ÜRƏYİN SEVGİYƏ BAĞLI QAPISI
Səadət Sadıqova tərəfindən "Şeir" bolməsinə 18:38 16 dekabr 2012 tarixində əlavə olunmuşdur

Yaşla dolan gözlərim düşməndi öz-özümə.

Ürəyim qulaq asmır artıq hec bir sözümə.

İtirmişəm inamı,ümidimi,arzumu.

Sevgi,sevgi deyirdiz bəs o sevginiz bumu?

Sevgi səhrada güldür gözyaşıyla sulanır.

Gözyaşıdır həyatı ancaq ondan can alır.

Çox cəkmişəm həyatda sevginin dərd sərini.

Görmüşəm əzabını,zülmünü,kədərini.

Xoş üzünü görmədim bəlkə də göstərmədi.

Mən ondan həyat umdum o bir nəfəs vermədi.

Mən ona yaxın oldum o mənə uzaq oldu.

Mən bahar gözləyirdim o şaxta sazaq oldu.

Bir dəfə gülümsədim milyon kərə ağladım.

Aça bilməyincə sevgi qapısın,

Ürəyimin qapısın da bağladım...


... dəfə oxunub
Qiymət: 6/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
Müəllif

Səadət Sadıqova
Haqqında
Şeir yazmağı çox sevirəm.eyni zamanda şəkil çəkməyi də.
Əlaqə
E-mail:
sadiqova777@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0272 saniye