələrindən düzəldilmişdir.

Mikroskopla edilən araşdırmalar nəticəsində spirallar qüsursuz bir şəkildə "qızıl nisbət" texnikasıyla düzəldilmişdi. Daha da təəccüblü olan şey isə: bütün elmi araşdırmaların göstərdiyi kimi bu cisimlərin yaşlarının 20.000 ilə 318.000 il arasında dəyişdiyidir. Bu yaş fərqi cisimlərin tapıldıqları dərinliyə görə dəyişməkdədir.

 


... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
10+15=
Hesaba giriş
Müəllif

Ədəbsiz Yazar
Haqqında
'Ədəbli' cəmiyyətin ədəbsiz övladı.
Əlaqə
E-mail:
r.sariyev24@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0225 saniye