Van pişikləri
Səbinə Məmmədzadə tərəfindən "" bolməsinə 12:45 22 mart 2014 tarixində əlavə olunmuşdur

Van pişiyi, yaxşı bir üzgüçü olan, gözləri mavi və ya kəhrəba rəngi, yaxud da biri mavi digəri kəhrəba rəngi ola bilən, nadir pişik növüdür. Müxtəlif fərqli cəhətləri olan bu pişiklər, Ankara pişikləri ilə müqayisə olunur. Əsasən Van pişiyi balalarının 2 qulağı arasında  1 və ya 2 ədəd qara nöqtə olur.

Van pişiyinin göz rəngi 3 qrupa ayrılır: hər iki gözü mavi ( daim turkuaz), hər ik gözü kəhrəba ( sarı rəng və tonları, nadir hallarda qəhvəyi) və tək-göz ( heterokromik: bir gözü mavi digəri kəhrəba). Mavi rəng daim eyni olur, ancaq kəhrəba rəngi fərqli tonlara çalır.

Yeni doğulan Van pişiklərinin göz rəngi boza çalır. 25 gün keçdikdən sonra göz rəngi dəyişməyə başlayır. Artıq 40 gün sonra isə tamamilə dəyişir. Onların iki qulağı arasında  1 və ya 2 qara nöqtə olur və əsasən bunların çoxunu tək-göz pişiklər təşkil edir.

Van pişiyi kimi fərqli göz rənginə sahib olan itlər, ev göyərçinləri, insanlar da mövcuddur. Bu əlamət deffekt sindromu adlanır.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+23=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0209 saniye