Unudulmaq üçün sevilmir heç kəs
Gulara Salımova tərəfindən "Şeir" bolməsinə 13:10 13 iyul 2014 tarixində əlavə olunmuşdur

Bir ayaq saxla adam

Çevril arxaya tərəf bax.

Son dəfə bir daha

Yaxşı bax nə var nə yox deyə...

Bəlkə unudulmuşam?!

Bəlkə çıxarıbsan məni yaddan?!

Xırda,çəlimsiz bir qızı

Seçə bilməmisən bu çoxluqda.

Bir ümid vardı məndə

Onu da keçən qış 

Sıxdım əllərimdə əzişdirdim

Tulladım bir küncə.

Yoxdu..

Ümid yoxdu

İnam yoxdu

Yalvarışıar da yoxdu artıq

Və onlar olmayıblar ki,heçvaxt.

Lakin bir sevgi bəsləmişəm sənə qarşı

Necəki bir ağac

Bir dibçək ...

Günəş gərək olan bitkilər kimi

Günəşdən məhrum etmədiyim bir sevgi..

Heç bir ağac böyüyüb dar ağacı olsun deyə əkilmir adam..

Sevgi də elə...

Unudulmaq,bezmək üçün sevilmir

Heç kəs.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+27=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0334 saniye