Pəncərə önündə oturub yollara baxmağı , daha çox sevər onlar . Yollar
ümidlərinə dönər , təsəlli edər gözlərindəki həsrəti , ovudar qəlblərindəki nisgili , oxşayar könüllərindəki çəkilməz tənhalığı . Unudulmuş , atılmış ömürləri yollara dikilən gözlərində dilə gələr . Yalnız bir ümid yaşadar hər birini . BİR GÜN onları lazımsız əşya tək qocalar evinin dörd divarına acımadan sirdaş edən " övladları " , " yaxınları " qayıdacaq deyə , ağuşuna sığınarlar yolların ! Haqsız səbəblərdən , mərhəmət edilmədən tərk edilmiş valideyn naləsi hopub qocalar evinin hər küncünə , hər daşına , hər divarına .
Kimsəsizliyin ağır yükünü daşıyırlar ahıl çiyinlərində , gücləri tükənsə
belə . Titrək , qabarlı əllərinə , bəyaz saçlarına yansıyan hüzün
və dualar qucaqlayar onları " övladlarının " yerinə . Keçdiyi həyat
yollarına birər - birər xatirələrdə qayıdar , bu evin sakinləri . Həmin
xatirələr həmdəm tək həmsöhbət olar onlarla . Amma dünyaya
gətirdikləri , həyatı tanıtdıqları , yeriməyi öyrətdikləri , daim qoruduqları ,
ən böyük günahlarını bağışladıqları " övladları " onların xatırəsini belə
nankorcasına silər yaddaşından . Ata - ananı sağikən kimsəsizlik məzarına
gömər !.. Məhəmməd Peyğəmbər ( s.a.s ) buyurub : - " Allahın razılığı valideynin razılığı , qəzəbi valideynin qəzəbi ilədir . " Hədislərin birində deyilir ki ,
ata - ananın övladın üzərində hansı hüquqa malik olduğu haqda
soruşduqda Rəsuli Əkrəm ( s ) belə söyləyir : - " Onlar sənin həm
cənnətin , həm də cəhənnəmindirlər . " Valideynə qoyulan hörmət ,
göstərilən qayğı , bəslənən sevgi TANRI dərgahında ən uca məqamdı .
Təəssüf ki , bu haqqı tapdayan nankorlar da var ! Həyat çox qəribədir , çox amansızdı . Təzadları çəkilməzdi ! Elə evlər
var ki , ananın isti nəfəsinə , atanın ayaq səsinə həsrət qalıb , elə qapılar
da var ki , valideyn əli döydüyü üçün narahat olur !!! HƏYAT bumu , bumu İNSANLIQ !!! Elə yaşayaq ki , vicdan məhkəməmiz UNUDULMUŞ
DUALARDA VƏ AYAQ SƏSLƏRİNDƏ QURULMASIN !!! Ana duasını , ata nəfəsin . Qocalar evinə sakin etməyin ! Onların müqəddəs ayaq səsini , Qocalar evinə sakin etməyin ! YAQUT HÜSEYNOVA