Unudulanları biz unutmayaq!
Səbinə Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 18:34 15 mart 2014 tarixində əlavə olunmuşdur

Dünən sinfimizlə birgə Mərdəkanda yerləşən “Müalicə pansionatını” ziyarət etdik. Orada əlil insanlar, yaşlılar yaşayır. Onların bizi görəndə üzlərində təbəssüm yaranması bizi çox sevindirdi. Çünki həmin insanlar çoxları tərəfindən unudulurlar. Hətta bəzi insanların onları görəndə lağ edib, güldüklərinin də şahidi olmuşuq. Ancaq düşünmürlər ki, hər kəsin bir taleyi var və onların da taleyi məhz budur. Kənardan onların yaşamı qənaətbəxş görünə bilər. Buna baxmayaraq, onların da qəlblərində istəkləri, arzuları olur. Təbii ki, hər kəs gözəl yaşamaq, həyatın bütün zövqlərini dadmaq və xoşbəxt olmaq istəyir. Təəssüflər olsun ki, bu nə bizim, nə də onların əlindədir. Hamımızın qəlbində daim arzular. Istəklər olur.  Ömür boyu onları gerçəkləşdirmək üçün əlimizdən gələni edirik. Ancaq bəzən buna nail olmuruq. Heyif ki, həyat hər kəsin üzünə gülmür. Həmin yaşlılar, əlillər də məhz belə insanlardandır. Bütün bunlara baxmayaraq, yenə də gülümsəyə bilirlər. Daim şükr edirlər. Hər şeyə baxmayaraq gülümsəyə bilmək və şükr etmək. Elə əsl xoşbəxtlik budur. Məncə həmin insanlardan götürəcəyimiz örnəklər çoxdur.

Biz həmin pansionatda bütün yazdıqlarımın şahidi olduq. Onların bizi qarşılamaları, bizə etdiyi dualar nəyə desən dəyər. Bu əziz bayramda onları ziyarət edib, sevindirmək bizim üçün əsl qürur oldu.


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
7+7=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0229 saniye